Elm daha xeyirlidir, yoxsa vardövlət?


Digərləri 12 Yan 2023 21:50:00 246 0

Elm daha xeyirlidir, yoxsa vardövlət?

Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi məscidə daxil olur və münasib fürsət tapan kimi Hz.Əlidən(ə) soruşur:

- Ya Əli! Elm daha xeyirlidir yoxsa var-dövlət?

Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki elm peyğəmbərlərin(ə) mirasıdır amma var-dövlət isə Qarunun, Fironun, Həmanın və Şədadın mirasıdır.

Sualı verən şəxs sualına cavabı təzə almışdı ki, başqa bir nəfər məscidə daxil oldu və Hz.Əliyə(ə) müraciətlə deyir ki, ya Əbəlhəsən, bir sualım var ki, icazənizlə söyləyərdim. Hz.Əli(ə) icazə verir və həmin şəxs Hz.Əlidən(ə) soruşur:

- Ya Əli! Elm xeyirlidir yoxsa var-dövlət?

Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki elm səni qoruyur. Amma malda isə tərsinədir. Sən məcbur onu qorumalısan.

Cavabını almış şəxs dayandığı yerdəcə təzəcə əyləşirdi ki, başqa bir nəfər məscidə daxil olur və Hz.Əlidən(ə) eyni şeyi soruşur ki, Hz.Əli(ə) belə cavab verir:

Elm daha xeyirlidir. Çünki alim adamın dostu çox olar, varlı adamın isə düşməni.

İmam(ə) sözünü təzə tamamlamamışdı ki, dördüncü adam məscidə daxil olur, dostlarının yanında əyşləşir və əsasını qabağına qoyaraq Hz.Əlidən(ə) soruşur:

- Ya Əli! Elm daha xeyirlidir yoxsa var-dövlət?

Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki maldan infaq edəndə azalır amma elmdən infaq etdikdə yəni başqalarına öyrətdikdə daha da artır.

İmam(ə) suala cavab verirdi ki, başqa bir nəfər məscidə daxil olur və məscidin sütununa söykənir. İmam(ə) sözünü tamamlayan kimi eyni sualı bir də Hz.Əliyə(ə) verir. Hz.Əli(ə) cavabında buyurur:

Elm daha xeyirlidir. Çünki camaat varlı şəxsi paxıl hesab edir. Amma alim adamı əzəmətlə yad edir.

Elə bu zaman başqa bir nəfər məscidə daxil olur ki, camaatın hamısı nəzərini ona yetirir. Camaatdan biri deyir ki, əminəm ki, bu da eyni şeyi  yəni elmin yaxud var-dövlətin xeyirli olmasını bilmək istəyir. Bunu demişdi ki, həmin şəxs bir qıraqda əyləşərək üzünü Hz.Əliyə(ə) tutaraq deyir:

- Ya Əli! Elm xeyirlidir yoxsa var-dövlət?

İmam(ə) cavab verir ki, elm daha xeyirlidir. Çünki var-dövlətin oğurlanmaq ehtimalı var amma elm barədə belə bir ehtimal yoxdur.

Camaat arasında pıçhapıç başlayır ki, bəs görəsən bu gün nə olub ki, çatan soruşur ki, elm xeyirlidir yaxud var-dövlət. Pıçhapıç edən camaatın birdən nəzəri Hz.Əliyə(ə) və məscidə təzə daxil olmuş şəxsə düşür. Həmin şəxs Hz.Əlidən(ə) soruşur:

- Ya Əli! Elm xeyirlidir yoxsa var-dövlət?

İmam(ə) cavabında buyurur ki, elm daha xeyirlidir. Çünki zaman keçdikcə mal köhnəlir amma elm köhnəlmir.

Elə bu zaman başqa bir nəfər məscidə daxil olaraq özündən qabaq yeddi nəfərin verdiyi sualı təkrar edir ki, Hz.Əli(ə) onun da cavabında buyurur ki, elm daha xeyirlidir.  Çünki var-dövlət ölüncəyə qədər sahibi ilə olar. Amma elm həm bu dünyada və həm o dünyada onunladır.

Camaat baş verəndən və Hz.Əlinin cavablarından heyrət içində olduqları zaman digər bir şəxs məscidə daxil olur və Hz.Əlidən(ə) soruşur:

- Ya Əli! Elm xeyirlidir yoxsa var-dövlət?

Hz.Əli(ə) cavab verir ki, elm daha xeyirlidir. çünki var-dövlət insanın qəlbini qəddar edir amma elm insanın qəlbini nuraniləşdirir.

Heyrət içində olan camaat sanki onuncu şəxsin intizarında idi ki, bir nəfər uşağın əlindən tutmuş halda məscidə daxil olur. Camaatın nəzərlərilə həmin şəxs bir yerdə əyləşir və əlindəki xurmaları uşağın ətəyinə tökür. Camaat artıq mövzunun tamam olduğunu fikr etdikləri zaman həmin şəxs üzünü Hz.Əliyə(ə) tutaraq deyir:

- Ya Əli! Elm daha xeyirlidir yoxsa var-dövlət?

