Bakıda binanın yaxınlığında dayanacaq tikintisi sakinləri özündən çıxardı
Digərləri 10 Yan 2023 13:47:00 340 0
Bakıda yaşayış binasının həyəti taxta lövhələrlə hasara alınıb. Səbəb isə 2 aydır davam edən qanunsuz dayanacaq tikintisidir.
Bu xəbəri də oxu: Adil Abdullayev Bakıya gətirilən yaralıların müalicəsindən danışdı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yaşayan 954-cü məhəllənin sakinləri binaya daxil olmaq üçün uzun yol qət etmək məcburiyyətində qalırlar.
Bundan əlavə, binanın önündə hündürmərtəbəli dayanacağın tikilməsi həm də uşaqlar üçün oyun meydançasının qalmaması deməkdir.
Sakinlər tikinti işlərinə dəfələrlə mane olmağa çalışsalar da, xeyri olmayıb.
Onlar məsələ ilə bağlı İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər. Cavab olaraq bildirilib ki, torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq ərazidə aparılan tikinti işlərinin saxlanılması barədə şirkətə xəbərdarlıq edilib.
Tikinti işlərini həyata keçirən "AZ PERA" MMC ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Lakin Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirildi ki, tikinti norma və qaydalara uyğun şəkildə aparılır. Aiddiyyəti dövlət qurumlarının rəylərinə əsasən şirkətə tikinti işləri aparması üçün elektron formada icazə verilib. Həmçinin bildirildi ki, gələcəkdə əraziyə irihəcmli avtomobillərin girişi üçün də şərait yaradılacaq. Yəni sakinlərin narahatlığı üçün heç bir səbəb yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Son.az
Yanvarın 14-də "NUR Art House", "Arts Council Azerbaijan"
Estoniya yanvarın sonuna qədər Rusiyanın sanksiya tətbiq olunan aktivlərin
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbay
Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbayc
Bu tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akadem
ABŞ Müdafiə Nazirliyi Ukraynanı "Stryker" zirehli döyüş maşın
Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məş�
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istisma
"Nə qədər ki, dünyamızda yaşayan belə ruhi xəstə, cahil insanlar o
Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə
Səfərbərlikdən qaçan beş rusiyalı bir neçə aydır ki, Seul hava limanı