Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır?
Digərləri 07 Yan 2023 15:00:00 412 0
"Bu gün maddi imkanı olan ailələrin uşaqları asudə vaxtlarını müxtəlif kurslarda, dərnəklərdə, yaradıcılıq evlərində dəyərləndirə bilsələr də, aztəminatlı ailələrin övladları bir çox hallarda bu imkanlardan məhrumdurlar".
Son.az bildirir ki, bunu Bizim.Media-nın həmsöhbəti sosioloq Lalə Mehralı deyib. O, qeyd edib ki, ödənizşsiz fəaliyyət göstərən yerlər olsa da, onlar bütün ailələr üçün əlçatan deyil: "Əvvəllər texniki yaradıcılıq mərkəzləri var idi və onlar dövlətin hesabına fəaliyyət göstərirdilər. Həmin yerlərin bazası əsasında indi bəzi rayonlarda fəaliyyət göstərən gənclərin yaradıcılıq evləri istifadəyə verildi. İndi də çox az sayda ödənişsiz fəaliyyət göstərən mərkəzlər var, lakin baza olsa da, sayları azdır və artırılması üçün dövlət tərəfindən imkanlar yaradılmalıdır. Onlar çox az yerlərdə fəaliyyət göstərirlər və bütün valideynlər üçün əlçatan deyil. Bakının bəzi rayonlarında, ümumiyyətlə, bu cür fəaliyyət imkanları olan evlər, mərkəzlər yoxdur". Sosioloq minimum əməkhaqqı ilə dolanmağa məcbur olan ailələr üçün uşağını ödənişli məşğuliyyət evlərinə, mərkəzlərə göndərməyin çətinlik yaratdığını deyib: "Əksər valideyn məcbur olduğu halda uşağını ən yaxşı halda hansısa dil kursuna və ya zəif olduğu fəndən hazırlığa göndərə bilir. Bir uşaq üçün minimum hazırlıq 50 manatdır və bu, ikiuşaqlı ailə üçün ayda 100 manat xərc deməkdir. Bu, aztəminatlı ailə üçün çətinlik yaradır". Lalə Mehralı onu da vurğulayıb ki, bu cür imkanların yaradılması həm də uşaqların sağlamlığı üçün atılmış vacib addım ola bilər: "Uşaqlar üçün dövlət hesabına kursların sayını artırmaq lazımdır. Bu halda uşaqların sağlamlığı üçün də vacib addım atmış olarıq. Bilirik ki, ağıllı cihazlardan çox istifadə uşaqlarımız üçün yaxşı nəticə verməyəcək. Bu, onların həm sağlamlığına mənfi təsir edir, həm də dərslərdən geri salır. Hər birimiz uşaqların telefondan istifadəsini minimuma endirməyə çalışsaq da vaxtını evdə keçirdiyi halda buna müəyyən qədər gözyummaq məcburiyyətində qalırıq".
Son.az
"Netflix"də yayımlanan "Wednesday" serialının ikinci m�
Qlobal iqtisadi böhranın Azərbaycana təsirini azaltmaq üçün dövlət tər
Yayda xanımların əksəriyyəti qarpız pəhrizi saxlayaraq arıqlamaq istə
Çəkisi eyni olsa da, fərqli restoranlarda fərqli qiymətlərə təklif olunu
"Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin birinci burax�
Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensi
Son.az Kulis.az-a istinadən aktyor, Əməkdar artist Elçin Həmidov 10 maraql�
1988-ci ilin qış ayları idi. Mənfur ermənilər kəndlərə soxulur, evləri
"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəng
Britaniyalı müğənni Adelin səhhətində problem yaranıb.
Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetin
Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərər�
İslam dini təşəkkül tapdıqdan sonra Azərbaycanda da bir sıra ziyarətgah
Baş rolunu Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandıracağı "
Zəngin və maraqlı qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə