İçki içənlərlə eyni süfrədə oturmaq olarmı?
Digərləri 07 Yan 2023 23:50:00 1367 0
Uca Allah, içki barədə Qurani Kərimdə belə buyurmaqdadır:
Bu xəbəri də oxu: AZAL təyyarə qəzası ilə bağlı Türkiyədə istintaq komissiyası yaradıldı
"Ey inanıb güvənənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız". (Maidə, 5/90)
Diqqət edərsəniz, burada içki içməyin ya da qumar oynamayın demir, hətta bunlara yaxınlaşmayın, uzaq durun! deyir. Yəni, tək içmək deyil, bu kimi şeylərə səbəbiyyət verəcək şeylərdən və səbəb olanlardan da uzaq durun deyir. Eyniylə zina ayəsində zina etməyin deyil, "zinadan uzaq durun!" dediyi kimi.
İçki məsələsində də bir hədisdə deyildiyi kimi; "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə (süzən, paylayan), satana, pulunu yeyənə, satın alana və satın aldırana Allah lənət etsin!"
Görüldüyü kimi, lənətə məruz qalan bu 10 nəfər içində hər nə qədər də içki süfrəsində onlarla birlikdə oturan qəsd edilməsə də ayədə uzaq durun deyildiyi üçün onlarla eyni süfrədə oturmamağımız lazımdır.
Ölkəmizdə içki düşkünü çox olduğu üçün və qohum, tanış öz xeyir işlərinə bu haramı qarışdırdıqları üçün bizim onlardan uzaq durmağımız çox çətinləşir. Quranda eyni zamanda qohumluq əqrabalıq bağını qoparmamaqdan da bəhs edər. Günah işlədikləri üçün onlarla bağı qoparmaq, dəvətini saymamaq həm xoş deyil, həm də çıxış yolu deyildir. Bu səbəblə biz, ilk əvvəl bu kimi haramlara yol verməməkləri üçün onlara tövsiyə edə bilərik. Çox yaxın insanlar sizi bu kimi məclislərə dəvət etdiyi zaman ən azından içki içənlərlə eyni süfrədə olmamaq şərtiylə (məcburiyyətdən içki verilən stolovalara, restorantlara, dükkənlərə getdiyimiz kimi) otura bilərik. Hətta daha əvvəlcədən gəlib onların nə kimi ehtiyacları olduğunu, çətinlikliklərinə köməklik göstərməyə çalışmalı və ortalıq içki ilə sərsəmlənmədən də oranı tərk etməyimiz daha yaxşı olar. Bu davranışımız, həm yaxınlarımız üçün bir alicənablıq həm də gözəl bir nümunə olar.
Bu barədə Qurani Kərimdə bildirilən bu sözlərə diqqət yetirin:
İllərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərini
Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu d
Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağl
Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələr
Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dü
Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa
Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbək
ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazır
Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun
Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əm