Sızanaqların müalicəsində xalq təbabəti üsulları


Digərləri 08 Yan 2023 23:15:00 348 0

Sızanaqların müalicəsində xalq təbabəti üsulları

Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər.

Bu vasitələri kifayət qədər uzun müddət ərzində (1 ay və daha artıq) istifadə etsəniz yaxşı nəticə ala bilərsiniz.

- 2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Soyumuş palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsində istifadə edirlər.

- 2 xörək qaşığı xırdalanmış dəmrovotu üzərinə 2 stəkan su əlavə edilərək 5 dəqiqə qaynadılır. Dəmləməni 2 saat saxladıqdan sonra süzün. Alınmış dəmləmə ilə iltihablaşmış sahələri gün ərzində bir neçə dəfə silin və yatmamışdan qabaq isə iltihablaşmış sahələrin üzərinə dəmləmədə isladılmış pambıq tampon qoyun.

- Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə üzün problemli dərisini səhər və axşam silmək lazımdır.

- 1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 10-15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmə ilə sızanaqların əmələ gəlməsinə daha çox məruz qalmış dəri sahələrinə ilıq şəkildə kompreslər qoyun.

- Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə dərini hər gün silin.

- Sızanaqlarla mübarizədə bağayarpağının şirəsi də yaxşı kömək edir. Bunun üçün bitkinin yarpaqlarını xırdalayıb tənzif içərisinə yığıb şirəsini sıxın. Alınmış şirə ilə dərinin sızanaqlar olan sahələrini gün ərzində bir neçə dəfə silin.

- Dazıotu bitkisinin qurudulmuş çiçək və yarpaqlarından bir xörək qaşığı götürüb, üzərinə bir stəkan qaynar su əlavə edərək, 10-15 dəqiqə qaynadılır və süzülür. Hazırlanmış dəmləmə ilə üzünüzün sızanaqlı sahələrini silin.

- Çayağacının 100%-li efir yağını sadəcə olaraq sızanağın üzərinə nöqtə şəklində çəkin və sonra yumayın.

- Yağlı və üzərində qara civzələr olan dərini çiy balqabaq dilimi ilə silmək çox xeyirlidir.

- Qurudulub xırdalanmış adaçayı çiçəyindən 2 xörək qaşığı götürüb üzərinə bir stəkan qaynar su əlavə edin. 2 saatdan sonra dəmləməni süzün və üzərinə 1 çay qaşığı bal əlavə edin. Bu məlhəm ilə üz dərisini gündə 2 dəfə silin.

- 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı kalendula bitkisinin spirtli məhlulu (aptekdə satılan) və 1 çay qaşığı da bal əlavə edərək qarışdırın. Pambıq tamponu alınmış qarışıqda isladaraq onu sızanaqlar olan sahələrin üzərində 20-30 dəqiqə saxlayın.

Xalq təbabəti vasitələrindən, adətən, mürəkkəb olmayan sızanaqlı səpgilərin müalicəsi üçün istifadə etmək olur.

Bankların vədəsiz hesab əməliyyatlarına pul yatdırmağın hökmü nədir? like
  • 08 Yan 23:10  
Digərləri Bankların vədəsiz hesab əməliyyatlarına pul yatdırmağın hökmü nədir?

Vədəsiz hesab əməliyyatları, heç bir qeydə və şərtə bağlı olmadan i

arrow Ətraflı
Qar XƏBƏRDARLIĞI  Bu saatlarda like
  • 08 Yan 23:07  
Digərləri Qar XƏBƏRDARLIĞI Bu saatlarda

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru qar yağmağ

arrow Ətraflı
Gündə yarım ədəd – İnfarkt və insultdan qoruyur like
  • 08 Yan 23:05  
Digərləri Gündə yarım ədəd – İnfarkt və insultdan qoruyur

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini

arrow Ətraflı
Göbələklərin faydası like
  • 08 Yan 23:01  
Digərləri Göbələklərin faydası

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən ge

arrow Ətraflı
Gülşən bundan sonra 1 milyon like
  • 08 Yan 22:59  
Şou-biznes Gülşən bundan sonra 1 milyon

Müğənni Gülşən İspaniyada təhsil alan oğlu Azur ilə birlikdə İngilt�

arrow Ətraflı
Kral ailəsi təlaş içindədir  FOTO like
  • 08 Yan 22:58  
Digərləri Kral ailəsi təlaş içindədir FOTO

Şahzadə Harrinin xatirələrindən ibarət açıqlamaları və etirafları Buk

arrow Ətraflı
"Evdən çölə çıxmıram"  Lətifə virusa like
  • 08 Yan 22:57  
Şou-biznes "Evdən çölə çıxmıram" Lətifə virusa

Müğənni Lətifə Soyuöz son günlər yayılan qrip virusundan gileylənib.

arrow Ətraflı
10 ildir işlətdiyi məkanı bağladı like
  • 08 Yan 22:56  
Şou-biznes 10 ildir işlətdiyi məkanı bağladı

Aktrisa Ayça İnci 10 il əvvəl açdığı kafesini bağlamaq məcburiyyətind

arrow Ətraflı
Qız və ya oğlan uşaqları neçə yaşında evləndirilməlidir? like
  • 08 Yan 22:55  
Digərləri Qız və ya oğlan uşaqları neçə yaşında evləndirilməlidir?

Məzhəblər, Quranda bildirilən evlilik məsələlərinin hardasa heç birinə

arrow Ətraflı
Qızılı və ipəyi kişilərə qadağan edən hədislərin hökmü nədir? like
  • 08 Yan 22:50  
Digərləri Qızılı və ipəyi kişilərə qadağan edən hədislərin hökmü nədir?

Sizə, Uca Allahın bu ayəsini diqqətlə oxumağınızı tövsiyə edirik. Bel

arrow Ətraflı
Piqment ləkələri ilə mübarizə like
  • 08 Yan 22:45  
Digərləri Piqment ləkələri ilə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırl

arrow Ətraflı
Əmirə itaət, Allaha və Onun elçisinə itaətdirmi? like
  • 08 Yan 22:40  
Digərləri Əmirə itaət, Allaha və Onun elçisinə itaətdirmi?

Əlbəttə ki, ölçü Allahın kitabı olmalı və biz hər hansı bir rəvayə

arrow Ətraflı
“Qreçka” xərçəngə qarşı necə təsir göstərir? like
  • 08 Yan 22:35  
Digərləri “Qreçka” xərçəngə qarşı necə təsir göstərir?

Müntəzəm olaraq, qarabaşaq - qreçka qəbul etmək bağırsaqları təmizlə

arrow Ətraflı
Qadınlarda osteoporoz xəstəliyi və klimaks like
  • 08 Yan 22:30  
Digərləri Qadınlarda osteoporoz xəstəliyi və klimaks

Osteoporoz - sümük toxumasının həcminin azalması ilə müşayiət edilən

arrow Ətraflı
"Qara dəniz qazı martda istifadə olunacaq" like
  • 08 Yan 22:28  
Digərləri "Qara dəniz qazı martda istifadə olunacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdən çıxarılacaq tə

arrow Ətraflı