Uşaqlıqda 4 il xəstə yatdı, fəxri ada görə ruhdan düşdü, səhnədə qəfil halı pisləşdi


Kriminal 16 Yan 2023 00:48:00 335 0

Uşaqlıqda 4 il xəstə yatdı, fəxri ada görə ruhdan düşdü, səhnədə qəfil halı pisləşdi

Son.az Kulis.az-a istinadən böyük aktyor, əməkdar artist Səməndər Rzayev haqqında maraqlı faktları təqdim edir.

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" tamaşasında Horatsio olub.

***

Səməndər çoxuşaqlı ailənin sonbeşiyi olub. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə tuş gəldiyi üçün çox çətinliklə böyüyüb. Anası adının qısaldılmış formada Səməni - deyə çağırarmış.

Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.

***

Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi "Arxip baba və Lyonka" radio-tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.

Xəstə yatan zaman həkimlər Səməndərə deyirlər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra aktyor kökəlməyə başlayır. Amma köklük də ona ağırlıq gətirdiyindən həmişə zədəli ayağı ağrılı olur.

***

Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq "sən böyük aktyorsan" demişdi.

Qızı Rübabə Səməndərin dediyinə görə atasının çox gözəl şarjları, həcvləri vardı. Aktyor harda olsa, dəftərin, kağızın bir küncünə nəsə çəkirmiş. Rəhmətlik Mikayıl Mirzə Səməndər Rzayevin bu rəsmlərini ondan alır ki, haqqında yazacağı kitaba daxil etsin. Lakin, iş elə gətirir ki, Mikayıl Mirzənin evində yanğın baş verir, şarjlar da həmin yanğın zamanı tələf olur.

***

Səməndər Rzayev ömrünün son dövrlərində ruhdan düşür. Nə səhnədə, nə də kinoda potensialına uyğun rollarla özünü ifadə edə bilmirdi. Səməndər dolubədənli olduğu üçün çox vaxt ona yaşından böyük və bir-birinə oxşar obrazlar verirdilər. Vaqif Mustafayev aktyoru "Yaramaz" filmindəki Hətəm roluna çəkməyi planlaşdırsa da aktyorun qəfil ölümü bu planının həyata keçməsinə mane olur.

Xalq artisti Səfurə İbrahimova öz müsahibələrinin birində Səməndər haqqında belə deyir: "Səməndər əla aktyor, əvəzolunmaz insan və fitri istedad sahibi idi. Çox yumşaq, həlim oğlanıydı. Rasim Balayevə xalq artisti adı verdilər, ona yox. Səməndər fikirdən o günə düşdü. Bir gün işdən çıxıb evə gedəndə gördüm fikirli-fikirli teatrın həyətində başını tutub gəzir. Yaxınlaşıb çağırdım. O qədər fikirli idi ki, məni eşitmədi. Bir xeyli onu danladım, dedim, sən böyük aktyorsan, insanlar səni sevir, dərdin olanda da üzə vurma, içində çək. Mənə dedi ki, axı bu elə işdir ki, mənə toxunur. Rasim gözəl aktyordur, amma onu teatra mən gətirmişəm, lazım gələndə onunla mən məşq eləmişəm. Bəs niyə ona məndən qabaq ad verilir, amma mənə yox. Ona təskinlik verdim, özümü misal çəkdim. Çünki mənim adımı da on il əvvəldən xalq artistliyinə versələr də, hər il siyahıdan silirdilər."

***

Yeriyəndə yer silkələnən, danışanda gözləri ilə lərzəyə salan Səməndərin səhhətində bir müddət sonra problemlər yaranmağa başlayır. Aktyor o qədər arıqlayır ki, onu görənlər təəccüblənir. Deyilənə görə içkidən çox istifadə etməsi onu qara ciyər xəstəsinə çevirir. Həkimlər də ona serroz diaqnozu qoyub.

