Prezidentin müsahibəsi xarici KİVlərdə


Siyasət 13 Yan 2023 13:28:00 248 0

Prezidentin müsahibəsi xarici KİVlərdə

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qardaş Türkiyə mediası, o cümlədən Anadolu və İHA xəbər agentliklər, "TRT Haber", "TRT Avaz" və digər telekanallar, "Yeni Akit", "Milliyet" və sair qəzetlər dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikirlərini müxtəlif sərlövhələrlə təqdim edib.

Materiallarda bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanın milli müdafiə sənayesini müasir dövrün standartlarına yüksəltməkdə qərarı qətidir. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına da mühüm mesajlar ötürdü.

Avstriyanın aparıcı nəşrlərindən olan "Zalsburq xəbərləri" (Salzburger Nachrichten) qəzetində isə sözügedən müsahibəyə həsr edilmiş "Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq" sərlövhəli məqalə dərc olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha vurğuladığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya göndərəcək. Xatırladılıb ki, indiyədək bu göstərici illik 8,1 milyard kubmetr idi.

Yazıda, həmçinin Avropaya qaz nəqlinə dair siyasi razılaşmalara da toxunulub. Qeyd edilib ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən qaz nəqlinə dair Anlaşma Memorandumu imzalanıb. 2027-ci ildən etibarən qaz nəqlinin həcmi daha da artaraq illik azı 20 milyard kubmetrə çatmalıdır.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Rumıniyanın nüfuzlu KİV-lərinin də diqqət mərkəzində olub. "News24hours" və digər xəbər portallarında rumın və ingilis dillərində dərc olunan məqalələrdə dövlətimizin başçısının Ermənistanla bağlı fikirlərinə xüsusi yer verilib. Yazılarda Prezident İlham Əliyevin ekofəalların və QHT nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirləri əksini tapıb.

Rusiyanın TASS, "İnterfaks", "Vestnik Kavkaza" agentlikləri, "Kommersant", "Nwes.ru" və geniş oxucu kütləsi olan digər nəşrləri isə Azərbaycan Liderinin daha çox Ermənistan-Azərbaycan münasibətləri, Zəngəzur, Şimal-Cənub dəhlizlərinin iqtisadi əhəmiyyəti ilə bağlı fikirlərinə üstünlük veriblər.

Moldova KİV-ləri Azərbaycan Prezidentinin müsahibəsinə dair məqalələri AZƏRTAC-a istinadla yayıblar. "Point", "Noi", "Dosarmedia", "Timpul" və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan yazılarda dövlətimizin başçısının Ermənistanla bağlı dedikləri xüsusi diqqətdə saxlanılıb.

Yazılarda azərbaycanlı gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri aksiya, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlərə də toxunulub.

Gürcüstanın "dalgatv.ge", "24news.ge", "newsday.ge", "aktual.ge" saytları, Yaponiyanın "ajmedia.jp" portalı da Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindən fikirlər yayıblar.

"ajmedia.jp" portalında yapon və ingilis dillərində yayımlanan məlumatlarda Azərbaycan Prezidentinin ötən il ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, o cümlədən Avropanın enerji təminatında artan rolu, bu istiqamətdə imzalanmış yeni sənədlərin əhəmiyyəti, həmçinin regionda baş verən proseslər, Azərbaycanın nüfuzunun artmasına mühüm təsir göstərəcək yeni layihələr barədə fikirləri əksini tapıb. Yazılarda Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar və regionun iqtisadi inkişafına təsir göstərəcək Zəngəzur dəhlizi barədə dövlətimizin başçısının fikirlərinə də geniş yer verilib. Bununla yanaşı, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyasının əsas mahiyyəti barədə obyektiv informasiya yapon ictimaiyyətinə təqdim edilib.

Portalda yayımlanan məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun qüdrətini daha da artırması, ölkəmizin müdafiə sənayesini inkişaf etdirməsi barədə fikirlərinə də geniş yer verilib. Qeyd edilib ki, Ermənistana verilən heç bir müasir silah Azərbaycan Ordusunun qüdrəti qarşısında davam gətirə bilməz.

