İlham Əliyevin müharibə ilə bağlı dedikləri GERÇƏYƏ DÖNÜR


Siyasət 13 Yan 2023 13:36:00 204 0

İlham Əliyevin müharibə ilə bağlı dedikləri GERÇƏYƏ DÖNÜR

Bu gün Rusiya ilə Ukrayna arasında müharibənin 324-cü günüdür. Amma Rusiya-Ukrayna danışıqlarının budəfəki raundundan da nəticə çıxmadı. Müharibənin ilk günlərində bu toqquşmaların qısamüddətli olacağı proqnozlaşdırılırdı. Lakin bütün proqnozların əksi olaraq gələn ay müharibənin davam etməsinin artıq bir ili tamam olacaq. Sonda bu müharibə dünyanı dəyişən, onu qütblərə bölən, yeni coğrafi xəritə çizən bir amilə çevrildi. 

Necə ki, bunu elə Azərbaycan Prezidenti də 3 gün əvvəl (10 yanvar) yerli telekanallara müsahibəsi zamanı çox aydın şəkildə təsvir etdi: "Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik". 

Dövlət başçısının bu açıqlamasından belə nəticə çıxır ki, Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyası məhz elə 44 günlük Qarabağ zəfərinin ardınca Rusiya-Ukrayna müharibəsi ilə dünyada yaranan yeni geosiyasi vəziyyət əsasında planlaşdırılır. Bu isə Şərqi Avropadakı savaşın və onun özündən sonrakı nəticələrinin dünyadakı proseslərə uzun illər təsir edəcəyindən xəbər verir.

Hazıra bütün dövlətlər yaranan bu qlobal geosiyasi vəziyyətdən maksimum yararlanmaq, savaş ocağının ərazisinə sıçramaması üçün yollar axtarışındadır. Çünki bu savaşın arealı əslində poliqonu xatırladan Ukrayna ərazisindən də böyük əraziləri əhatə edir. 

Bununla bağlı ən yaxşı tərifi də İlham Əliyev həmin mətbuat konfransı zamanı verdi: "İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir".

Bəli, elədir ki, var. Biz hazırda Üçüncü Dünya müharibəsinin şahidiyik. Bir yanda Rusiya və onu gizli dəstəkləyən bəzi qüvvələr, digər yanda isə Qərb və ABŞ. Ukrayna isə Kollektiv Qərb və ABŞ üçün sadəcə bu savaşı başlatmaq adına bir vasitə oldu. 

Müharibənin bu qədər uzanmasında isə nə Rusiya maraqlıdır, nə Ukrayna. Savaşın bu vaxta qədər yekunlaşmamasında əsas maraqlı tərəf Qərb və ABŞ-dır. Ötən ilin fevralın 23-də başlayan qanlı toqquşmalar artıq on minlərlə insanın həyatına son qoyub və bu proses təəssüf ki, davam etməkdədir. İndi isə bu müharibə artıq səngər müharbəsinə çevrilməkdədir. 

Müharibənin nəticələri deməyə əsas verir ki, Rusiya ilk günlərdə əldə etdiyi üstünlükləri son aylarda qoruya bilmədi. Keçən ilə kimi dünyanın ən böyük hərbi sənayelərindən birinə malik hesab edilən şimal qonşumuz geridə qalan 1 il ərzində canlı qüvvə ilə yanaşı, çox böyük hərbi texnika itkisi ilə də qarşılaşdı ki, bu gün Rusiya ən yaxşı halda ancaq öz Ordusunu təchiz edə bilər, buna da hər ötən gün Kremldə ümidsizlik artır.

Kremli narahat edən digər məsələ isə ehtiyyat canlı qüvvə ilə bağlıdır. Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququnun ləğv edilməsi bunun bariz nümunəsidir.

Baxmayaraq ki, Rusiya son aylardakı yenilgisini kompensasiya etmək üçün Donetskin Soledar yaşayış məntəqəsinin mərkəzinə nəzarəti ələ keçirmək məqsədilə çox böyük əməliyyat həyata keirdi və buna çətinliklə də olsa nail oldu, lakin Baxmutun mühasirəyə alınmasına gətirib çıxaracaq kimi görünmür. 

Digər tərəfdən isə Qərb ölkələri Ukraynanı silahlandırmaqda yeni və daha üst mərhələyə keçib. Dİgər diqqətçəkən məqam isə ondan ibarərtdir ki, son zamanlar Qərb mətbuatında Ukrayna münaqişəsinin uzanacağı barədə yazılar daha çox yer almağa başlayıb. 

