İrəvan Kremli yeni işğal planı qurmaqda suçlayır: Rusiya isə Ermənistanın sərhədlərini


Siyasət 12 Yan 2023 21:21:00 408 0

İrəvan Kremli yeni işğal planı qurmaqda suçlayır: Rusiya isə Ermənistanın sərhədlərini

Paşinyan hakimiyyəti, bir neçə yüz rus əsgərinin Ermənistanı tam nəzarətə götürmək üçün yetərli olduğunu bilir, ona görə də, KTMT-nın bu ölkədə hərbi təlimlər keçirtmək planlarına israrla müqavimət göstərir... Rəsmi İrəvan Kremllə münasibətlərin gərginləşdiyi bir vaxtda KTMT bayrağı altında Rusiya hərbçilərinin Ermənistana gəlişini işğal təhlükəsi hesab edir...

Ermənistan Rusiya ilə qarşıdurma vəziyyətini artıq son həddə çatdırıb. Rəsmi İrəvan olduqca təhlükəli və riskli oyunda əlində olan son manevr imkanlarını da xərcləyir. Və bir müddət də belə davam edərsə, Paşinyan hakimiyyəti tamamilə küncə sıxışdırılmış duruma düşən bilər.

Məsələ ondadır ki, rəsmi İrəvan ABŞ və Qərbin şirnikləndirici vədlərinə qarşılıq verməyə çalışır. Ancaq Paşinyan hakimiyyəti Ermənistanın Rusiyaya qarşı atdığı addımların ABŞ və Qərbin dəstəyini qazanmadığından da şikayət edir. Əslində, Ermənistanın Rusiya qarşıdurmada üzləşdiyi ən böyük təhlükə də məhz bu məqamdan qaynaqlanır.

Son.az musavat.com-a istinadən bildirir ki, Paşinyan hakimiyyətinin Kremli hədəfə aldığı addımlar kifayət qədər ciddi məzmun daşıyır. Belə ki, son vaxtlar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və İrəvandakı səfirliyi qarşısında təhqiramiz şüarlarla aksiyalar keçirilir. Həmin aksiyalarda Rusiya düşmən və işğalçı elan edilir.

Digər tərəfdən isə rəsmi İrəvan KTMT-nın Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təlimləri reallaşdırmaqdan da imtina etdi. Bu barədə baş nazir Nikol Paşinyanın açıqlamasına Kremldən və KTMT qurumlarından təkzib gəldi. Yəni, Ermənistanın bu məsələ ilə bağlı KTMT-nı rəsmi şəkildə məlumatlandırmadığı bildirildi.

Ancaq rəsmi İrəvan deyəsən, bu məsələdə israrçı davranmaq niyyətində qətidir. Çünki, Ermənistan Xarici İşlər Nazirliyinin son açıqlamasında rəsmi İrəvanın KTMT-nın hərbi təlimləri ilə bağlı mövqeyi növbəti dəfə təsdiqlənib. Üstəlik, KTMT qurumlarına Ermənistanın rəsmi məlumatlandırması ilə bağlı müraciətinin daha diqqətlə araşdırılması məsləhət görüldü.

Belə anlaşılır ki, rəsmi İrəvan Rusiya və KTMT ilə münasibətlərinə yenidən baxır. Kremlin Ermənistanı bu qurumda tutmaq cəhdlərinə müqavimət göstərməyə çalışır. Hətta Rusiyanın hegemonluğu altında olan qurumlarla "iplərin qoparılmasına" yönəlik mövqeyini sərtləşdiyini sezdirir. Və bunun bəzi səbəbləri barədə məlumatlar Ermənistan cəmiyyətinə təbliğ olunur.

Ermənistan mətbuatında yayılan məlumatlara görə, rəsmi İrəvan ölkənin suverenliyini qorumaq niyyətindədir. Rusiyanın 102-ci hərbi bazası və İrəvandakı səfirliyi qarşısında keçirilən aksiyada Kremlin düşmən, işğalçı elan edilməsinin səbəbləri məhz bu niyyətlə izah olunur. Erməni mətbuatı iddia edir ki, KTMT-nın hərbi təlimləri Ermənistan üçün qeyri-rəsmi işğal əməliyyatına çevrilə bilər. Güya Rusiya KTMT-nın hərbi təlimlərini bəhanə edərək, Ermənistana qoşun yeritmək planı hazırlayıb. Və hərbi təlimlər sona çatdıqdan sonra Kreml rəsmi İrəvana siyasi-diplomatik kanallar vasitəsilə ultimatium verərək, Rusiya qoşunlarını Ermənistandan çıxartmayacaq.

