FrankValter Ştaynmayer İlham Əliyevə zəng edib
Siyasət 13 Yan 2023 19:57:00 340 0
Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: ANCAdan etiraf: Ermənistan Azərbaycana məğlub oldu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.
Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək, bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.
Xəbər verildiyi kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöb�
Qarın yağması paytaxtda gözəl mənzərə yaratsada, bir sıra problemlərin
13 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na
Paylaşımları ilə diqqət çəkən türkiyəli müğənni İrem Derici yenid�
"James Webb" kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.
Rusiyanın Ufa şəhərində alovlara bürünən ev buz sarayına çevrilib.
"Nə özümə, nə də ki həmkarlarıma belə ucuz xətaları arzulamaram.
Azərbaycanın dövlət qurumları və özəl müəssisələrində müxtəlif v�
Hündürlüyü təxminən 7 metr olan istinad divarının yaratdığı təhlük�
Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəy
Türkiyə və Azərbaycan Cənub-Şərqi Avropa ölkələrinin təbii qazda əla