“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir
Digərləri 16 Yan 2025 11:51:00 66 0
Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond "Tarix yazan qəhrəmanlarımız" layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.
Bu xəbəri də oxu: Bu məhsul 50 qəpik bahalaşdı
Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. "Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq".
Qeyd edək ki, "Tarix yazan qəhrəmanlarımız" layihəsi çərçivəsində 2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Sağlamlıq haqqında arayış əldə etmək hər bir vətəndaş üçün vacib
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlə
Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki id
Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda "Azerbaijan
Qəzzada İsrail və HƏMAS arasında razılaşdırılan atəşkəs xalq tərəf
Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın oktyabr ayında vəziyyə
Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədə
Qan qruplarının sağlamlıqla yanaşı, davranışlar və xasiyyət üzərind�
Bakıda Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərləri
2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriy
İsmayıllıya qonaq gedən kişi itkin düşüb.
Elektrikli avtomobillərə keçid xərcləri, çip böhranı, yüksək inflyasiy