Göründüyü kimi, Paşinyan hakimiyyəti demək olar ki, açıq şəkildə Rusiyanı Ermənistana qarşı işğal planı qurmaqda suçlayır. Üstəlik, belə ittihamlar Ermənistanın rəsmi şəxsləri tərəfindən gündəmə gətirilir. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıq mətnlə bildirmişdi ki, Kreml bu ölkənin Rusiya-Belarus İttifaq dövlətinin tərkibinə daxil olması üçün təzyiqləri artırıb. Rusiya bu ittihamları dərhal təkzib etsə də, rəsmi İrəvan mövzunun daha da inkişaf etdirilməsinə üstünlük verdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, Rusiya ilə hərbi müttəfiqlik olduqca riskli xarakter daşıyır. Erməni baş nazir vurğuladı ki, bu hərbi müttəfiqlik Ermənistanın təhlükəsizliyini təmin deyil, məhz təhdid edir. Yəni, bu, o deməkdir ki, Rusiya hazırda Ermənistana qarşı ciddi təhlükə törədən dövlətdir.

Təbii ki, Paşinyan hakimiyyətinin bu ittihamları və davranışları Rusiya ilə münasibətlərdə bütün "qırmızı cizgiləri" aşır. Kremlin rəsmi İrəvanın bu qarşıdurma kursuna nə qədər səbr göstərəcəyi hələlik məlum deyil. Ancaq Kremlə yaxın siyasi dairələrin Ermənistanı birmənalı şəkildə nankorluqda suçlaması Rusiyanın səbrinin uzun müddət davam edəcəyinə şübhə yaradır. Çünki həmin siyasi dairələr Kremli açıq şəkildə Paşinyan hakimiyyətini cəzalandırmağa və dərhal Ermənistana qoşun yeritməyə də çağırırlar.

Əlbəttə ki, başqa vaxt olsaydı, Kreml fərqli durumda Ermənistanın bu nankorluğunu çoxdan sərt şəkildə cəzalandırardı. Əslində, cəmisi bir il əvvəl Paşinyan hakimiyyəti də Rusiyaya qarşı "qırmızı cizgiləri" belə kobud və təhqiramiz şəkildə aşmağa cəsarət belə, etməzdi. Görünür, Rusiyanın Ukraynada "savaş bataqlığı"na düşərək, zəifləməsi rəsmi İrəvanı həddindən artıq cəsarətləndirib. Paşinyan hakimiyyəti yəqin ki, Rusiya üçün hazırda hər bir əsgərin və hərbi texnika vahidinin hesabda olduğuna arxayındır.

Halbuki, Rusiyanın Ermənistanı yenidən hərbi-siyasi cəhətdən tam nəzarət altına qaytarması üçün elə də böyük güc tətbiqinə ehtiyac yoxdur. Yəni, bir necə yüz rus əsgəri və 5-10 tankla bu məsələ dərhal həll edilə bilər. Çünki Ermənistan ordusu demək olar ki, mövcud deyil, silahlı dəstələrə çevrilmiş hərbi birləşmələr isə döyüş qabiliyyətindən və savaş həvəsindən çox-çox uzaqdır.

Təbii ki, Paşinyan hakimiyyəti də bu reallığı tam dəqiqliyi ilə bilir. Ona görə də, KTMT-nın Ermənistanda hərbi təlimlər keçirtmək planlarına israrla müqavimət göstərməyə çalışır. Rəsmi İrəvan Kremllə münasibətlərin gərginləşdiyi bir vaxtda KTMT bayrağı altında Rusiya hərbçilərinin Ermənistana gəlişini işğal təhlükəsi çərçivəsində nəzərdən keçirir. Və Rusiyanın Ermənistana qarşı işğal planı qurması barədə ittiham məzmunu daşıyan iddialar da məhz bu qorxudan qaynaqlanır.

Maraqlıdır ki, Kreml hələlik maksimum səviyyədə təmkinli davranmağ üstünlük verir. Rəsmi İrəvanın ardıcıl xarakter daşıyan birbaşa və dolayısı ittihamlarına sadəcə, rəsmi açıqlamalarla cavab verməklə kifayətlənir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova son açıqlamasında Ermənistanın ittihamlarının çaşqınlıqla qarşılandığını vurğulayıb. O, bildirib ki, rəsmi İrəvanın Rusiyanın Ermənistan üçün hərbi təhlükə törətməsi barədə iddiaları mənasız və absurddur.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Paşinyan hakimiyyətinə bəzi önəmli məqamları da xatırladıb. Onun sözlərinə görə, Rusiya qoşunları onilliklər boyu Ermənistanın sərhədlərini qoruyur, təhlükəsizliyini təmin edir. Və rəsmi İrəvan Rusiyanın Ermənistana göstərdiyi analoji hərbi dəstəyin olmadığı situasiyanı da təsəvvür etməyə çalışmalıdır.

