Türkmənistan geri çəkilir? – “Nə Bakı,


Siyasət 12 Yan 2023 21:06:00 226 0

Türkmənistan geri çəkilir? – “Nə Bakı,

"Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan prezidentinin gündəmə gətirdiyi "Transxəzər" projesi ətrafındakı duruma diqqət çəkib:

"Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində "Transxəzər" layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də, bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. "Transxəzər" layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil. İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.

Buna baxmayaraq, İlham Əliyev "Transxəzər" layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti "Transxəzər" layihəsinə maraq göstərmir, əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib".

Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, "Transxəzər" boru xəttinə ehtiyac qalacaqmı?

Elxan Şahinoğlu hesab edir ki, belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək:

"Çünki "Transxəzər" layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək.

Türkiyə "Transxəzər" layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər "Avropa ölkələri bizim qazı sahilimizdən alsın" fikrini ifadə edirlərsə, "Transxəzər" layihəsinin reallaşması çətin olacaq".

İnsanları maraqlandıran əsas suala cavab  Ölkədə yayılan virus nədir, like
  • 12 Yan 21:05  
Digərləri İnsanları maraqlandıran əsas suala cavab Ölkədə yayılan virus nədir,

Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər

arrow Ətraflı
Paşinyan dedi ki, heç nə edə bilmərik like
  • 12 Yan 21:04  
Siyasət Paşinyan dedi ki, heç nə edə bilmərik

Ermənistan hakimiyyəti öz mövqeyini bildirib, maliyyə, hüquqi dəstək ver

arrow Ətraflı
Bakı və Moskva razılaşdı: like
  • 12 Yan 21:03  
Siyasət Bakı və Moskva razılaşdı:

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi

arrow Ətraflı
Surovikini kim və niyə kənarlaşdırdı? – like
  • 12 Yan 21:02  
Siyasət Surovikini kim və niyə kənarlaşdırdı? –

Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı olaraq Serq

arrow Ətraflı
Kişmiş dəmləməsinin çoxsaylı faydaları like
  • 12 Yan 21:01  
Digərləri Kişmiş dəmləməsinin çoxsaylı faydaları

Kişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi x

arrow Ətraflı
Azərbaycan Ordusu sakitcə Xankəndiyə like
  • 12 Yan 20:59  
Siyasət Azərbaycan Ordusu sakitcə Xankəndiyə

Ermənistan imzaladığı müəyyən müddəalara əməl etməlidir, lakin İrə

arrow Ətraflı
Ani Lorak terapevtlə eşq yaşayır  VİDEO like
  • 12 Yan 20:44  
Digərləri Ani Lorak terapevtlə eşq yaşayır VİDEO

Ukraynanın Xalq artisti Ani Lorak yeni sevgilisinin görüntülərini paylaşı

arrow Ətraflı
Gəncə sakinlərində silah və narkotik aşkarlandı  VİDEO  FOTO like
  • 12 Yan 20:36  
Kriminal Gəncə sakinlərində silah və narkotik aşkarlandı VİDEO FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əmək

arrow Ətraflı
5 illik sevgi bitdi like
  • 12 Yan 20:28  
Şou-biznes 5 illik sevgi bitdi

5 ildir sevgili olan türkiyəli aktyor Çağatay Ulusoy və aktrisa Duygu Sar

arrow Ətraflı
Dərman preparatları hansı şəraitdə saxlanmalıdır?  VİDEO like
  • 12 Yan 20:20  
Digərləri Dərman preparatları hansı şəraitdə saxlanmalıdır? VİDEO

Belə deyim var ki, 1 alma həkimə möhtac qalma.Ancaq nə qədər alma istehla

arrow Ətraflı
Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyənləşdi like
  • 12 Yan 20:17  
Siyasət Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyənləşdi

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Az

arrow Ətraflı
Azərbaycan və Ukrayna ombudsmanlarının görüşü olub like
  • 12 Yan 20:16  
Digərləri Azərbaycan və Ukrayna ombudsmanlarının görüşü olub

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye

arrow Ətraflı
Zelenskidən bakılı müğənniyə sanksiya like
  • 12 Yan 20:12  
Şou-biznes Zelenskidən bakılı müğənniyə sanksiya

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsən�

arrow Ətraflı
Pulunu çıxara bilməyən livanlı zabit banka silahla hücum etdi  VİDEO like
  • 12 Yan 20:04  
Dünya Pulunu çıxara bilməyən livanlı zabit banka silahla hücum etdi VİDEO

Livanın cənubunda yerləşən Sayda şəhərində pulunu bankdan çıxara bilm

arrow Ətraflı