Pedjet xəstəliyi
Digərləri 05 Yan 2023 02:02:00 413 0
Bu xəstəlik insanın sümüyünü bərpa edən mexanizmlərın pozulması ilə xarakterizə olunur. Ümumi məlumat: Bu xəstəlik başqa cür deformasiyaedici osteit adlanır. Bu xəstəlik istənilən sümükdə yarana bilər. Xəstələrin 1\3 -ə bir sümük, ən çoxunda 3 sümük zədələnir. Ən çox çanaq, onurğa, kəllə, uzun borulu sümüklər zədələnir. Səbəbləri: Səbəbləri məlum deyil. Ən çox virus mənşəli olduğu güman edilir. Qızılca virusunun rolu daha böyükdür. İrsiyyətin rolu vardır, xəstəlik ailəvi xarakter daşıyır. Simptomları: Zədələnmiş sümükdə küt, deşici ağrı qeyd olunur. Sakitlik zamanı ağrı daha da güclənir, hərəkət məhdudluğu qeyd olunur. Sümüklər nazilir,sümük toxuması dağılmaqa başlayır. Yüngül travmalar sınıqlara səbəb olur, kürək, onurğa sütunu, ayaqlar əyilir. Sümüklərin inkişafı dayanır, sinirlər zədələndiyi üçün baş ağrıları, onurğa sinirləri zədələndiyi üçün əllər və ayaqlarda keyimə hissi qeyd olunur. Ağır hallarda ürək dayana bilər. Diaqnostika: Diaqnoz qoymaq üçün rentgenoqrafiya və qanda qələvi fosfatazanın təyininə əsasən qoyulur. Müalicəsi: Sümüklərın defektlərinin qarşısını almaq üçün biofosfanatlardan istifadə olunur. Müalicə xəstəliyi aradan qaldırmır. Bu dərmanlardan uzun müddət istifadə fəsadlara gətirib çıxarır. Lazım gələrsə cərrahi müalicəyə müraciət olunur.
Bu xəbəri də oxu: Qəzayda həlak olan 13 yaşlı Məhəmmədəlinin
"Tesla" 25 mərtəbəli bina qədər yüksəklikdə uçurumdan düşü
Müğənni Nigarın Camalın Londonda yaşayan qızları Yeni ili qeyd etmək ü
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
ABŞ yaxın günlərdə və ya həftələrdə Ukraynaya yeni silahlar göndərm�
Yarım saat əvvəl Xankəndidə yenidən elektrik enerjisi, eləcə də mobil i
Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqr
Tammiqyaslı müharibə başlayandan bəri Rusiya döyüş tanklarının ümumi
Qarabağdakı 44 günlük müharibə ilə bağlı Ermənistanda qaldırılan cin
Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Qarabağdak�
İran məsələsi ilə məşğul olmaq ABŞ-ın əsas problemlərindən biridir.
Fransa Ukraynaya "AMX-10 RC" yüngül zirehli döyüş maşınları ve