Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyənləşdi


Siyasət 12 Yan 2023 20:17:00 300 0

Diplomatların sosial sığorta və vergiyə cəlb olunacaq dövlət məvacibi müəyyənləşdi

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarət olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi" barədə fərmanında əksini tapıb.

Qeyd edək ki, "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsində dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq.

İndiyə qədər rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız xarici ölkədə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayıb. "Sosial sığorta haqqında" qanuna dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.

Vergi Məcəlləsinə əsasən, indiyə qədər rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı gəlir vergisindən azad olub. Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.

Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.

Azərbaycan və Ukrayna ombudsmanlarının görüşü olub like
  • 12 Yan 20:16  
Digərləri Azərbaycan və Ukrayna ombudsmanlarının görüşü olub

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye

arrow Ətraflı
Zelenskidən bakılı müğənniyə sanksiya like
  • 12 Yan 20:12  
Şou-biznes Zelenskidən bakılı müğənniyə sanksiya

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsən�

arrow Ətraflı
Pulunu çıxara bilməyən livanlı zabit banka silahla hücum etdi  VİDEO like
  • 12 Yan 20:04  
Dünya Pulunu çıxara bilməyən livanlı zabit banka silahla hücum etdi VİDEO

Livanın cənubunda yerləşən Sayda şəhərində pulunu bankdan çıxara bilm

arrow Ətraflı
Sülhməramlılara aid 1 yük maşını Laçın yolundan maneəsiz keçdi  FOTO like
  • 12 Yan 19:58  
Digərləri Sülhməramlılara aid 1 yük maşını Laçın yolundan maneəsiz keçdi FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha bir

arrow Ətraflı
"Bütün günü deyir, bu nədir geyinmisən, orasını bağla, onu geyinmə..."  VİDEO like
  • 12 Yan 19:56  
Şou-biznes "Bütün günü deyir, bu nədir geyinmisən, orasını bağla, onu geyinmə..." VİDEO

Çiçək ləqəbli aparıcı Şəhla Vakkas oğlu ilə birlikdə Amerikaya yolla

arrow Ətraflı
Ombudsmanın maaşı artırıldı like
  • 12 Yan 19:44  
Siyasət Ombudsmanın maaşı artırıldı

Azərbaycanda İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) maaşı artır�

arrow Ətraflı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi like
  • 12 Yan 19:38  
Siyasət Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimləri

arrow Ətraflı
Bu cərimənin məbləği artırıldı like
  • 12 Yan 19:34  
Digərləri Bu cərimənin məbləği artırıldı

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra m

arrow Ətraflı
Dünyanın ən böyük göllərindən biri insanları zəhərləyə bilər like
  • 12 Yan 19:32  
Dünya Dünyanın ən böyük göllərindən biri insanları zəhərləyə bilər

Alimlərin fikrincə, Qərb yarımkürənin ən böyük gölü olan Yuta ştatı

arrow Ətraflı
Pakistanlı aktrisaya Bakıda təcavüz edildi  VİDEO  FOTO like
  • 12 Yan 19:27  
Digərləri Pakistanlı aktrisaya Bakıda təcavüz edildi VİDEO FOTO

Pakistanlı aktrisa Mehrin Şah film çəkilişi ilə bağlı gəldiyi Bakıda t

arrow Ətraflı
Əfv Komissiyasının iclası keçirilib like
  • 12 Yan 19:26  
Digərləri Əfv Komissiyasının iclası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının icl

arrow Ətraflı
“Dövlət qulluğu haqqında” Qanuna iki yeni maddə əlavə edildi like
  • 12 Yan 19:25  
Siyasət “Dövlət qulluğu haqqında” Qanuna iki yeni maddə əlavə edildi

Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Res

arrow Ətraflı
“Kişilərə inanmıram” like
  • 12 Yan 19:24  
Şou-biznes “Kişilərə inanmıram”

"Hər şey özümdən asılıdır. Səbrsiz adamam, işimi kimsə gec gör�

arrow Ətraflı