Virus üçün ikiqat “uğur” “Kraken”in əsas təhlükəsi açıqlandı
Dünya 13 Yan 2023 16:36:00 357 0
Koronavirusun "Omikron" ştammının "XBB.1.5" və ya "kraken" subvariantında yaranan mutasiyalar ona hüceyrələrə daha effektiv şəkildə yapışmağa və anticisimlərdən qaçmağa imkan verir.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun (Rusiya) genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq Pavel Volçkov deyib.
"Kraken"dəki F486P mutasiyası nəinki hüceyrələrə daha yaxşı yapışmağa, həm də onu neytrallaşdıra biləcək anticisimlərdən yayınmağa imkan verir. Bu, virus üçün ikiqat uğurdur", - deyə o, izah edib.
Lakin o, bununla belə "omikron"a qarşı immunitetin ümumiyyətlə köməksiz olmadığını vurğulayıb.
"Hazırda Çində inkişaf edən variantlardan daha çox qorxardım. Böyük ədədlər nəzəriyyəsi bizə deyir ki, məhz oradan yeni təhlükəli koronavirus ştammının gəlişini gözləmək olar", - deyə həkim əlavə edib.
Xatırladaq ki, artıq Azərbaycanla sərhəd Gürcüstan və Rusiyada "kraken"ə yoluxma hadisəsi qeydə alınıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yolux
Məşhur "Dəmir adam" filminin ulduzu Robert Dauninin son halı gün
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün
Əksər köhnə tikili binaların girişində təhlükəsizlik və təmizlik ü�
"Dünyanın ağır iqtisadi böhran yaşadığı bir dövrdə Azərbaycanda
Azərbaycanı Laçından Xankəndiyə gedən yolu bağladığına görə ittiham
Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı İlahə Fəda arasında qalmaqal
Prezident İlham Əliyev ötən gün yerli televizya kanallarına müsahibəsind
Müğənni Günay İbrahimlinin səhhəti pisləşib.
Bir neçə gündür müşahidə olunan qarlı havadan sonra Bakının ətraf qə
Xəbər verdiyimiz kimi, alman aktrisa və supermodel Tatyana Patitz 56 yaşınd
Marketlərdə bayram ərəfəsində və indiki qiymətləri müqayisə etdikdə