Fransanın özünə biçdiyi “Ermənistanın xilaskarı” rolu Azərbaycana qarşı qərəzli mövqenin səbəbləri
Siyasət 13 Yan 2023 15:48:00 349 0
Prezident İlham Əliyev ötən gün yerli televizya kanallarına müsahibəsində xarici və daxili siyasətlə bağlı bir sıra məqamlardan danışdı. Fransanın Azərbaycana qarşı olan mövqeyinə toxunan dövlət başçısı qeyd etdi ki, ATƏT-in Minsk qrupu, xüsusilə, Fransa hər vəchlə çalışır ki, Qarabağ məsələsi öz həllini tapmasın.
Bu xəbəri də oxu: ANCAdan etiraf: Ermənistan Azərbaycana məğlub oldu
"Yəni, nə sülh, nə hərb, məsələ dondurulmuş vəziyyətdə qalsın və de-fakto ermənilər orada yaşasınlar. Vaxt gələcək, nəsillər dəyişəcək, azərbaycanlılar unudacaq və o cümlədən, bu insanlar arasındakı təmaslar, Ermənistanla əməkdaşlıq meyillərinin gücləndirilməsi tezisləri də ortalığa atılırdı ki, bəli, biz barışaq, biz dost olaq, o, qalsın kənarda. Yəni, biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər", - dövlət başçısı qeyd edib.
Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi artıq hər kəsə məlumdur. Fransa Senatı Milli Assambleyası tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamələr, sifarişlə yazı yazan media orqanlarının dili ilə anti-Azərbaycan mövqeyinin sərgilənməsi bunun bariz nümunəsidir.
Fransa yaxın keçmişdə Cənubi Qafqazda ATƏT-in Minsk qrupunun həmsədri, Qarabağ probleminin həlli üçün əsas tərəflərdən biri kimi görünürdü. Lakin dediyimiz kimi, sadəcə, "görünürdü". Bu məsələnin həlli istiqamətində görməli olduğu işlərə gəlincə isə Fransa ermənipərəst mövqe sərgiləyərək məsələni danışıqlardan və sülhdən kənar tutmağa çalışırdı.
Azərbaycanın zəfəri ilə bitən İkinci Qarabağ Müharibəsindən sonra da bir zamanlar Qarabağ probleminin həlli üçün çalışmalı və tərəfsizlik sərgiləməli olan Fransa hazırda da Azərbaycana qarşı qərəzli siyasət yürüdür.
Bir digər məqam isə oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin görüşü zamanı qəbul edilən Ermənistan ərazisinə, Azərbaycanla sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi oldu. Bu missiya qısamüddətli olmalı idi. Lakin Fransa bunu uzadacağını bildirdi. Bu missiya nəyi dəyişəcək, kimə lazımdır? Bəllidir ki, Fransa bu addımlarla Cənubi Qafqazda itirdiyi nüfuzunu və təsirini bərpa etməyə çalışır. Fransa Azərbaycan sərhədinin yanında olacaq bir missiyanın vaxtının uzadılmasının Azərbaycanla razılaşdırılmaması haqqını özündə necə görə bilir?
Fransa prezidentinin Praqa görüşündə iştirakına Azərbaycanın razılıq verməsi xoş məram nümunəsi idi. Fransa bunu dəyərləndirə bilmədi.
Fransanın son dövrdə atdığı addımların iki məqsədi var. Bunlardan birincisi və ən əsası Makronun yeni dövrdə uğur hekayəsinə ehtiyacının olması və Cənubi Qafqazda azalan təsirini yenidən artırmağa nail olmaq istəyidir. İkincisi isə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkən erməni diasporunu qane etmək cəhdləridir.
Amma onun bu arzusunun gerçəkləşməsi bir qədər çətin görünür. Çünki Azərbaycanın daxili məsələlərinə heç kəs müdaxilə edə və qarışa bilməz. Makronun Cənubi Qafqazla bağlı heç bir anlayışı olmadığı bu istəyində açıq şəkildə görünür.
Fransa özünə biçdiyi "Ermənistanın xilaskarı" rolu ilə birlikdə regiondan kənarda dayanmalı olduğunu əvvəl-axır anlamalıdır. Əslində, Fransadan gözlənilən beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaq BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı dörd qətnaməsinin icrasını təmin etmək və bunun tərəfdarı olan Azərbaycana dəstək olmaq idi. Bunu etməsələr də, heç olmasa, susmalı idilər. Lakin Fransa bunu da bacarmadı.
Trend
Müğənni Günay İbrahimlinin səhhəti pisləşib.
Bir neçə gündür müşahidə olunan qarlı havadan sonra Bakının ətraf qə
Xəbər verdiyimiz kimi, alman aktrisa və supermodel Tatyana Patitz 56 yaşınd
Marketlərdə bayram ərəfəsində və indiki qiymətləri müqayisə etdikdə
Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.
"Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş əra
Ötən gün Xalq artisti Gülyanaq Məmmədova doğum gününü "Həmin Zau
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı u�
Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.
Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib.
Kredit faizləri arta bilər. Bankların cəlb etdikləri depozitlərə görə M
Bakı-Quba, Ələt-Astara və Bakı-Qazax magistrallarının böyük hissəsi ge
Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri onlayn internet mağazasında
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 453 u
"Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallar