"Heç kimdən çəkinmirəm..."
Digərləri 16 Yan 2023 22:48:00 394 0
Əməkdar artist Bəhram Bağırzadə regionlardan Bakıya gələnlərin şəhər həyatına uyğunlaşa bilməməsi haqqında fikirlərinə münasibət bildirib.
Bu xəbəri də oxu: Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib
Son.az bildirir ki, Bəhram Bağırzadə teleqraf.com-a açıqlamasında sözügedən fikirlərin beş il əvvələ aid olduğunu deyib:
"Bu fikirlər 5 il bundan əvvəl işlədilib. Niyə indi üzə çıxarırlar, başa düşə bilmirəm. Mən özüm Bakıda deyildim, təzəlikcə şəhərə gəlmişəm. Bu barədə geniş danışmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, kim nə istəyir, etsin. Getsin, "Mirvari" kafesinin damına çıxsın, atəşfəşanlığa baxsın. Getsin, Üzeyir Hacıbəylinin heykəlinə qaloş atsın. Kim istəyir getsin, Hacı Zeynalabdin Tağıyevin heykəlinin təsbehini sındırsın. Mən nə edim?"
Bəhram Bağırzadə bu mövzuda əlavə fikrinin olmadığını deyib: "Mən artıq heç kimə heç nə deyən deyiləm. Heç kimdən də çəkinmirəm. Çünki vətənimi sevən insanam. Tək Bakını yox, ümumiyyətlə Azərbaycanı, hər kəndimizi, hər rayonumuzu sevirəm. 30-cu illərdə babalarım, nənələrim dağ kəndlərindən Bakıya gəliblər. Amma onlar heç vaxt ağıllarına da gətirməyiblər ki, gedib hansısa restoranın, kafenin damına çıxsınlar. Yaxud heykələ ayaqqabı atsınlar, küçədə söyüş söysünlər, biədəb formada özlərini aparsınlar. Belə şeylər biz görməmişdik.
Son illər bu cür hallar baş verir. Mən çox üzülürəm bu məsələlərdən. Gələcək nəsil necə olacaq?! Necə onları tərbiyə edəcəyik? Söhbət bundan gedir".
Kuban kazaklarının 3,7 mindən çox nümayəndəsi Ukraynada döyüşür.
Aktyor Sərxan Kərəmoğlu ilə Əməkdar artist Nüşabə Ələsgərlinin küs
2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə Ermənistanın üzərinə gö
Qarabağdakı qondarma rejimin "blokada" şousu davam edir.
İstanbul boğazında saya oturan "MKK-1" adlı quru yük gəmisi xila
Belarus və Rusiya Silahlı Qüvvələrinin Regional Qüvvələr Qrupuna tabe ol
Ukrayna qüvvələrinin bir hissəsini Zaporojye vilayətindəki cəbhədən kö
Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.�
Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 9
Rusiyada, Qaraçay-Çərkəzdə polis əməkdaşları yeni doğulmuş qızının
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) Daxili İşlər Nazirliyinin
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə yenicə təyin e
Keniyanın Avendo şəhərində polis adam oğurluğunu təşkil edən, anasınd
Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidan