XİN rəhbərinin müavini “İqlimə davamlı Pakistan” adlı konfransda çıxış edib FOTO


Siyasət 09 Yan 2023 21:16:00 386 0

XİN rəhbərinin müavini “İqlimə davamlı Pakistan” adlı konfransda çıxış edib  FOTO

9 yanvar 2023-cü il tarixində Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə "İqlimə davamlı Pakistan" mövzusunda beynəlxalq konfrans keçirilib.

XİN-dən Son.az-a bildirilib ki, konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.

Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə AR Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.

Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.

2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub, beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib. Dünya Bankı Qrupunun hesablamalarına görə həmin daşqınların nəticəsi olaraq, təqribən 9 milyon insan yoxsulluğa düçar ola bilər. Pakistan BMT sistemi, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi ilə Fəlakət Sonrası Ehtiyacların Qiymətləndirilməsi Planını hazırlayıb və daşqınların törətdiyi zərərin 14,9 milyard, iqtisadi itkilərin 15,2 milyard, yenidənqurma ehtiyaclarının isə 16 milyard ABŞ dollarını keçdiyini müəyyən edib. Yenidənqurma, reabilitasiya, bərpa və davamlılıq çərçivəsinin (4RF) əsasını təşkil edən plan dolanışığın və kənd təsərrüfatının canlandırılması, özəl yaşayış evlərinin yenidən qurulması, ictimai infrastrukturun bərpası və yenidən inşa edilməsi kimi əsas prioritetləri müəyyənləşdirib.

Bakıda tikinti materialları dükanı yandı: like
  • 09 Yan 21:09  
Digərləri Bakıda tikinti materialları dükanı yandı:

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası y

arrow Ətraflı
Zelenski Hikmət Cavadova vətəndaşlıq verdi like
  • 09 Yan 20:55  
Digərləri Zelenski Hikmət Cavadova vətəndaşlıq verdi

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş D

arrow Ətraflı
Üzərində qanunsuz silah gəzdirən müğənni həbs olundu like
  • 09 Yan 20:40  
Şou-biznes Üzərində qanunsuz silah gəzdirən müğənni həbs olundu

"Cage The Elephant" solisti Mett Şultz qanunsuz silah saxladığına

arrow Ətraflı
Güclü ildırım çaxması kameraya düşdü  VİDEO like
  • 09 Yan 20:24  
Dünya Güclü ildırım çaxması kameraya düşdü VİDEO

ABŞ-ın Şimali Karolina ştatının Mursvill şəhərində baş verən ildır�

arrow Ətraflı
Müğənnidən açıqlama: “Bir qəpik belə qazanmadım” like
  • 09 Yan 20:16  
Şou-biznes Müğənnidən açıqlama: “Bir qəpik belə qazanmadım”

Bir müddətdir türkiyəli müğənni Zeynəb Bastıkın "Youtube" ka

arrow Ətraflı
Qubada türkəçarə ilə məşğul olan şəxsdən "patı" tapıldı like
  • 09 Yan 20:08  
Kriminal Qubada türkəçarə ilə məşğul olan şəxsdən "patı" tapıldı

Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb

arrow Ətraflı
Məleykə ərə getməklə bağlı suala belə reaksiya verdi  VİDEO like
  • 09 Yan 20:00  
Şou-biznes Məleykə ərə getməklə bağlı suala belə reaksiya verdi VİDEO

Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial ver

arrow Ətraflı
Buğdanın ucuzlaşması çörəyin qiymətinə necə təsir edəcək? like
  • 09 Yan 19:58  
Digərləri Buğdanın ucuzlaşması çörəyin qiymətinə necə təsir edəcək?

Azərbaycana idxal edilən buğdanın qiyməti son bir neçə ayda enməkdədir.

arrow Ətraflı
10 ildir işlətdiyi məkanı bağladı like
  • 09 Yan 19:56  
Şou-biznes 10 ildir işlətdiyi məkanı bağladı

Aktrisa Ayça İnci 10 il əvvəl açdığı kafesini bağlamaq məcburiyyətind

arrow Ətraflı
Avtomobili qışa hazırlamaq üçün nələrə diqqət edilməlidir? like
  • 09 Yan 19:48  
Digərləri Avtomobili qışa hazırlamaq üçün nələrə diqqət edilməlidir?

Ölkə ərazisində qar yağması və yolların buz bağlaması sürücülərin

arrow Ətraflı
Nanə 125 metr hündürlüyü olan “Sky bridge”də  VİDEO like
  • 09 Yan 19:36  
Şou-biznes Nanə 125 metr hündürlüyü olan “Sky bridge”də VİDEO

Aparıcı Nanə Ağamalıyeva istirahətə yollanıb.

arrow Ətraflı
Bakıda polis mayoru qəfil öldü  FOTO like
  • 09 Yan 19:26  
Digərləri Bakıda polis mayoru qəfil öldü FOTO

Bakıda polis mayoru qəfil ölüb.

arrow Ətraflı
Meksika Prezidenti Braziliyada çevriliş cəhdi iştirakçılarının kimliyini açıqladı like
  • 09 Yan 19:24  
Dünya Meksika Prezidenti Braziliyada çevriliş cəhdi iştirakçılarının kimliyini açıqladı

Meksika Prezidenti Andres Manuel Lopes Obrador hesab edir ki, Braziliyada çevri

arrow Ətraflı