Popun “Çılpaq kraliçası” Hər həftə sevgilisini dəyişdi


Şou-biznes 13 Yan 2023 17:16:00 243 0

Popun “Çılpaq kraliçası”  Hər həftə sevgilisini dəyişdi

Son.az xəbər verir ki, lent.az-ın "Göz önündə" rubrikasının bu dəfəki hədəfi pop kraliçası Hande Yenerdir.

Bu gün 50 yaşı tamam olsa da, gənclərdən daha böyük enerji və həvəslə yazıb yaradır. Eyni zamanda az qala hər həftə dəyişdiyi gənc sevgililəri ilə gündəmə gəlir.

Əsl adı Makbule Hande Özyener olan bu xanım 1973-cü il yanvarın 12-də İstanbulda doğulub. 1990-cı ildə orta məktəbi bitirən kimi evlənib və bu evlilikdən bir oğlu dünyaya gəlib. Lakin evlilik uzun sürməyib. Xanımının azad və asi xarakterini sevməyən əri ondan qaçıb. Hande oğlunu böyüdə bilmək üçün geyim mağazalarından birində işləməyə başlayıb.

Bir gün mağazaya gələn məşhur müğənni və aktrisa Hülya Avşar rəflərin arxasında mahnı oxuyan qızın səsini bəyənir və müğənni kimi uğurlu ola biləcəyini söyləyir. Hülya Avşar Handeni  müğənni Sezen Aksu ilə tanış edir. Hande 2 il Sezenin ansamblında vokalist kimi fəaliyyət göstərir. Tezliklə sərbəst musiqi fəaliyyətinə başlayan Hande səhnələrə yeni nəfəs, yeni ab-hava gətirir.

Tez-tez imic dəyişdirməsi, buraxdığı hər yeni mahnısının milyonlarla izlənmə toplaması onu daim diqqət mərkəzində saxlayırdı. Türkiyədə Səhnəyə cəsarətlə ilk dəfə bodidə çıxan müğənni Hande Yener oldu, ondan sonra Gülşən, Ajda Pekkan da bodi ilə tamaşaçı qarşısına çıxdılar. Bodi ilə səhnəyə çıxdığına görə, ona bir müddət hətta "Çılpaq kraliça" ləqəbi də verilmişdi.

Hande Yener cəsarətli saç düzümləri, saç rəngləri ilə də diqqət çəkdi. Gah yaşıl, gah mavi, gah bənövşəyi, gah çılğın qırmızı  rəngli saçlarla səhnəyə çıxan, epotajlı geyimləri ilə heyrətləndirən müğənni hətta bir dəfə saçını boyatmaq üçün İsveçdən İstanbula bərbər də gətirmişdi. Bu saç boyası ona çox baha başa gəlsə də, bahalı bərbər onun saçlarını sadə şabalıd rənginə boyamışdı. Yeri gəlmişkən İranda Mahsa Amininin ölümüylə başlayan etiraz aksiyalarına dəstək olaraq, Hande səhnədə öz gözəl saçlarını kəsmişdi.

Hande Yener Türkiyədə elektron musiqi axımının əsasını qoyan müğənnidir. 2000-ci ildə buraxdığı "Senden ibaret" albomuyla  disko pop, 2007-ci ildə isə "Romio" albomu ilə elektron musiqi axımının əsasını qoydu. Onun "Romio" mahnısı uzun müddət reytinq siyahılarında birinci yerdə dayandı.

2008-ci ildə Hande Yenerə "Gay ikonu" adı verildi. O bu adla fəxr etsə də, əsla eynicinsli münasibətlərə meyilli deyil. Sadəcə düşünür ki, insan nəyi arzu edirsə onu yaşamalıdır və eynicinsli münasibətlərə azadlıq verilməlidir.

Azərbaycanda 7 yaşlı məktəbli vəfat etdi  VİDEO like
  • 13 Yan 17:04  
Digərləri Azərbaycanda 7 yaşlı məktəbli vəfat etdi VİDEO

Ötən gün Salyan rayonunun 8 saylı tam orta məktəbinin 1-ci sinif şagirdi

arrow Ətraflı
Günay Quluzadəyə yeni vəzifə verildi like
  • 13 Yan 17:02  
Digərləri Günay Quluzadəyə yeni vəzifə verildi

Respublika Klinik Xəstəxanasının direktoru, ortoped-travmatoloq Elviz Qasım

arrow Ətraflı
“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir like
  • 13 Yan 16:56  
Digərləri “Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir

"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cüm

arrow Ətraflı
Xocavənddə partlayış  Ölən var like
  • 13 Yan 16:54  
Digərləri Xocavənddə partlayış Ölən var

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

arrow Ətraflı
Skuter alovlandı: Xəsarət alanlar var  VİDEO  FOTO like
  • 13 Yan 16:52  
Dünya Skuter alovlandı: Xəsarət alanlar var VİDEO FOTO

Avstraliyanın Brisben şəhərində fərdi evdə elektron skuter alovlanıb.

arrow Ətraflı
Türkiyə ilə Ermənistan arasında viza proseduru like
  • 13 Yan 16:50  
Digərləri Türkiyə ilə Ermənistan arasında viza proseduru

Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi qurulub.

arrow Ətraflı
Xocavəndin Tuğ kəndindən silahsursat tapılıb  VİDEO like
  • 13 Yan 16:48  
Digərləri Xocavəndin Tuğ kəndindən silahsursat tapılıb VİDEO

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki sila

arrow Ətraflı
"Pulu xərcləməmişdən əvvəl qazan" like
  • 13 Yan 16:44  
Şou-biznes "Pulu xərcləməmişdən əvvəl qazan"

"Həmişə özümü xoşbəxt hiss edirəm. Bilirsiniz niyə? Çünki he�

arrow Ətraflı
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı like
  • 13 Yan 16:34  
Digərləri Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yolux

arrow Ətraflı
Əkbər Əlizadəyə ağır itki like
  • 13 Yan 16:30  
Şou-biznes Əkbər Əlizadəyə ağır itki

Əməkdar artist Əkbər Əlizadəyə ağır itki üz verib.

arrow Ətraflı
“Dəmir adam” tanınmaz halda  FOTO like
  • 13 Yan 16:20  
Şou-biznes “Dəmir adam” tanınmaz halda FOTO

Məşhur "Dəmir adam" filminin ulduzu Robert Dauninin son halı gün

arrow Ətraflı
Bakıda şokolad oğrusu tutuldu like
  • 13 Yan 16:12  
Kriminal Bakıda şokolad oğrusu tutuldu

Bakıda mağazada qeyri-adi oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür etdi like
  • 13 Yan 16:10  
Siyasət Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün

arrow Ətraflı