Məlumatlarda, eyni zamanda, dövlətimizin başçısının Qərbi azərbaycanlıların hüquqları mövzusunun haqlı olaraq beynəlxalq arenaya çıxarılması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.

Son.az 

Səidə şoubiznesdən kiminlə evlənər? like
  • 13 Yan 13:24  
Şou-biznes Səidə şoubiznesdən kiminlə evlənər?

Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər

arrow Ətraflı
Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar  FOTO like
  • 13 Yan 13:19  
Digərləri Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ like
  • 13 Yan 13:13  
Dünya Rusiyada üç uşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ

Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüquq

arrow Ətraflı
“Polad” ləqəbli polkovnik vəfat etdi like
  • 13 Yan 13:06  
Digərləri “Polad” ləqəbli polkovnik vəfat etdi

"Polad" ləqəbli polis polkovniki Mirəli Şıxəliyev vəfat edib.

arrow Ətraflı
ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır like
  • 13 Yan 13:02  
Dünya ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır

"ABŞ Rusiyanın Xüsusi Hərbi Şirkətinin - "Vaqner"in bütün

arrow Ətraflı
Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi like
  • 13 Yan 12:56  
Digərləri Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi

Cəlilabadda sürücü sərnişin avtobusunu qızdırmaq üçün məişət üç�

arrow Ətraflı
Yol qəzası baş verib, xəsarət alanlar var like
  • 13 Yan 12:54  
Digərləri Yol qəzası baş verib, xəsarət alanlar var

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəs

arrow Ətraflı
Anar Hüseynovun nəşi Bakıya gətirildi like
  • 13 Yan 12:51  
Şou-biznes Anar Hüseynovun nəşi Bakıya gətirildi

Rusiyada vəfat edən rejissor Anar Hüseynovun nəşi bu gün Bakıya gətirili

arrow Ətraflı
Bakıda oğul atasını döyərək öldürdü like
  • 13 Yan 12:40  
Kriminal Bakıda oğul atasını döyərək öldürdü

Bakıda oğul atasını döyərək öldürüb. 

arrow Ətraflı
Yanvarın 14ü HAVA necə olacaq like
  • 13 Yan 12:35  
Digərləri Yanvarın 14ü HAVA necə olacaq

Yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Sosial şəbəkələrdə xoşagəlməz səs yazıları yayılıb like
  • 13 Yan 12:34  
Digərləri Sosial şəbəkələrdə xoşagəlməz səs yazıları yayılıb

Sosial şəbəkələrdə xoşagəlməz, təəccüb doğuran səs yazıları yay�

arrow Ətraflı
Azərbaycanda yeni milli park yaradılacaq like
  • 13 Yan 12:29  
Digərləri Azərbaycanda yeni milli park yaradılacaq

Acınohur çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub.

arrow Ətraflı
Bu, Ermənistanın uzun illər cəzasız qalmasının nəticəsi idi like
  • 13 Yan 12:14  
Siyasət Bu, Ermənistanın uzun illər cəzasız qalmasının nəticəsi idi

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi

arrow Ətraflı
“Bakı KOB evi”nə mediatur təşkil olunub  FOTO like
  • 13 Yan 12:07  
Digərləri “Bakı KOB evi”nə mediatur təşkil olunub FOTO

Yanvarın 13-də "Bakı KOB evi"nə mediatur təşkil edilib.

arrow Ətraflı
"Həmin bu Zaurun qaqqıltısı gecə yatanda da adamların yuxusuna girir...” like
  • 13 Yan 11:56  
Şou-biznes "Həmin bu Zaurun qaqqıltısı gecə yatanda da adamların yuxusuna girir...”

"Azad Azərbaycan televiziyasının aparıcısı Zaur Baxşəliyevin  &quo

arrow Ətraflı