Azərbaycan Davos forumunda diqqət mərkəzindədir
Siyasət 19 Yan 2023 12:15:00 319 0
AzTv-nin "Əsas məsələ" verilişində Davos Dünya İqtisadi Forumuna həsr olunmuş müzakirə aparılıb. Trend BİA-nın baş redaktoru Emin Əliyev və baş redaktor müavini Ləman Zeynalova AzTv-nin "Əsas məsələ" verilişində qonaq olublar.
Bu xəbəri də oxu: Mehriban Əliyeva: Fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir
Emin Əliyev verlişdə çıxışı zamanı bildirib ki, hazırda dünyada aktual problemlər olduqca çoxdur, hansı problemin daha çox vacib olduğunu seçmək çətindir.
"Dünya pandemiyadan qurtulur, pandemiyadan sonrakı inkişaf üçün müəyyən strategiya olmalıdır. Çin kimi nəhəng iqtisadiyyata malik ölkə hələ də pandemiyadan əziyyət çəkir.
Dünyanı vahiməyə salan problemlərdən Azərbaycan artıq çıxış yollarını tapıb və bu çıxış yollarını, öz təcrübəsini bölüşməyi də dünya ilə bölüşür.
Son 20 ildə Azərbaycan tranzit mərkəzə çevrilib. Azərbaycan öz tranzit imkanlarını maksimum artırmağı bacarıb".
L.Zeynalova isə qeyd edib ki, dünyada iqtisadiyyatın bir çox sahələrində böhranlı vəziyyət müşahidə olunur, bu vəziyyət özünü daha çox qiymətlərin artmasında göstərir. Rusiya-Ukrayna müharibəsi nəqliyyat sistemlərinin pozulmasına və daşımaların çətinləşməsinə gətirib çıxardı.
"Artıq bütün bu və digər səbəblərə görə dünyanın logistika xəritəsi dəyişmək mərhələsindədir. Azərbaycanın rolu da artmaqdadır, çünki Azərbaycan yüklərin daha tez və təhlükəsiz daşınması üçün olduqca etibarlı ölkədir. Digər tərəfdən isə Azərbaycandan keçən marşurutlar iqtisadi baxımdan daha səmərəlidir. Azərbaycanın logistika sistemi müasir standartlara uyğun şəkildə qurulub", - deyə L.Zeynalova əlavə edib.
Enerji təhlükəsizliyinə də toxunan L.Zeynalova qeyd edib ki, Davos forumunda enerji məsələləri içərisində "yaşıl enerji" ilə bağlı mövzulara da xüsusi önəm verilir. "Azərbaycanda "yaşıl enerji"nin inkişaf etirilməsi Avropanın qaz bazarı ilə bağlı problemlərini də həll etmiş olur", - deyə o əlavə edib.
Azərbaycan KOB İnvestisiya Fondu yaxın 6 ay ərzində yaradıla bilər.
Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, hə
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın
Yeni il büdcəsinin (İranda yeni il Novruzdan başlayır) müzakirələrinə b
Son günlər əhali arasında geniş yayılan virusun influenza olduğu bildiril
2022-ci ildə Kiçik və Ota Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, el
ABŞ-da edam anını gözləyən bir qrup məhbus bu tarixi irəli aparmaq üç�
Unibank biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya çərçivəsin
2022-ci ildə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Age
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ölkə rəhbəri istisn
Hollivud ulduzu Hyu Cekman etiraf edib ki, "Oğul" ("The Son"
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla ba
"Bakı KOB evi"ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tər�
Arnold Şvartseneggerlə birlikdə oynadığı "Doğru yalan" ("T
Aktyor Fərda Xudaverdiyev açıqlaması ilə diqqət çəkib.