Sabah pensiyalarda bu artım olacaq, II artım fevrala qalır
Digərləri 16 Yan 2023 23:14:00 359 0
Sabahdan pensiyaların ödənilməsinə başlanılır. Bu il ilk dəfə olaraq ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.
Bu xəbəri də oxu: Mühasib seçərkən diqqət etməli olduğumuz əsas məqamlar hansılardır?
Son.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O xatırladıb ki, bu aydan pensiya məbləğinə hesablanan 16.7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır. Bu, ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq, pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu, aylıq 16.7 manat deməkdir (200 manat/12 ay=16.7 manat). Bu isə o deməkdir ki, 16.7 manat məhz ötənilki yardımın artıq aylıq məbləğə əlavə olunmasıdır. Yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur:
"Amma bu, indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Bir daha qeyd etmək istərdik ki, ikinci artım indeksasiyadır.
Birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat (yanvar üzrə indeksasiya artımı) + 47.50 manat (fevral üzrə indeksasiya artımı) = 411.7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316.7 manat, fevral ayında 411.7 manat, mart ayından etibarən isə 364.2 manat alacaq".
Ekspert bildirib ki, indeksasiya faizindən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər.
Casusluq ittihamı ilə Tehranın Evin həbsxanasında saxlanılan İran-Amerika
Əməkdar artist Bəhram Bağırzadə regionlardan Bakıya gələnlərin şəhə
Kuban kazaklarının 3,7 mindən çox nümayəndəsi Ukraynada döyüşür.
Aktyor Sərxan Kərəmoğlu ilə Əməkdar artist Nüşabə Ələsgərlinin küs
2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə Ermənistanın üzərinə gö
Qarabağdakı qondarma rejimin "blokada" şousu davam edir.
İstanbul boğazında saya oturan "MKK-1" adlı quru yük gəmisi xila
Belarus və Rusiya Silahlı Qüvvələrinin Regional Qüvvələr Qrupuna tabe ol
Ukrayna qüvvələrinin bir hissəsini Zaporojye vilayətindəki cəbhədən kö
Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.�
Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 9
Rusiyada, Qaraçay-Çərkəzdə polis əməkdaşları yeni doğulmuş qızının