İnsanı müqəddəs ilahi zata yaxınlaşdıran xüsusiyyət
Digərləri 14 Yan 2023 21:10:00 359 0
Qurani-kərim əxlaqi məsələlərə və nəfsin saflaşdırılmasına köklü bir bəhs olaraq böyük əhəmiyyət verir. Fərd və cəmiyyətin əxlaqi tərəqqisi səmavi dinlərin istinad etdiyi ən mühüm hədəflərdəndir; belə ki, onu bütün ictimai islahatların təməli, günah və pisliklərlə mübarizədə əhəmiyyətli vasitə sayır.
Bu xəbəri də oxu: Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi
İslam peyğəmbəri həzrət Məhəmməd (s) və digər məsum imamlardan (ə) bizə gəlib çatan hədisləridə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir.
İslam peyğəmbərindən (s) nəql edilən məşhur bir hədisdə deyilir:
- Mən əxlaqi fəzilətləri tamamlamaq üçün seçilmişəm
Digər bir hədisdə buyurur: "Mən əxlaqi gözəllikləri tamamlamaq üçün seçilmişəm"
Başqa bir hədisdə: "Mən əxlaqi fəzilət və gözəllikləri tamamlamaq üçün seçilmişəm" gəlmişdir".
Hədislərdə qeyd olunan konkretliyi çatdıran - "innəma" sözü (ibarə) Peyğəmbərin (s) bütün hədəfinin bu olmasını, yəni insan əxlaqını təkamülə çatdırmaqda xülasələşməsini göstərir.
İmam Əli (ə) buyurur:
"Əgər cənnətə ümid və imanımız, cəhənnəmdən qorxumuz, mükafat və cəza gözləntimiz olmasaydı belə, əxlaqi dəyərlərin arxasınca getməyimiz layiqli iş idi, çünki onlar qurtuluş, zəfər və müvəffəqiyyət göstəricisidirlər".
Bu hədisdən tam aydın olur ki, əxlaqi dəyərlər qiyamət qurtuluşu səbəbi olmaqla yanaşı dünya həyatında da xüsusi əhəmiyyətə malikdir.
Allahın Rəsulu (s) digər bir hədisdə buyurur:
َ "Allah-taala əxlaqi dəyərləri özü ilə bəndələri arasında əlaqə vasitəsi etmişdir. Sizlərdən hər biriniz elə əxlaqa sarılmalıdır ki, onu Allaha bağlasın".
Başqa sözlə, Allah-taala ən böyük əxlaq müəllimi, insan ruh və nəfsinin tərbiyəçisi və bütün fəzilətlərin mənbəyidir. Allaha yaxınlaşmağın yeganə yolu da ilahi əxlaqa yiyələnməklə mümkündür. Deməli, hər bir əxlaqi səciyyə Allahla insan arasında rabitə yaradır və bu minvalla onu müqəddəs ilahi zata yaxınlaşdırır.
Dini rəhbərlərin həyat tərzi bütövlükdə bu məsələni bəyan edir. Belə ki, onlar hər yerdə əxlaqi fəzilətlərə dəvət edir və özləri də bunun canlı nümunəsi idilər.
Quran, Peyğəmbərin (s) ali məqamından söz açarkən -
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
" َSən əzəmətli əxlaqa sahibsən"(Qələm 4) buyurur.
Yuxusuzluq və yuxudan doymamaq artıq insanların sağlamlığını təhlükə
Naxçıvanda dövlət xidmətinin əməkdaşı oğurluq edilib.
Maya (çörək mayası) saçlara çox yaxşı təsir edir.
Qurani-kərimin "Bəqərə" surəsində rastlaşdığımız bu əhvala
Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər m
Bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində nənə və n
Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan maddədir
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Sizlərdən hər hansı birini
Bəzi canlıların əti insan orqanizmi üçün çox faydalıdır. İnsan ət ye
Soyuqdəyməni ilk simptomlarından biri olan zökəm adətən ciddi pozulma kim
Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidala
Bu gün səhər saatlarında Rusiya qoşunları Ukraynanın Dnepr şəhərini ra
İmam Cəfər Sadiq əleyhissalam buyurur:
Askarid qurdu dünyada ən çox yayılmış helmintik qurddur. Qurdun uzunluğu