Azərbaycanda bu şəxslərin maaşı artır 30, 40, 50 AZN...
Digərləri 06 Yan 2023 19:55:00 388 0
Minimum əməkhaqqının artırılaraq 345 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam müəllimlər arasında müəyyən qədər çaşqınlıq yaradıb.
Bu xəbəri də oxu: Təyyarədən sağ çıxan rusiyalı stüardessanın cəsarətindən danışdı
Sual doğuran məqam sərəncamın kimlərə şamil olunacağıdır. Bəziləri bütün müəllimlərin bu sərəncamdan yararlanacaqlarını düşünsələr də, bir qisim, sadəcə, diaqnostik qiymətləndirmə və sertifikasiya proseslərindən uğurla keçənlərin maaşlarında artımın olacağına inanır.
Bəs ümumilikdə yanvarın birindən hansı müəllimlərin əməkhaqlarında artım gözlənilir?
Son.az xəbər verir ki, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı oxu.az-a açıqlamasında sərəncamın məktəblərdə yalnız müəllimləri əhatə etməyəcəyini bildirib:
"Qeyd etmək lazımdır ki, minimum aylıq əməkhaqqının artımı ilə bağlı sərəncam bütün sahələrdə çalışan vətəndaşları əhatə edir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllimlərimizin maaşlarında kifayət qədər artım müşahidə olunur. Həmçinin bu artım məktəblərdə müxtəlif vəzifələrdə çalışan təhsil işçilərinə də şamil edilir. Yəni təhsil müəssisələrində çalışan və əməkhaqqısının məbləği 345 manatdan aşağı olan işçilərin maaşı müəyyən edilən minimuma çatdırılacaq".
Təhsil eksperti Qoşqar Məhərrəmov isə açıqlamasında bu artımın müəllimlərin maaşlarına müxtəlif şəkildə təsir edəcəyini bildirib:
"Sözügedən sərəncamda ilk maddədə minimum aylıq əməkhaqqının məbləğinin müəyyən edilməsi, növbəti maddədə isə dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarının birinci maddəyə uyğunlaşdırılması qeyd edilib. Bu o deməkdir ki, dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri bu artımdan faydalanacaqlar. Amma bu artım müəllimlərin maaşlarına fərqli şəkildə təsir göstərəcək. Məsələn, bir müəllimin maaşına 30, digərinin isə 40, yaxud 50 manat artım olacaq. Ümumilikdə isə bu artımdan dövlət təhsil müəssisələrində çalışan bütün təhsil işçiləri yararlana biləcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu ayın sonuna kimi 345 manat müəyyənləşdirilən minimum əməkhaqqı miqdarına uyğun olaraq vətəndaşların maaşlarının hansı şəkildə artırılacağını müəyyən edəcək. Yəni bu artım sertifikasiyadan keçənlərlə yanaşı, keçməyən müəllimləri də əhatə edir".
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
"McDonald's" restoranlar şəbəkəsi Qazaxıstanda sözügedən b
"Bu yaxınlarda səsim batdı. Bunu deməkdən utanmıram. 30 min manatlıq
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla
Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qal
Aktyorlar Həsrət Həsrətov və Müşfiq Şahverdiyev həmkarları Cavidan Nov
Mobil cihazlar, sosial şəbəkələr və uşaqlar. Texnologiyanın elə bir dö
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri aras�
Moskvanın Sevastopol prospektində baş verən dəhşətli yol qəzasında biri
Çində 78 milyon dollar rüşvət alan məmur barəsində edam hökmü çıxar�
Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Qu
Əlilliyi olan şəxslərin işlə təmin edilməsi prosesi elektronlaşdırıl