Bu marşrut avtobuslarının sürücüləri işə çıxmaqdan
Digərləri 07 Yan 2023 22:27:00 394 0
Sumqayıtda 10 A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri bu gün səhər saatlarında işə çıxmaqdan imtina ediblər. Nəticədə əksər sərnişinlər səhər saatlarında yolda qalıblar. Sürücülər iddia edirlər ki, gündəlik planın məbləği yüksəkdir.
Bu xəbəri də oxu: Bankların bayram günlərində iş qrafiki
Son.az "Xezerxeber"ə istinadən xəbər verir ki, ümumilikdə xətt üzrə 30 sürücü var. Bu gün onlardan 14-ü işləməli imiş. Sürücülər iddia edirlər ki, ödəməli olduqları gündəlik planın məbləği yüksəkdir. Buna görə də işə çıxmaqdan imtina ediblər.
Belə vəziyyətdə ən çox əziyyət çəkən isə sərnişinlər olub.
Məsələ ilə bağlı "Nəqliyyat MMC-1"in qaraj rəisi Sirac Səfərov bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edərək görüş keçiriblər. Şikayətləri dinlənilib. Qərara alınıb ki, gündəlik planda güzəşt edilsin.
Həmçinin sürücülərə bildirilib ki, gündəlik planın həcmi onları qane etmirsə, başqa xətt üzrə fəaliyyət göstərən avtobusda çalışa bilərlər. Lakin onlar bununla razılaşmayıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mədəniyyət xadimlərinə qar
Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun r�
Yeni il heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü &q
Əslində bilmək istəsəniz, Allah sizi sərbəst buraxıb. İstədiyinizi el�
İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ doll
Türkiyənin İstanbul şəhər Baş Polis İdarəsinin həyata keçirdiyi əmə
Astara rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər sax
"Hazırda minimum əməkhaqqı və pensiyalarda elan olunan artım inflyasi
Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunlu