Allaha yaxınlaşmaq düsturu...
Digərləri 12 Yan 2023 22:10:00 427 0
Dünən axşam çoxdandır görmədiyim bir tanışımla rasstlaşdım. Özü həm ibadət əhlidir, həm də ki, sağlığına qismət, imkanı da yaxşıdır. Söhbət əsnasında builki həcc mövsümü ilə bağlı qısa dialoqumuz oldu. Tanışım məni inandırmağa çalışdı ki, həccə getmək əbəs bir şeydir və 5000 manatı vəhhabilərə "yedirtmək" düzgün deyil.
Bu xəbəri də oxu: Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş TƏFƏRRÜAT
Təəssuflər olsun ki, bu gün cəmiyyətimizdə bu cür yanaşmalar az deyil. Məsələn, "həccə getməkdənsə bir yetimə əl tutsun", yaxud "apar o pulu uşaq evinə ver" və s. Bəziləri isə "həccə gedənlər şöhrət xatirinə gedir" prizmasından məsələlərə baxır.
Amma... Bunun bir əmması var ki, Həcc İslamda və Quranda vacib əməl olaraq buyurulub. Yəni, imkanı olan hər bir şəxs necə ki, namaz qılır, oruc tutur, xüms verir və s. həccə də getməlidir.
Düzdür, bu sahədə müəyyən neqativ hallar var. Lakin bu o demək deyil ki, həccə gedənlərin hamısı elə şöhrət xatirinə bunu edir. Mən adam tanıyıram ki, 5 ildir qəpik-qəpik pul yığır ki, həccə getsin. Digər tərəfdən bu əməldə riya ən az yayın istisində oruc tutmaq qədər azdır. Çünki normal insan 50 dərəcə istidə 4 milyon insanın olduğu Kəbədə təvafı riya ilə eləməz. Ən azı bir dəfə bu əziyyəti özü dadmayan adam nə qədər danışsa da əbəsdir (Nəzərə alaq ki, söhbət normal insanlardan gedir. Həyatı riya olanın həcci də, təbii ki, riya olacaq).
Bu yerdə Allaha yaxınlaşmaq qəsdi məsələsinə toxunmaq istərdim. Əlbəttə, namaz, oruc, xüms, zəkat, cihad, həcc Allaha yaxınlaşmağın düsturudur. İnsan etdiyi hər bir əməldə ixlas və Allaha yaxınlaşmaq qəsdi nəzərdə tutur. Burada nə qədər riya, digər amillər olsa da bunların içərisində Allaha yaxınlaşmaq da var. Odur ki, bizi Allaha tərəf aparan hər bir əmələ diqqət etməyimiz vacibdir.
Yuxarıda sadaladıqlarımızdan başqa yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmək də islamın əsas sütünlarındandır. Bu gün İslam ehkamlarına qarşı yeri-gəldi-gəlmədi danışanlara türklər demiş, "bir çift lafımız var". Əgər bir şeyi bəyənmirsinizsə, bu o demək deyil ki, sizin fikriniz doqmadır, yəni elə reallıq da budur. Bəlkə bir az özüünüzə də diqqət edəsiniz və görərsiniz ki, İslamda qüsur yoxdur, bəlkə elə qüsur sizin özünüzdə, yaxud fikirlərinizdədir.
Yuxu pozulması özlüyündə ölümcül deyil, amma gecəyarı mütəmadi oyanm
Amerikalı alimlərinin fikirinə görə, qripp və soyuqdəymə zamanı ən yax
İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın
Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi
Türkiyənin ən çox baxılan "Yalı çapkını"nın baş rolunu canl
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyad
Hz.Rəsuləllah(s) vəsvəsədən və qəlb iztirabından qurtulmaq üçün tez-
Bu yaxınlarda Berkin Gökbudakla ailə quran türkiyəli aktrisa Aslı Ənvər
Adətən biz feyxoanı blenderdə əzib və ya ətçəkən maşınından keçird
82 yaşlı diabet xəstəsi qarın və mədəsində güclü ağrılarla hospitə
Paşinyan hakimiyyəti, bir neçə yüz rus əsgərinin Ermənistanı tam nəzar