Vardanyanla Balasanyan üzüzə:
Siyasət 05 Yan 2023 07:27:00 1346 0
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Pakistanın baş naziri təyyarə qəzası ilə bağlı başsağlığı verib
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, BMT kimi dünyanın nüfuzlu təşkilatı Azərbaycanla bağlı ehtiyyatlı davranır. Fransa və Ermənistanın başlatmış olduğu kompaniya iflasa uğradı. Növbəti siyasi-diplomatik həmlələri necə dəyərləndirirsiniz?
- Azərbaycan artıq xarici siyasət müstəvisində çox ciddi addımlar atır. Bu mənada Xarici İşlər Nazirliyinin son iki ildəki fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır. Azərbaycan BMT-də çox ustalıqla öz mövqelərini qorudu. BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr bir ay aralıqla burada sədrlik edir. Bu ərəfədə məhz Fransanın həmsədrlik dövrünə təsadüf etmişdi. Onlar çalışdılar ki, özləri sədr olduğu müddətdə Azərbaycan əleyhinə bir qərar qəbul etdirsinlər. Bu, Laçın yolundakı məsələlərlə bağlı olan bir qərar olmalı idi. Burada da Azərbaycanı "humanitar böhran" yaratmaqda ittiham edirdilər. Humanitar hüququn beynəlxalq aləmdə ciddi məsələ olduğunu nəzərə alıb bu istiqamətdə Azərbaycanın üstünə gəlmək niyyətləri vardı. Azərbaycanı Ermənistana qarşı "hərbi müdaxilə" və digər məsələlərdə ittiham etməklə yanaşı, bunun da növbəti siyasi zərbə olacağını düşünürdülər.
- Azərbaycanın bu gedişlərə qarşı adekvat addımları hansılar oldu?
- Ölkəmizin uğurlu diplomatik gedişi ilə çox ustalıqla bu "ittihamnamədən" keçmiş "Dağlıq Qarabağ" sözü çıxarıldı. Daha sonra Azərbaycan ərazi bütövlüyünü, süverenliyini qəbul etdirdi. Fransızlar bir də onda ayıldılar ki, bəyanatda Azərbyacanın əleyhinə heç nə yoxdur. Ona görə də, bunu qəbul etmədilər. Emmanel Makronun bütün "ağır topları" da burada idi. Bütün bunların fonunda Azərbaycan xırda bir heyətlə bu məsəllələri ölkəmizin xeyrinə çox böyük ustalıqla dəyişməyə nail oldu.
- Ölkəmizə bu məsələdə birmənalı dəstəkçilər kimlər idi?
- Bu məsələdə Böyük Britaniya və Rusiya Azərbaycanın yanında oldu. Eyni zamanda BMT TŞ-nin qeyri-daimi üzvləri olan Albaniya, Birləşmiş Ərəb Əmirlikləri də ölkəmizə dəstəyini ifadə etdi. Burada əsasən BMT TŞ-nin 5 daimi üzvündən ikisi Azərbaycanın yanında oldu. Çin isə bu məsələdə Rusiyaya görə, bitərəf mövqedə qaldı. Proses isə ümumilikdə ABŞ-ın maraqlarına uyğun deyildi. Beləliklə, Fransa öz məkirli qərarı ilə meydanda tək qaldı. Bununla da həmin qərar layihəsini geri çəkməli oldu. Burada Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət nəticəsində Fransa oyundan kənar vəziyyətə salındı.
- Fransadan bu kimi təhdidlərin davamının olacağı gözlənilirmi?
- Bu siyasət Fransa tərəfindən davam etdiriləcək. Nə qədər ki, Makron Fransada hakimiyyətdədir, onun həm erməni kökənli olması, erməni lobbisinin maliyyəsi ilə hakimiyyətə gəlməsi ona bu addımları atmağa məcbur edir. Amma bu, Fransanın çox ağır bir məğlubiyyəti oldu. Avropanın diplomatik sükanının Fransanın əlində olduğunu nəzərə alsaq, Makron bu addımı ilə öz missiyasını əldən verdi. İngiltərə Avropa İttifaqının üzvü olmasa belə Fransanı zərərsizləşdirdi. Eyni zamanda daha bir Avropa dövləti olan Albaniyanın da burada Azərbaycana açıq dəstəyi Fransanın hazırkı dövr üçün xeyrinə olmayan məsələ idi. Görünən odur ki, Makron özünü ermənipərəst maraqlarını Fransanın maraqlarına qurban verdi. Burada eyni zamanda Fransa-İran tandeminə diqqət edilməlidir.
