Alim və tələbələrin Allah yanındakı məqamı...
Digərləri 12 Yan 2023 21:10:00 337 0
İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsində də bəzi üsul və qanunlar müəyyən etmişdir. Onlardan bəziləri müəllimlərin tədrisinə, bəziləri şagirdlərin əxlaq və davranışlarına, bəziləri də şagirdlərlə müəllimlərin qarşılıqlı münasibətlərinə aiddir.
Bu xəbəri də oxu: "Apple" Türkiyədə ucuz "iPhone" satacaq
Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur. Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.
"...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın..."(Mücadilə-11. )
"...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir..." (Bəqərə-269. )
Peyğəmbər(s) buyurur:
"Elm öyrənmək hər bir müsəlmana vacibdir"
"Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər"
"Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar"
Allah-taala, dinini öyrənmək üçün səy edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər".(Ehyul-ülum, Ğəzzali, Elm kitabı, Xətibdən nəql olunur. )
"Qiyamət günü üç dəstə şəfaət edərlər: Peyğəmbərlər, alimlər və şəhidlər"
"Әn gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin".
"Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verən kəslərdir
"Elmə yiyələnənlər, sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəisə öyrənmək onun üçün Әbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir"
"Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər".
"Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar".
"İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə, Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar"
"Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər".
Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin isə elm öyrənməklə məşğul olduğunu görüb buyurur: "Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm". Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir".
Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�
ABŞ müdafiə naziri Lloyd Ostin Yaponiyaya qarşı istənilən hücuma nüvə
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimi Azərba
"Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru x�
Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər
Ermənistan hakimiyyəti öz mövqeyini bildirib, maliyyə, hüquqi dəstək ver
Ermənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi
Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı olaraq Serq
Kişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi x
Ermənistan imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrə
Ukraynanın Xalq artisti Ani Lorak yeni sevgilisinin görüntülərini paylaşı
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əmək
5 ildir sevgili olan türkiyəli aktyor Çağatay Ulusoy və aktrisa Duygu Sar
Belə deyim var ki, 1 alma həkimə möhtac qalma.Ancaq nə qədər alma istehla