Müstəqil Azərbaycanın tarixində İLK
Siyasət 13 Yan 2023 16:04:00 472 0
"Dünyanın ağır iqtisadi böhran yaşadığı bir dövrdə Azərbaycanda həm əhalinin həssas təbəqələrinin sosial dəstəklənməsi yönümdə addımların atılması çox əhəmiyyətlidir, həm də müəyyən iqtisadi addımı təmin etmək üçün həyata keçirilən işlər əhəmiyyətlidir".
Bu xəbəri də oxu: Rəsmi Bakıdan Qəzzadakı atəşkəsə reaksiya
"Xüsusilə həssas təbəqələrin sosial müdafiəsinə yönəlmiş addımlar Azərbaycanda dövlət siyasətinin artıq davamlı bir istiqamətinə çevrilib və hansı şəraitdə olmağımızdan asılı olmayaraq bu yöndə dövlətin addımları artıq ənənəvi və fasiləsiz bir xarakter alıb.
Vətən müharibəsinin ən ağır günlərində də Azərbaycanda bu yöndə addımlar atılırdı, Vətən müharibəsinə qədər də, müharibədən sonra ərazilərimizin bərpası kimi ağır bir yükün dövlətin üstünə oturmasına baxmayaraq, sosial dəstək və müdafiə addımları müharibədən sonra da davam etdirilir.
Elə bu günlərdə biz onun bariz bir nümunəsini gördük. Prezidentin Fərmanı ilə sosial dəstək və sosial müdafiə paketinin yeni bir tranşı açıldı. Ölkədə minimum əməkhaqqının artırılması, minimum pensiya həddinin qaldırılması, yaşayış minimumunun qaldırılması və bu yöndə atılan digər addımlar əhalinin həssas təbəqlərinin vəziyyətinin yaxşılaşdırılmasına və xaricdə artan infilyasiya təzyiqləri qarşısında onların vəziyyətini müdafiə etmək məqsədi daşıyır.
Çox yaxşı bir haldır ki, ölkədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu il ölkədə orta aylıq əməkhaqqı artıq 900 manata hədəflənib. Bütün bunlar ölkədə əməkhaqqlarının, eləcə də sosial müavinətlərin, pensiya və təqaüdlərin artımına lazımı şəraiti yaradacaq. Xüsusilə də minimum pensiyanın bu gün müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 200 dollardan (280 manat) artıq bir həddə çıxması yaxşı bir göstəricidir.
Eləcə də minimum əməkhaqqının 345 manata qaldırılması və bunun həm özəl sektora, həm də dövlət sektorunda çalışanlara aid edilməsi yaxşı bir haldır. Çox yaxşı hallardan biri də odur ki, minimum əməkhaqqlarının artırılması üçün lazım olan vəsait dövlət büdcəsindən ayrılıb ki, bu da az məbləğ deyil.
Bundan başqa, müharibə dövründə xəsarət almış bizim qəhrəman və yaralı övladlarımızın dəstəklənməsi yönündə də çox əhəmiyyətli addımlar var. Məsələn, həmin insanların çox yüksək texnologiyalı protezlərlə təmin olunmasına şahidik. Bu da insan faktoru və onun dəstəklənməsinin dövlət siyasətinin vacib bir hədəfi olduğunu bu məsələdə də göstərir.
Bir sözlə, həssas təbəqələrin sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasına yönəlmiş addımlar Azərbaycan dövlətinin siyasətində fasiləsiz və davamlı bir istiqamətə çevrilib. Bu da dövlətin sosial mahiyyətinin praktikada həqiqətən özünü göstərməsinə bir nümunədir".
Təhməz Əsədov Son.az
Azərbaycanı Laçından Xankəndiyə gedən yolu bağladığına görə ittiham
Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı İlahə Fəda arasında qalmaqal
Prezident İlham Əliyev ötən gün yerli televizya kanallarına müsahibəsind
Müğənni Günay İbrahimlinin səhhəti pisləşib.
Bir neçə gündür müşahidə olunan qarlı havadan sonra Bakının ətraf qə
Xəbər verdiyimiz kimi, alman aktrisa və supermodel Tatyana Patitz 56 yaşınd
Marketlərdə bayram ərəfəsində və indiki qiymətləri müqayisə etdikdə
Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.
"Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş əra
Ötən gün Xalq artisti Gülyanaq Məmmədova doğum gününü "Həmin Zau
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı u�
Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.
Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib.
Kredit faizləri arta bilər. Bankların cəlb etdikləri depozitlərə görə M
Bakı-Quba, Ələt-Astara və Bakı-Qazax magistrallarının böyük hissəsi ge