- Avropa və dünya miqyasında Azərbaycanın dostlarının çoxalmasına qarşı qısqanclıqlar var. Bu tandemi qorumaq üçün hansı siyasi xətti davam etmək lazımdır?
- Burada Rusiya və Böyük Britaniya ayrı-ayrılıqda fikir müxtəlifliyi yaşasalar da Azərbaycanla bağlı məsələdə ortaq mövqe sərgiləyib. İsrail kimi dostumuz var. Qardaş Türkiyənin dəstəyi ilə bir sıra məsələlərdə uğurlara imza atılıb. 2023-cü ildə bir sıra məsələlərə də hazır olmalıyıq. Artıq 20 gündən artıqdır davam edən azərbaycanlı ekofəalların askiyası ardıcıllığını qorumalıdır.
- Aksiyadan söz düşmüşkən artıq 23 gündür ki, azərbaycanlı aktivistlərin Şuşa-Xankəndi yoluna bir növ ictimai nəzarəti mövcuddur. Burada qeyri-qanuni daşımaların başqa hansı yollarla aparılması mümkün ola bilər?
- Bu çox yaxşı haldır. Amma bizimkilər bir qədər də diqqətli olmalıdırlar. Çünki Azərbaycana məxsus qızıl yataqlarından hasil edilən həmin qızılın təmizləmə dərəcəsi 70 faizə qədər çatdırdıqdan sonra onun təcili yardım maşınları ilə Xankəndidən İrəvana apara biliblər. Bunu erməni müxalifəti internet resurslarında yazıb. Ona görə də Şuşa-Xankəndi yolunda olan ekofəallar təcili yardım maşınlarında dərman və başqa hümanitar adlarla olan şübhəli yüklərə baxış keçirməlidir. Erməni mətbuatının yazdığına görə, onlar bu müddət ərzində bir dəfə həmin yolda 50 kq-a qədər qızıl çıxarıblar.
- Sizcə, alternativ yollardan da bu cür qeyri-qanuni daşımaların həyata keçirilməsi mümkündürmü?
- Hazırda azərbaycanlı fəalların dayandığı yerdən Kərkicahana olan məsafə heç 500 metr deyil. Çünki Xankəndinin üst tərəfində üzük qaşı kimi Kərkicahan, Malıbəyli yerləşir. Ondan bir az yuxarıda isə Cəmilli və Meşəli kəndləri var. Ona görə də, biz o kəndlərə nə qədər qayıtmamış olsaq belə həmin yerdən tərpənməməliyik. Ora Xankəndinin "canı" hesab edilir. Azərbaycan da o "nəfəslik" hesab edilən yolda eko-cinayətlərə son qoyulmasını tələb edir.
- Aksiyaların müddəti uzandıqca Xankəndidə olan erməni əsilli insanların yanaşmasında nə kimi dəyişikliklər müşahidə edilir?
- Artıq bunun ilkin qığılcımları var. Fikir ayrılıqları, iki tirəlik yaranıb. Orada erməniliyi qəbul etmiş keçmiş albanlarla, gəlmə ermənilər arasında çox ciddi qarşıdurma var. Çünki onlar gördülər ki, Azərbaycan ərazisində qalan albanların tarixi abidələrinə sahib çıxılıb, onlara hər cür şərait yaradılıb. Beləliklə də, ermənilərin yalanları ifşa edilib. Eyni zamanda Ruben Vardanyanla Vitali Balasanyanın tərəfdarları arasında çox ciddi qarşıdurma var. 2023-cü ildə bu ziddiyyətlərin daha da dərinləşəcəyi gözlənilir. Hər iki qarşıdurmadan biz öz xeyrimizə faydalanmalıyıq. Burada bizim fəalların 20 gündən çoxdur ki, keçirdikləri aksiyanın mahiyyətinə xüsusi ilə toxunmaq lazımdır. Çünki bu aksiya ermənilərin yüz ildə apardıqları təbliğatı darmadağın etdi.
Yeni il ilk günlərində Böyük Britaniyanın səhiyyə xidməti dərin böhra
Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil alma
Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində
Böyrəklərin zədələnməsi ilə gedən virus xəstəliyidir. Ümumi məluma
Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi p
Müğənni Safura Əlizadə həyat yoldaşı Fərhad Əliyev və övladları il�
Papillomavirus infeksiyalarının törədicisi olan insan papillomavirusu cinsiy