Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı
Dünya 15 Yan 2025 23:51:00 50 0
ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: Moskvadan uçan təyyarədə bomba iddiası axtarış aparılır
Son.az-ın məlumatına görə, bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.
Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.
Ağ Ev rəhbəri xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.
"Bu, həm HƏMAS-ın üzləşdiyi ekstrimal təzyiqin və Livandakı atəşkəsdən sonra regiondakı qüvvələr arasında tarazlığın bərpası, habelə İranın zəifləməsi, eləcə də ABŞ-nin gərgin və israrlı diplomatiyası nəticəsində mümkün olub. Mənim bu istiqamətdəki diplomatik səylərim heç zaman dayandırılmayıb".
Bayden həmçinin HƏMAS-ın hücumları nəticəsində həlak olanları və onların ailələrini, habelə girovluqda olan ABŞ vətəndaşlarını anıb, onların geri qaytarılacağını bildirib.
Prezident deyib ki, bu istiqamətdə planın təfərrüatları yaxın vaxtlarda açıqlanacaq. /APA Son.az
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində üç
"Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimp
Araşdırmalar nəticəsində məlum olub ki, Rusiyadan gələn toyuq ətlərini
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır ye
Son günlər paytaxtda çoxmərtəbəli binalarda yaşayan bəzi vətəndaşlara
Dekabrın 28-i şənbə günü İmralıda Demokrat Partiyasının nümayəndə h
ABŞ-nin ən böyük erməni lobbi təşkilatı olan ANCA-nın xəyalları bir d
Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülmə
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşla
Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsu
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-də dünyasını