Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? –


Digərləri 12 Yan 2023 22:18:00 322 0

Ölü sahibindən “Ölüm kağızı”ı üçün 150 manat niyə tələb edilir? –

Bəzi hallarda vətəndaşlar ailə üzvləri və yaxınlarının vəfatından sonra onların ölüm haqqında tibbi şəhadətnaməsini almaqda ciddi problemlərlə qarşılaşırlar. Bu barədə səsini sosial şəbəkə platformalarından eşitdirməyə çalışan insanlara da tez-tez rast gəlirik.

Bu yaxınlarda tanınmış iqtisadçı Samir Əliyev də atasının "ölüm kağızı"nı ala bilmədiyi barədə "Facebook" hesabından paylaşım edib:

"Atam TƏBİB sistemində olan ixtisaslaşmış Kardiologiya , "Respublikanskiy" xəstəxanalarında müalicə olunub  və orada qeydiyyatda olub. Buna baxmayaraq, "ölüm kağızı"nı almaq istədiyimizdə bizə bildirdilər ki, məhkəməyə müraciət etməliyik".

Müzakirələrə qatılanlar isə məsələnin məhkəmə yolu ilə həll olunmasını süründürməçilik hesab ediblər.

Jurnalist Elman Cəfərli bu məsələnin ciddi problemə çevrildiyini deyərək, ötən ilin aprel ayında vəfat edən yaxınları üçün "ölüm kağızı"nı 150 manat ödədikdən sonra, dəfn üçün verilən müavinəti isə 6 ay sonra ala bildiklərindən danışıb:

"İndi 390 manat müavinətin 150 manatını ölü sahibi məhkəməyə xərcləyir. Ondansa ya bu müavinət verilməsin, ya da 150 manat öncədən çıxılsın. Ölü sahibi niyə qapılara düşməlidir axı?" Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli olub. Yaşanan problemlərə münasibət bildirən deputat deyib ki, ölüm halı baş verdikdən sonra tibb işçisi bunu təsdiq etməlidir, əks halda belə problemlər yaşanması normaldır:

"Bu cür problem daha çox ölüm anını təsdiq edən tibb işçisi olmadığı zaman baş verir. Bu barədə ərazi üzrə tibb müəssisələri və s. əhalini maarifləndirməlidir.

Xroniki xəstələr evdə və ya xəstəxanada vəfat ediblərsə, "ölüm kağızı"nın verilməsi ilə bağlı problem olmamalıdır. Xəstəxanada ölüm halı baş verdiyi təqdirdə ölüm haqqında tibbi şəhadətnamə həmin günü və ya səhərisi gün verilməlidir. Əgər verilməzsə, bu zaman həmin müəssisə məsuliyyət daşıyır".

Yaşadığı ərazi üzrə poliklinikada qeydiyyata düşməyən və ya qeydiyyata düşsə də sonradan tibb kitabçasının taleyi ilə maraqlanmayan vətəndaşların bu cür hallarda daha çox problemlə qarşılaşmaları ilə bağlı məqama toxunan deputat bildirib ki, belə hallarda xəstə barədə sistemdə məlumat olmadığına görə çətinlik yaranması təbiidir:

"Vətəndaş qeydiyyata düşmədiyi halda onun xroniki xəstəliklərini təqib edən ailə həkimi olmur. Buna görə vətəndaşın xəstəlikləri barədə sistemdə məlumat toplanmır. Belə halda xəstə vəfat edirsə, dəfn olunduqdan bir neçə gün sonra "ölüm kağızı" istənilən zaman problem yaşanır. Bu məsələlərdə vətəndaşlar gərək diqqətli olsunlar, yaşadıqları ərazi üzrə poliklinikada qeydiyyata düşsünlər".

Bu şəxslərin maaşı artırıldı like
  • 12 Yan 22:17  
Digərləri Bu şəxslərin maaşı artırıldı

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlard

arrow Ətraflı
Sülhməramlıların 24 maşını aksiya ərazisindən like
  • 12 Yan 22:16  
Siyasət Sülhməramlıların 24 maşını aksiya ərazisindən

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Osteoxondrozdan necə qorunmaq olar? like
  • 12 Yan 22:15  
Digərləri Osteoxondrozdan necə qorunmaq olar?

Müasir şəhər sakinlərinin bir çox hissəsi osteoxondrozdan əziyyət çək

arrow Ətraflı
Türkiyə ilə bağlı SENSASİON İDDİA  Rusiya və Ukrayna like
  • 12 Yan 22:14  
Siyasət Türkiyə ilə bağlı SENSASİON İDDİA Rusiya və Ukrayna

"Türkiyə Ukraynaya kaset bombaları göndərir" iddiasına ikiqat t�

arrow Ətraflı
Dünya şokda: Bill Qeyts Yer kürəsinə müdaxilə etdi – like
  • 12 Yan 22:13  
Digərləri Dünya şokda: Bill Qeyts Yer kürəsinə müdaxilə etdi –

Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layih

arrow Ətraflı
3 arvadı olan həkim 60cı övladını like
  • 12 Yan 22:12  
Digərləri 3 arvadı olan həkim 60cı övladını

Pakistanın Kvetta şəhərində yaşayan və 3 arvadı olan 50 yaşlı həkim S

arrow Ətraflı
Allaha yaxınlaşmaq düsturu... like
  • 12 Yan 22:10  
Digərləri Allaha yaxınlaşmaq düsturu...

Dünən axşam çoxdandır görmədiyim bir tanışımla rasstlaşdım. Özü h�

arrow Ətraflı
İrəvan Tehrana qəbir like
  • 12 Yan 22:06  
Siyasət İrəvan Tehrana qəbir

İran daim Azərbaycanı regiona üçüncü qüvvələri gətirməkdə ittiham e

arrow Ətraflı
Gecəyarı 3də oyananlarda 3 ciddi xəstəlik like
  • 12 Yan 22:05  
Digərləri Gecəyarı 3də oyananlarda 3 ciddi xəstəlik

Yuxu pozulması özlüyündə ölümcül deyil, amma gecəyarı mütəmadi oyanm

arrow Ətraflı
Azərbaycanlı idmançı qəfil like
  • 12 Yan 22:02  
Digərləri Azərbaycanlı idmançı qəfil

Azərbaycanlı cüdoçu Rüfət Süleymanov vəfat edib.

arrow Ətraflı
Soyuqdəyməyə ən yaxşı qida like
  • 12 Yan 22:01  
Digərləri Soyuqdəyməyə ən yaxşı qida

Amerikalı alimlərinin fikirinə görə, qripp və soyuqdəymə zamanı ən yax

arrow Ətraflı
Nəfsini paklayan nicat tapar like
  • 12 Yan 21:55  
Digərləri Nəfsini paklayan nicat tapar

İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın

arrow Ətraflı
Türkiyə rəsmiləri İsveçə like
  • 12 Yan 21:51  
Siyasət Türkiyə rəsmiləri İsveçə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və

arrow Ətraflı
Elm daha xeyirlidir, yoxsa vardövlət? like
  • 12 Yan 21:50  
Digərləri Elm daha xeyirlidir, yoxsa vardövlət?

Məsciddə Hz.Əlinin(ə) dövrəsində xeyli adam yığışmışdı. Bir kişi

arrow Ətraflı
Ferit “Yalı çapkını”ndan gedir? like
  • 12 Yan 21:49  
Şou-biznes Ferit “Yalı çapkını”ndan gedir?

Türkiyənin ən çox baxılan "Yalı çapkını"nın baş rolunu canl

arrow Ətraflı