Belə anlaşılır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova hər halda, Ermənistanı dolayısı ilə təhdid etməyi də unutmayıb. Ancaq o, rəsmi İrəvanı qoşun yeritməklə deyil, Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılma ehtimalı ilə hədələməyə üstünlük verib. Yəni, Paşinyan hakimiyyətini Rusiya qoşunları çıxacağı təqdirdə, Ermənistanın özünü xarici hərbi təhdidlərdən necə qoruyacağı barədə düşünməyə çağırıb. Və həm Rusiya, həm də Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə bilir ki, Ermənistanın özünü xarici hərbi müdaxilə təhlükəsindən qorumaq imkanları ümumiyyətlə, mövcud deyil.

Camaat namazının fəziləti like
  • 12 Yan 21:20  
Digərləri Camaat namazının fəziləti

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqə

arrow Ətraflı
Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? like
  • 12 Yan 21:18  
Digərləri Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir?

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formala�

arrow Ətraflı
Lobya maskası. Liftinq effekti! like
  • 12 Yan 21:15  
Digərləri Lobya maskası. Liftinq effekti!

Lobya əsl vitamin-mineral kompleksidir.

arrow Ətraflı
Vardanyan üçün geri sayım başladı: “Bu il Qarabağı like
  • 12 Yan 21:12  
Siyasət Vardanyan üçün geri sayım başladı: “Bu il Qarabağı

"Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Vardanyanın Qar

arrow Ətraflı
Ötən il Ermənistan iki taktika ilə sülhdən yayınıb  Sabiq nazir like
  • 12 Yan 21:11  
Siyasət Ötən il Ermənistan iki taktika ilə sülhdən yayınıb Sabiq nazir

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra

arrow Ətraflı
Alim və tələbələrin Allah yanındakı məqamı... like
  • 12 Yan 21:10  
Digərləri Alim və tələbələrin Allah yanındakı məqamı...

İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sa

arrow Ətraflı
Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? – like
  • 12 Yan 21:09  
Siyasət Dünyanın diqqəti qardaş ölkədə: Növbəti beş ildə kim idarə edəcək? –

Türkiyədə fəaliyyət göstərən "World Panorama" strateji araşd�

arrow Ətraflı
Müdafiə nazirindən nüvə hədəsi: “Bütün hərbi gücümüzlə like
  • 12 Yan 21:08  
Siyasət Müdafiə nazirindən nüvə hədəsi: “Bütün hərbi gücümüzlə

ABŞ müdafiə naziri Lloyd Ostin Yaponiyaya qarşı istənilən hücuma nüvə

arrow Ətraflı
Paşinyandan separatçılara şok çağırış: “Azərbaycana qarşı like
  • 12 Yan 21:07  
Siyasət Paşinyandan separatçılara şok çağırış: “Azərbaycana qarşı

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimi Azərba

arrow Ətraflı
Türkmənistan geri çəkilir? – “Nə Bakı, like
  • 12 Yan 21:06  
Siyasət Türkmənistan geri çəkilir? – “Nə Bakı,

"Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru x�

arrow Ətraflı
İnsanları maraqlandıran əsas suala cavab  Ölkədə yayılan virus nədir, like
  • 12 Yan 21:05  
Digərləri İnsanları maraqlandıran əsas suala cavab Ölkədə yayılan virus nədir,

Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər

arrow Ətraflı
Paşinyan dedi ki, heç nə edə bilmərik like
  • 12 Yan 21:04  
Siyasət Paşinyan dedi ki, heç nə edə bilmərik

Ermənistan hakimiyyəti öz mövqeyini bildirib, maliyyə, hüquqi dəstək ver

arrow Ətraflı
Bakı və Moskva razılaşdı: like
  • 12 Yan 21:03  
Siyasət Bakı və Moskva razılaşdı:

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü məktəbli və xuliqan kimi

arrow Ətraflı
Surovikini kim və niyə kənarlaşdırdı? – like
  • 12 Yan 21:02  
Siyasət Surovikini kim və niyə kənarlaşdırdı? –

Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı olaraq Serq

arrow Ətraflı
Kişmiş dəmləməsinin çoxsaylı faydaları like
  • 12 Yan 21:01  
Digərləri Kişmiş dəmləməsinin çoxsaylı faydaları

Kişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi x

arrow Ətraflı