Qərbdə bəziləri düşünür ki, Ukraynanı daha ağır silahlarla təmin etmək, Ukrayna ordusunu çox gücləndirmək Rusiyanı müharibəyə davam etməkdən çəkindirə, masada güzəştə getməyə məcbur edə bilər. Digərləri isə bunun Rusiyanı daha da aqressivləşdirəcəyini, prosesi NATO-Rusiya və ya nüvə müharibəsi mərhələsinə gətirə biləcəyini iddia edir, bu səbəbdən Qərb tərəfindən Ukraynanın sülhə məcbur edilməsini təklif edirlər. Başqa bir qrup da müharibənin həm Rusiya, həm Ukrayna, həm də Qərbə zərər verdiyini, bu səbəbdən döyüşlərin intensivliyinin azaldılmasını və prosesin getdikcə donmuş münaqişəyə çevrilməsini təklif edir.

Lakin Ukraynanın bu mərhələdən sonra Rusiyaya ərazi güzəştə gedəcəyi inandırıcı deyil. Çox güman ki, tərəflər növbəti danışıqlar raundu üçün əllərini gücləndirmək adına qarlı-şaxtalı qış aylarına rəğmən daha kəskin hücum planları qururlar. Ehtimallar böyükdür ki, artıq iki tərəfdə buna ciddi hazırlıq gedir. 

Elə bu ərəfədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna əməliyyatının komandanı təyin edilməsi bu müharibənin ölüm-qalım həddinə çatdığından xəbər verir. Rusiya lideri Vladimir Putinin bu təyinatı həm özünün istər siyasi, istərsə də şəxsi taleyinin, həm də Rusiyanın qlobal geosiyasətdə böyük dövlət kimi qalıb-qalmayacağı məsələsinin Ukraynada həll olunduğunu çox yaxşı başa düşdüyündən xəbər verir. 

Hadisələrin bu cür inkişafı düşünməyə çox tutarlı əsaslar yaradır ki, Rusiya-Ukrayna müharibəsi ən azı yaza qədər nəinki səngiməyəcək, üstəlik daha da şiddətli ssenari alacaq. 

Təhməz Əsədov Son.az

Binədə narkotik satan dəstənin üzvləri saxlanılıb like
  • 13 Yan 13:35  
Digərləri Binədə narkotik satan dəstənin üzvləri saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının h�

arrow Ətraflı
Prezidentin müsahibəsi xarici KİVlərdə like
  • 13 Yan 13:28  
Siyasət Prezidentin müsahibəsi xarici KİVlərdə

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanalla

arrow Ətraflı
Səidə şoubiznesdən kiminlə evlənər? like
  • 13 Yan 13:24  
Şou-biznes Səidə şoubiznesdən kiminlə evlənər?

Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər

arrow Ətraflı
Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar  FOTO like
  • 13 Yan 13:19  
Digərləri Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ like
  • 13 Yan 13:13  
Dünya Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ

Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüquq

arrow Ətraflı
“Polad” ləqəbli polkovnik vəfat etdi like
  • 13 Yan 13:06  
Digərləri “Polad” ləqəbli polkovnik vəfat etdi

"Polad" ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

arrow Ətraflı
ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır like
  • 13 Yan 13:02  
Dünya ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır

"ABŞ Rusiyanın Xüsusi Hərbi Şirkətinin - "Vaqner"in bütün

arrow Ətraflı
Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi like
  • 13 Yan 12:56  
Digərləri Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi

Cəlilabadda sürücü sərnişin avtobusunu qızdırmaq üçün məişət üç�

arrow Ətraflı
Yol qəzası baş verib, xəsarət alanlar var like
  • 13 Yan 12:54  
Digərləri Yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəs

arrow Ətraflı
Anar Hüseynovun nəşi Bakıya gətirildi like
  • 13 Yan 12:51  
Şou-biznes Anar Hüseynovun nəşi Bakıya gətirildi

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirili

arrow Ətraflı
Bakıda oğul atasını döyərək öldürdü like
  • 13 Yan 12:40  
Kriminal Bakıda oğul atasını döyərək öldürdü

Bakıda oğul atasını döyərək öldürüb. 

arrow Ətraflı
Yanvarın 14ü HAVA necə olacaq like
  • 13 Yan 12:35  
Digərləri Yanvarın 14ü HAVA necə olacaq

Yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sosial şəbəkələrdə xoşagəlməz səs yazıları yayılıb like
  • 13 Yan 12:34  
Digərləri Sosial şəbəkələrdə xoşagəlməz səs yazıları yayılıb

Sosial şəbəkələrdə xoşagəlməz, təəccüb doğuran səs yazıları yay�

arrow Ətraflı
Azərbaycanda yeni milli park yaradılacaq like
  • 13 Yan 12:29  
Digərləri Azərbaycanda yeni milli park yaradılacaq

Acınohur çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub.

arrow Ətraflı
Bu, Ermənistanın uzun illər cəzasız qalmasının nəticəsi idi like
  • 13 Yan 12:14  
Siyasət Bu, Ermənistanın uzun illər cəzasız qalmasının nəticəsi idi

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi

arrow Ətraflı