Qadınlarda osteoporoz xəstəliyi və klimaks
Digərləri 08 Yan 2023 22:30:00 569 0
Osteoporoz - sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar.
Bu xəbəri də oxu: “Qəzadan sonra 29 saniyə danışdıq” Kapitanın dostu
Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar.
Klimaksın başlanması qadınların əksəriyyətində orqanizmində kalsium mübadiləsinin pozulması ilə müşayiət olunur. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Yaş artımı ilə əlaqədar olaraq qanda estrogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən daha kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə səbəb olur (qadının beli əyilir və s.), sınıqların baş verməsi təhlükəsini artırır.
Osteoporoz prosesinə onurğa sütunu da daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxildən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılması nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və digər bu kimi əlamətlər yaranmış olur.
Osteoporoz xəstəliyi menofasilə (menopauza, klimaks) dövründə qadınlarda sınıqların daha tez-tez rast gəlməsinin əsas səbəblərindən biridir. Osteoparoz zamanı sınıqların əsas xarakterik cəhəti, onların minimal travmatik zədələrdən və hətta kiçik hündürlüklərdən də yıxılması nəticəsində baş verməsidir. Yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı - bud sümüyü boynunun sınıqlarıdır.
Osteoporozun baş verməsinin əsas təhlükə (risk) faktorları aşağıdakılardır:
- əsas faktor yaşdır - yaşın 65-dən artıq olması;
- uşaqlıq və ya yumurtalığın olmaması (nəticə etibarı ilə estrogen hormonların da). Bəzi hallarda qadınlar nisbətən cavan yaşlarında bu orqanlarını itirmiş olurlar;
- genetik meylliyin olması. Əgər qadının ana və nənəsində osteoparoz xəstəliyi olmuşsa, onun özündə bu xəstəliyin inkişaf etməsi ehtimalı da çox olur;
- aybaşının vaxtından qabaq kəsilməsi;
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdən çıxarılacaq tə
Rusiyalı həkimlər Sergey Aqapkin və Mixail Qinzburq axşam yeməyinə hansı
Çillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinəd
İnsanların çoxu sizin kimi ya da buna bənzər niyyət tutaraq: "Nəzir
Bu simptomlar təkcə hər gün spirtli içki qəbul edənlərdə yox, ayda bir
İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, ca
Quranda bu ayənin məalı belədir:
Ermənistanın baş naziri Nikol Paşinyan ultimatum formasında Kremldən yanva
Əri ölən bir qadının gözləməsi lazım olan müddət, 4 ay 10 gündür. B
Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzi
Xeyr, tarladan zəkat verilməz, oradan əldə edilən məhsuldan zəkat verilir
"Sədərək" Ticarət Mərkəzində yanğın zamanı obyektlərin biri