Vardanyan ermənilərə işıq limitinin tətbiqinə başlayır
Siyasət 16 Yan 2023 22:22:00 357 0
Qarabağdakı qondarma rejimin "blokada" şousu davam edir.
Bu xəbəri də oxu: Tramp Paris Sazişinə qarşı: iqlim təhlükədəmi?
Son.az xəbər verir ki, musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, yanvarın 16-da oyuncaq "dövlət naziri və baş qərargahın rəhbəri" Ruben Vardanyanın rəhbərliyi ilə "operativ qərargah"ın növbəti iclası keçirilib.
"İclasda talon sisteminin tətbiqinin gedişi barədə məlumat verilib, təşkilati-texniki işlərin müəyyən edilmiş qrafikə uyğun aparıldığı bildirilib. Vauçer sisteminin asan tətbiqini təmin etmək məqsədilə həm təchizatçılar, həm də satış məntəqələrinin sahibləri üçün müvafiq maarifləndirmə və təlim tədbirləri həyata keçiriləcək. Bir neçə əsas mal qrupunun talonla satışı Xankəndidə 200, rayonlarda isə 400 mağaza vasitəsilə həyata keçiriləcək"-məlumatda deyilir.
Eyni zamanda bildirilir ki, qondarma "respublikanın" enerji təchizatı ilə bağlı "gərgin olaraq qalan vəziyyət"dən bəhs olunub. Ermənistandan Qarabağa enerji təchizatının kəsildiyi iddiası da səslənib. İddia olunub ki, "çünki Azərbaycan tərəfi qəzanın səbəblərini öyrənmək üçün mütəxəssisləri nəzarət etdikləri əraziyə buraxmır". Bu "səbəbdən" əhalinin minimum enerji tələbatını mümkün qədər uzun müddətə ödəmək üçün sabahdan etibarən iki saatlıq fasiləsiz elektrik kəsilməsi əvəzinə, dörd saatlıq iş qrafiki tətbiq ediləcək.
Göründüyü kimi, Vardanyan dünyanı Laçın yolunun "kəsildiyinə" inandırmaq üçün girovluqda saxladığı Qarabağ ermənilərinə məşəqqətlər yaşadır.
İstanbul boğazında saya oturan "MKK-1" adlı quru yük gəmisi xila
Belarus və Rusiya Silahlı Qüvvələrinin Regional Qüvvələr Qrupuna tabe ol
Ukrayna qüvvələrinin bir hissəsini Zaporojye vilayətindəki cəbhədən kö
Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.�
Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 9
Rusiyada, Qaraçay-Çərkəzdə polis əməkdaşları yeni doğulmuş qızının
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) Daxili İşlər Nazirliyinin
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə yenicə təyin e
Keniyanın Avendo şəhərində polis adam oğurluğunu təşkil edən, anasınd
Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidan
"Ferrari" "LaFerrari" hiperkarından toplam 500 nüsxə haz�
Müğənni Aysun İsmayılova ARB televiziyasında yayımlanan "Maqazin Plu