Bank hesablarının açılması mexanizmi sadələşdirilir VİDEO


Digərləri 13 Yan 2023 18:12:00 243 0

Bank hesablarının açılması mexanizmi sadələşdirilir  VİDEO

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlıdır.

Son.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, bank hesablarının açılması məqsədi ilə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına kağız və ya elektron formada müraciət ərizəsi təqdim edilməli, müraciət vergi orqanı tərəfindən 2 gün ərzində emal olunmalıdır. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilir. Bu proses zamanı müəyyən olunmuş müddət, yəni 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşmüş sənəd kimi qiymətləndirilir və həmin şəhadətnamə-dublikat üzrə hesabın açılması mümkün olmur.

Bank hesablarının açılması sahəsində vergi ödəyicilərinin mövcud inzibati yükünün azaldılması məqsədilə vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açıldığı tarixdən 1 iş günü müddətində vergi orqanına elektron qaydada məlumat göndərilir. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Vergi ödəyicisinin borcu olduğu və borcun ödəniş müddətinin bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir.

Göründüyü kimi, mövcud inzibatçılığın sadələşdirilməsi və prosedurların azaldılması məqsədi ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməklə yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Yeni mexanizm 2023-cü ilin oktyabr ayından tətbiq ediləcək və həmin müddətədək vergi orqanları ilə banklar arasında təklif olunan mexanizmin tətbiqi ilə bağlı inzibatçılığın qurulması işləri həyata keçiriləcək.

“Bu məsələni Azərbaycanın da xeyrinə olacaq şəkildə müzakirə edirik” like
  • 13 Yan 18:10  
Digərləri “Bu məsələni Azərbaycanın da xeyrinə olacaq şəkildə müzakirə edirik”

Türkiyə və Azərbaycan Cənub-Şərqi Avropa ölkələrinin təbii qazda əla

arrow Ətraflı
Flora Kərimova: "Qızım dedi ki, iki müəllimə sənin qeybətini edirdi"  VİDEO like
  • 13 Yan 18:04  
Şou-biznes Flora Kərimova: "Qızım dedi ki, iki müəllimə sənin qeybətini edirdi" VİDEO

"Bir dəfə gördüm ki, qızım Zümrüd çox peşman gəlib. O, universit

arrow Ətraflı
Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıtdı  FOTO like
  • 13 Yan 17:57  
Digərləri Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıtdı FOTO

Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıdıb.

arrow Ətraflı
Qəzalı vəziyyətdə olan yataqxana  VİDEO like
  • 13 Yan 17:56  
Digərləri Qəzalı vəziyyətdə olan yataqxana VİDEO

Suraxanı rayonunda bir yataqxana binası da var.

arrow Ətraflı
Yeni SmArt Community layihəsinin təqdimatı uğurla keçirildi  FOTO like
  • 13 Yan 17:55  
Digərləri Yeni SmArt Community layihəsinin təqdimatı uğurla keçirildi FOTO

"Sirovarnya" restoranında müəllifləri və yaradıcıları dizayner

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan: əməkdaşlıq yeni üfüqlərə çatmaq üçün bir vasitə kimi like
  • 13 Yan 17:24  
Digərləri Azərbaycan və Qazaxıstan: əməkdaşlıq yeni üfüqlərə çatmaq üçün bir vasitə kimi

Azərbaycan ilə Qazaxıstan arasında son 30 ildə əməkdaşlığı qarşılı

arrow Ətraflı
Popun “Çılpaq kraliçası”  Hər həftə sevgilisini dəyişdi like
  • 13 Yan 17:16  
Şou-biznes Popun “Çılpaq kraliçası” Hər həftə sevgilisini dəyişdi

Son.az xəbər verir ki, lent.az-ın "Göz önündə" rubrikasının b

arrow Ətraflı
Azərbaycanda 7 yaşlı məktəbli vəfat etdi  VİDEO like
  • 13 Yan 17:04  
Digərləri Azərbaycanda 7 yaşlı məktəbli vəfat etdi VİDEO

Ötən gün Salyan rayonunun 8 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi

arrow Ətraflı
Günay Quluzadəyə yeni vəzifə verildi like
  • 13 Yan 17:02  
Digərləri Günay Quluzadəyə yeni vəzifə verildi

Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasım

arrow Ətraflı
“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir like
  • 13 Yan 16:56  
Digərləri “Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir

"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm

arrow Ətraflı
Xocavənddə partlayış  Ölən var like
  • 13 Yan 16:54  
Digərləri Xocavənddə partlayış Ölən var

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

arrow Ətraflı
Skuter alovlandı: Xəsarət alanlar var  VİDEO  FOTO like
  • 13 Yan 16:52  
Dünya Skuter alovlandı: Xəsarət alanlar var VİDEO FOTO

Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb.

arrow Ətraflı
Türkiyə ilə Ermənistan arasında viza proseduru like
  • 13 Yan 16:50  
Digərləri Türkiyə ilə Ermənistan arasında viza proseduru

Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi qurulub.

arrow Ətraflı
Xocavəndin Tuğ kəndindən silahsursat tapılıb  VİDEO like
  • 13 Yan 16:48  
Digərləri Xocavəndin Tuğ kəndindən silahsursat tapılıb VİDEO

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki sila

arrow Ətraflı
"Pulu xərcləməmişdən əvvəl qazan" like
  • 13 Yan 16:44  
Şou-biznes "Pulu xərcləməmişdən əvvəl qazan"

"Həmişə özümü xoşbəxt hiss edirəm. Bilirsiniz niyə? Çünki he�

arrow Ətraflı