İblisin fəryadı...


Digərləri 12 Yan 2023 22:20:00 228 0

İblisin fəryadı...

ALLAH: İblis! Qalx ayağa, tərk et mənim dərgahımı, qovuldun!

_ İnana bilmirəm... nəyə görə? Min illər sənə ibadət etdikdən sonra, budurmu mənim mükafatım; əldə edəcəyim haqqım, yoxsa budurmu sənin ədalətin?! Bir ADƏM üçünmü məni qovursan? Dəyərmi?! Qan tökən, cinayətkar, varlığına şəkk edən, yoxluğuna dəlil gətirən adəm üçünmü qovursan məni İlahi?! Yoxsa torpaqdan yaranmış Adəmə əyilmədiyim, onun palçığına yenilmədimmi üçün qovursan məni? İndi bəs necə olur axı, adəmin hər günahını əfv edirsən, hər nə etsə də rəhmət qapını yenə onun üzünə örtmürsən, yüz kərə sındırdığı tövbəsini belə tez bir zamanda qəbul edirsən, bəs mənimlə niyə belə etmədin? Sən məni rüsvay etdin, lənətlədin, mənim düşmən olduğumu hər kəsə söylədin?!

ALLAH: Ey İblis! Sənə dedim Adəmə səcdə et, Mənə xatir ona səcdə et, qürurlanma, lovğalanma, sən Mənim bildiyimi bilməzsən! Amma sən nə etdin, Mənə qarşı çıxdın; sözümdən çıxdın, Mən isə yenə sənin canını bağışladım; canını almadım. Elə bilirsən, bilmirdim ki, artıq Mənə ibadət etməkdən yorulmusan, dərgahımdan çıxmağa, bəhanələr axtarırsan?! Dedin min illər Sənə ibadət etmişəm, əcrimi istəyirəm! Dedim get, məlum günə (zühura ya qiyamətə) qədər sağsan. Dedin bir də istəyirəm, dostlarını əlindən alam, qoymayam kimsə Sənə yaxın gəlsin, bu da olsun mənim əcrim! Dedim olsun, kimi bacarırsansa çıxart Mənim haqqımdan; uzaq et dərgahımdan. Bəli, budur Mənim ədalətim! Budur Mənim mərhəmətim! Amma unutma ki, pis olan yenə sənsən, ey inadkar İblis, ey xəbis! Məgər elə bilirsən ki, tövbə edəcəyin günü gözləmirəm Mən, Sənin Mənə dönəcəyin günü istəmirəm Mən?! Gözləyirəm, istəyirəm! O sən-sən ki, təkəbbüründən od-tutb yanırsan, heç Mənə tərəf bir dəfə belə dönüb, baxmırsan! Ay yazıq, Mən elə həmin Allaham, çox mehriban və çox bağışlayan. Sən isə həmin İblissən ki, hər zaman önə qaçmısan, hər an üstün görünməyə çalışmısan, mələklərə gedib pişnamaz qalmağın belə, bu hissindən ötəri idi, Mənə etdiyin ibadətlərin də, bilirdim ki, ötəri idi.

Bəli, o İblisin fəryadı, bu Allahın cavabı.

Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? – like
  • 12 Yan 22:18  
Digərləri Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? –

Bəzi hallarda vətəndaşlar ailə üzvləri və yaxınlarının vəfatından s

arrow Ətraflı
Bu şəxslərin maaşı artırıldı like
  • 12 Yan 22:17  
Digərləri Bu şəxslərin maaşı artırıldı

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlard

arrow Ətraflı
Sülhməramlıların 24 maşını aksiya ərazisindən like
  • 12 Yan 22:16  
Siyasət Sülhməramlıların 24 maşını aksiya ərazisindən

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Osteoxondrozdan necə qorunmaq olar? like
  • 12 Yan 22:15  
Digərləri Osteoxondrozdan necə qorunmaq olar?

Müasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çək

arrow Ətraflı
Türkiyə ilə bağlı SENSASİON İDDİA  Rusiya və Ukrayna like
  • 12 Yan 22:14  
Siyasət Türkiyə ilə bağlı SENSASİON İDDİA Rusiya və Ukrayna

"Türkiyə Ukraynaya kaset bombaları göndərir" iddiasına ikiqat t�

arrow Ətraflı
Dünya şokda: Bill Qeyts Yer kürəsinə müdaxilə etdi – like
  • 12 Yan 22:13  
Digərləri Dünya şokda: Bill Qeyts Yer kürəsinə müdaxilə etdi –

Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layih

arrow Ətraflı
3 arvadı olan həkim 60cı övladını like
  • 12 Yan 22:12  
Digərləri 3 arvadı olan həkim 60cı övladını

Pakistanın Kvetta şəhərində yaşayan və 3 arvadı olan 50 yaşlı həkim S

arrow Ətraflı
Allaha yaxınlaşmaq düsturu... like
  • 12 Yan 22:10  
Digərləri Allaha yaxınlaşmaq düsturu...

Dünən axşam çoxdandır görmədiyim bir tanışımla rasstlaşdım. Özü h�

arrow Ətraflı
İrəvan Tehrana qəbir like
  • 12 Yan 22:06  
Siyasət İrəvan Tehrana qəbir

İran daim Azərbaycanı regiona üçüncü qüvvələri gətirməkdə ittiham e

arrow Ətraflı
Gecəyarı 3də oyananlarda 3 ciddi xəstəlik like
  • 12 Yan 22:05  
Digərləri Gecəyarı 3də oyananlarda 3 ciddi xəstəlik

Yuxu pozulması özlüyündə ölümcül deyil, amma gecəyarı mütəmadi oyanm

arrow Ətraflı
Azərbaycanlı idmançı qəfil like
  • 12 Yan 22:02  
Digərləri Azərbaycanlı idmançı qəfil

Azərbaycanlı cüdoçu Rüfət Süleymanov vəfat edib.

arrow Ətraflı
Soyuqdəyməyə ən yaxşı qida like
  • 12 Yan 22:01  
Digərləri Soyuqdəyməyə ən yaxşı qida

Amerikalı alimlərinin fikirinə görə, qripp və soyuqdəymə zamanı ən yax

arrow Ətraflı
Nəfsini paklayan nicat tapar like
  • 12 Yan 21:55  
Digərləri Nəfsini paklayan nicat tapar

İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın

arrow Ətraflı
Türkiyə rəsmiləri İsveçə like
  • 12 Yan 21:51  
Siyasət Türkiyə rəsmiləri İsveçə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və

arrow Ətraflı
Elm daha xeyirlidir, yoxsa vardövlət? like
  • 12 Yan 21:50  
Digərləri Elm daha xeyirlidir, yoxsa vardövlət?

Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi

arrow Ətraflı