Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür FOTO
Kriminal 13 Yan 2023 21:27:00 937 0
Hər dəfə Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Zəfəran", "Çay" və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
Bu xəbəri də oxu: Moldova Emin Həsənovu Azərbaycana təhvil verdi
Son.az AZƏRTAC-a istinadən Xalq artisti, "Şöhrət" ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 20-cu ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.
Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb.
Mirzə Babayevin radionun "Qızıl fond"unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda otuzdan çox filmdə rol alıb: "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Dəli Kür", "Dərviş Parisi partladır", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" və sair. "O olmasın, bu olsun" filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, "Onu bağışlamaq olarmı?" filmində isə Tərlanın mahnısını səsləndirib.
Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. "Dərviş Məstəli şah"da Dərviş, "Bəyin oğurlanması"nda Mirişin atası, "Dəli Kür"də Dərviş obrazlarını məharətlə yaradıb. "Qorxma, mən səninləyəm", "Telefonçu qız", "Romeo mənim qonşumdur" filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.
Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olub, "Şöhrət" ordeni ilə təltif edilib.
Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi vətəndaş cəmiyyəti nü
Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə ba�
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1983-cü il təvəllüdlü
"Halime hatun" obrazı ilə Pakistanda məşhurlaşan aktrisa Esra Bil
Mədəkiçiltmə əməliyyatından sonra 30 kiloqram arıqlayan Əməkdar artist
Britaniyada, Uelsdə, Bridjend şəhərindəki həbsxananın keçmiş tibb bac�
Müğənni Beyons Britni Spirsdən klipində oynamağı xahiş edib.
Mingəçevir şəhərində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər
Müğənni Türkan Vəlizadə müzakirəyə səbəb olan "FaceApp"lı
ABŞ-da 2022-ci ilin avqustun 30-dan bəri naməlum uçan obyektlərin (UNO) aş
Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ş