Doğma qızı ilə intim münasibətdə olan dindar: Sonradan qızı ərə verib... like
  • 16 Yan 00:14  
Digərləri Doğma qızı ilə intim münasibətdə olan dindar: Sonradan qızı ərə verib...

İstənilən zaman kəsiklərində Katolik Kilsəsinin əsas məğzi itaət və

arrow Ətraflı
Günün qoroskopu: Eşitdiyiniz məsləhətləri safçürük edin like
  • 16 Yan 00:01  
Digərləri Günün qoroskopu: Eşitdiyiniz məsləhətləri safçürük edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İsveç 130 terrorçunu Türkiyəyə təhvil verməlidir like
  • 15 Yan 23:53  
Siyasət İsveç 130 terrorçunu Türkiyəyə təhvil verməlidir

İsveç Türkiyə parlamentinin onun NATO-ya daxil olmasını təsdiqləməsi ü

arrow Ətraflı
Xaçmaz rayonunda like
  • 15 Yan 23:52  
Digərləri Xaçmaz rayonunda

Xaçmaz rayonunda yanğın baş verib.

arrow Ətraflı
Behişt və cəhənnəm mövcuddurmu?.. like
  • 15 Yan 23:50  
Digərləri Behişt və cəhənnəm mövcuddurmu?..

Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm d�

arrow Ətraflı
Bədənin aşağı hərarəti hansı pozulmaların simptomudur? like
  • 15 Yan 23:45  
Digərləri Bədənin aşağı hərarəti hansı pozulmaların simptomudur?

Əksər hallarda biz hərarətin yüksəlməsi haqqında eşidirik.

arrow Ətraflı
Kim Allaha ən çox itaət etsə.. like
  • 15 Yan 23:40  
Digərləri Kim Allaha ən çox itaət etsə..

İmam Cəfər Sadiq(ə) buyurur:

arrow Ətraflı
“Volkswagen”in keçmiş rəhbəri 96 yaşında yuxuda like
  • 15 Yan 23:37  
Dünya “Volkswagen”in keçmiş rəhbəri 96 yaşında yuxuda

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen"in keçmiş baş di

arrow Ətraflı
Bu əlamətlər varsa, deməli ruhunuz qədimdir – Sizi digərlərindən fərqləndirən like
  • 15 Yan 23:35  
Digərləri Bu əlamətlər varsa, deməli ruhunuz qədimdir – Sizi digərlərindən fərqləndirən

Elə insanlar var ki, onların ruhu çox qədimdir, köhnədir və neçə yüz,m

arrow Ətraflı
Adi saç rezini ciddi infeksiyaya səbəb olub like
  • 15 Yan 23:30  
Digərləri Adi saç rezini ciddi infeksiyaya səbəb olub

Amerikalı qız Odri Kopp ciddi infeksiyanın qurbanı olub.

arrow Ətraflı
Dırnaqlarını yeyənlərin nəzərinə  Səbəb stress deyil! like
  • 15 Yan 23:25  
Digərləri Dırnaqlarını yeyənlərin nəzərinə Səbəb stress deyil!

Tədqiqatçılar və psixoloqlar uzun müddət dırnaq yemə vərdişinin  sıx

arrow Ətraflı
Türkiyə Ukraynakı yaralılara dəhliz like
  • 15 Yan 23:22  
Siyasət Türkiyə Ukraynakı yaralılara dəhliz

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək niyyətin

arrow Ətraflı
Аlimlәrdә оlаn bеş хislәt like
  • 15 Yan 23:20  
Digərləri Аlimlәrdә оlаn bеş хislәt

Hәzrәt Pеyğәmbәr (s) buyurmuşdur:

arrow Ətraflı
Ürəkdamarlarında problem olanlara təyyarədə uçmaq təhlükəlidir like
  • 15 Yan 23:15  
Digərləri Ürəkdamarlarında problem olanlara təyyarədə uçmaq təhlükəlidir

Ürəkdə xəstəliklər, tromboz, varikoz təyyarə uçuşları üçün təhlü

arrow Ətraflı