Camaat təəccübdən bilmirdi nə etsin ki, Hz.Əli(ə) həmin şəxsin cavabında buyurur ki, elm daha xeyirlidir. Çünki sərvətli şəxs təkəbbürlü olar. Hətta allahlıq iddiası da edər. Amma alim şəxs təvazökar olar.

İmam sözünü təzə bitirmişdi ki, camaat heyrətini gizlədə bilməyərək bərkdən fikir bildirməyə başlayır. Bu zaman sual verən şəxslər məscidi tərk edirlər. Onlar məscidi təzə tərk etmişdilər ki, Hz.Əlinin(ə) səsi eşidilir ki, belə buyurur:

- Əgər dünyanın bütün insanları bu sualı ayrı-ayrılıqda mənə versəydilər hər birinə digərindən fərqli cavab verərdim.

Ferit “Yalı çapkını”ndan gedir? like
  • 12 Yan 21:49  
Şou-biznes Ferit “Yalı çapkını”ndan gedir?

Türkiyənin ən çox baxılan "Yalı çapkını"nın baş rolunu canl

arrow Ətraflı
"Yüngül" siqaretlər daha ziyanlıdır! Onkoloqlardan xəbərdarlıq like
  • 12 Yan 21:45  
Digərləri "Yüngül" siqaretlər daha ziyanlıdır! Onkoloqlardan xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyad

arrow Ətraflı
Vəsvəsə və qəlb iztirabından qurtulmaq üçün buyrulmuş zikrlər like
  • 12 Yan 21:40  
Digərləri Vəsvəsə və qəlb iztirabından qurtulmaq üçün buyrulmuş zikrlər

Hz.Rəsuləllah(s) vəsvəsədən və qəlb iztirabından qurtulmaq üçün tez-

arrow Ətraflı
Bu cərimənin məbləği like
  • 12 Yan 21:39  
Digərləri Bu cərimənin məbləği

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra m

arrow Ətraflı
Aslı Ənvər: "Cinsiyyəti bəlli deyil"  FOTO like
  • 12 Yan 21:37  
Şou-biznes Aslı Ənvər: "Cinsiyyəti bəlli deyil" FOTO

Bu yaxınlarda Berkin Gökbudakla ailə quran türkiyəli aktrisa Aslı Ənvər

arrow Ətraflı
Qeyriadi feyxoa mürəbbəsi like
  • 12 Yan 21:30  
Digərləri Qeyriadi feyxoa mürəbbəsi

Adətən biz feyxoanı blenderdə əzib və ya ətçəkən maşınından keçird

arrow Ətraflı
Hər gün xurma yeyən 82 yaşlı qadın like
  • 12 Yan 21:25  
Digərləri Hər gün xurma yeyən 82 yaşlı qadın

82 yaşlı diabet xəstəsi qarın və mədəsində güclü ağrılarla hospitə

arrow Ətraflı
İrəvan Kremli yeni işğal planı qurmaqda suçlayır: Rusiya isə Ermənistanın sərhədlərini like
  • 12 Yan 21:21  
Siyasət İrəvan Kremli yeni işğal planı qurmaqda suçlayır: Rusiya isə Ermənistanın sərhədlərini

Paşinyan hakimiyyəti, bir neçə yüz rus əsgərinin Ermənistanı tam nəzar

arrow Ətraflı
Camaat namazının fəziləti like
  • 12 Yan 21:20  
Digərləri Camaat namazının fəziləti

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqə

arrow Ətraflı
Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? like
  • 12 Yan 21:18  
Digərləri Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir?

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formala�

arrow Ətraflı
Lobya maskası. Liftinq effekti! like
  • 12 Yan 21:15  
Digərləri Lobya maskası. Liftinq effekti!

Lobya əsl vitamin-mineral kompleksidir.

arrow Ətraflı
Vardanyan üçün geri sayım başladı: “Bu il Qarabağı like
  • 12 Yan 21:12  
Siyasət Vardanyan üçün geri sayım başladı: “Bu il Qarabağı

"Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Vardanyanın Qar

arrow Ətraflı
Ötən il Ermənistan iki taktika ilə sülhdən yayınıb  Sabiq nazir like
  • 12 Yan 21:11  
Siyasət Ötən il Ermənistan iki taktika ilə sülhdən yayınıb Sabiq nazir

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra

arrow Ətraflı
Alim və tələbələrin Allah yanındakı məqamı... like
  • 12 Yan 21:10  
Digərləri Alim və tələbələrin Allah yanındakı məqamı...

İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sa

arrow Ətraflı
Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? – like
  • 12 Yan 21:09  
Siyasət Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? –

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�

arrow Ətraflı