Cənnətlə müjdələyən uydurma hədislər
Digərləri 07 Yan 2023 23:55:00 383 0
Peyğəmbər əleyhissəlam və onun əhli-Beyti adından ən çox uydurulan hədislər cənnətlə əlaqəli hədislərdir. Biz bunlardan bir neçəsini təqdim edəcəyik:
Bu xəbəri də oxu: 14 gün şəkər yeməsək orqanizmdə nə baş verər?
Peyğəmbərimizə nisbətlə; "Kim ölüm anında "la ilahə illallah deyərsə, sonunda cənnətə gedəcəkdir."[1]
Bu ifadə, Allahın bütün əmrlərini, məsuliyyətləri yox edir, dini həyatından çıxardır və ölüm anında işlədilən kəliməyə endirir. Belə düşüncəyə sahib olanlar üçün Quran da, özləri öldükdən sonra onları rəhmətə götürən bir vasitəyə çevrilir.
Beləki bu hədisin doğru versiyonu bu şəkildədir: Bir nəfər Rəsulullaha "Lə ilahə İlləllah cənnətin açarı deyilmi?"- deyə soruşur. Rəsulullah: "Bəli, fəqət hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə, qapı açılır. Açar dişsiz isə qapı açılmaz." (Buxari, "Cənaiz, 1.")
Demək ki, "lə ilahə illəllah" deməyi kifayət görməyib, bu kəlimənin haqqını vermək və onu həyata əks etdirmək vacibdir. Bu, hər insanın dünyadakı ən müqəddəs vəzifəsi və məsuliyyətidir.
Bundan əlavə Qurana, dinimizə zidd yüzlərlə hədislərdən bir neçəsi də belədir:
"Hər kimin cənazə namazını yüz kişi qılarsa o bağışlanar."[2]
İmam Sadiqə nisbətlə belə bir rəvayət nəql edərlər: "Hər şəfəq vaxtından sonra yüz dəfə; Allahummə salli ala Muhamməd və alə ali Muhamməd, de. Allah Təala bu zikrin bərəkəti ilə üzünü cəhənnəm atəşindən qoruyar."[3]
İmamdan bir başqa rəvayət isə belədir, "İlahi tərəzidə Muhamməd (s.a.) və əhli-beytinə salavat göndərməkdən daha ağır savablı heç bir şey yoxdur."[4]
Bu kimi rəvayətlərin Allahın kitabında heç bir əsası yoxdur və peyğəmbərimizin dilindən də belə bir şey nəql edilməmişdir. Belə şeylər, ucuz yoldan insanlara cənnəti bazarlamaqdır. Allahın göstərdiyi cənnətin yolu isə bu kimi ifadələrdən deyil, Quranda bildirilən əmr və qadağalara uymaqdan keçir.
Bir başqa rəvayət: İmam Cavad (ə) buyurmuşdur; "Hər kəs bibim Fatimeyi Məsuməni Qumda ziyarət edərsə behişt/cennet ona vacib olar."
Uca Allah, içki barədə Qurani Kərimdə belə buyurmaqdadır:
İllərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərini
Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu d
Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini
Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağl
Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələr
Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dü
Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa
Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbək
ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazır
Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun