Bütün hadisələri qeydə alan "Qara Qutu"


Digərləri 02 Yan 2023 19:15:00 250 0

Bütün hadisələri qeydə alan "Qara Qutu"

Bir qrup elm adamı qara qutu hazırlayıb. Qutu bütün həyatı sona çatdıracaq fəlakətdən sonra dünyada baş verənləri təsvir etmək üçün dizayn edilib. Avstraliyanın Tasmaniya əyalətində tənha bir yerdə yerləşəcək və hər şeyi qeyd etməyə planlaşdırılmış bu struktur bir çox sirləri özündə ehtiva edəcək.

Son.az-ın məlumatına görə, son illərdə təsiri hər mənada hiss edilən iqlim dəyişikliyi dünyanın sonunun xəbərçisi kimi şərh olunur.

Böyük əksəriyyət kütləvi məhvin mümkün olmadığına inansa da, alimlər insanların kütləvi yox olduqdan sonra bəşəriyyətin sonunun nə ilə nəticələndiyini izah etmək və bir vaxtlar dünyada baş verənləri gələcək nəsillərə ötürmək ideyası ilə sözügedən layihəyə imza atıblar.

Bu fonda Avstraliyanın Tasmaniya əyalətinin ucqar bir küncündə qara qutu qalacaq. Siz bunu uçuş zamanı təyyarədə müəyyən məlumatları qeyd etmək üçün qara qutu kimi düşünə bilərsiniz.

Lakin həmin layihənin təfərrüatları budur:

Son zamanlar bütün dünya alimlərinin müzakirə etdiyi bir mövzu var: şiddətli quraqlıq, xüsusən də buzlaqların əriməsi iqlim dəyişikliyinin ən çox hiss olunan təsirlərindən biridir. Bu dəyişikliklərin dünyanın sonunu gətirəcəyinə inanan alimlərin məqsədi baş verə biləcək fəlakətdən sonra gələcək nəsillərə məlumat verməkdir.

Hər şeyi qeydə alır

Ötən ilin ortalarında Tasmaniya Universitetinin alimləri, "Celemnger BBDO" marketinq agentliyi və "Glue Society" kreativ agentliyi ilə birgə layihə hazırlanıb. Onlar layihəni "Yerin Qara Qutusu" adlandırdılar. Bu layihənin yaradıcıları bəşəriyyətin mümkün sondan sonra sağ qalıb-qalmaması ilə bağlı qərarsız olsalar da, planetdə yenidən başlayacaq həyatın mümkünlüyünü nəzərə alaraq gələcəyə bir növ "yaddaş" qoyurlar. Uzun illərdir tədqiq edilən qara qutu, dünyanı məhv etmə ehtimalı yüksək olan nüvə müharibəsindən belə təsirlənməyəcək şəkildə dizayn edilib. Düzbucaqlı şəklində dizayn ediləcək möhkəm bir daşa bənzəyən bu quruluşun digər məqsədi də dünyanın gedişatını təhlil etmək üçün məlumat toplamaqdır. "Hekayəmizin necə bitəcəyi tamamilə bizdən asılıdır. Bu layihə ilə bağlı bir şey dəqiqdir, indi sizin hərəkətləriniz, hərəkətsizliyiniz və qarşılıqlı əlaqəniz qeydə alınır."

Yerin Qara qutusu bəşəriyyətin və planetin sonunu gətirən problemləri qərəzsiz şəkildə izah etmək məqsədi daşıyır. Ancaq bu layihəni faydalı hesab edənlərlə yanaşı, yararsız hesab edənlər də var. Bəzi elm adamları planetin sonunu gətirəcək problemlərin həlli yollarını tapmaq əvəzinə, başqa layihələrə vəsait xərcləməyi yersiz hesab edirlər. Layihənin yaradıcılarının sözlərinə görə, qara qutu bir çox aspektlərdə maarifləndirmə məqsədi daşıyır.

Deyilənə görə, qara qutu çoxlu saxlama bankları ilə doldurulacaq və bu banklar üzərindəki günəş panelləri ilə internet bağlantısı qura biləcəklər. Batareyalar enerji saxlamağa imkan verəcək. Günəşin ilk şüaları ilə qara qutu elmi məlumatları endirəcək və alqoritm internetdən iqlim dəyişikliyi ilə bağlı materialları toplayacaq. Qeydiyyat prosesi başlayıb. Sayta daxil olarkən məlumatların qeydə alındığı barədə xəbərdarlıq edildiyini görmək mümkündür.

"Glue Society"-nin həmtəsisçisi Conatan Kneebone Amerikanın ABC telekanalına verdiyi açıqlamada, "Bu qutu hamımızdan daha çox yaşamaq üçün hazırlanıb. Bu qutu şəbəkə batdıqda belə işləməyə davam edəcək". "Clemenger BBDO" marketinq agentliyinin kreativ direktoru Cim Kurtim müsahibədə deyib: "Əgər dünya iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu sarsılmaz qeyd cihazı ondan dərs alan hər kəsin yanında olacaq".

"Yerin Qara Qutusu" layihəsi gələcək nəsillərin yox olduqdan sonra qutudakı məlumatları necə əldə edəcəyik? sualını da ağıllara gətirib.

Mövzu ilə bağlı qutunun memarları layihə üzərində çalışdıqlarını bildirərək, bu məsələyə belə aydınlıq gətiriblər: "Qara qutudakı məlumatları binar sistemlə kodlayacağıq və qutunun üzərinə təlimatları həkk edəcəyik".

Görünür, layihə haqqında daha çox öyrənmək üçün bir müddət gözləməli olacağıq.

Qeyd edək ki, saxlanan məlumatlara quru və dəniz temperaturu, okeanın turşulaşması, atmosfer CO2, növlərin yox olması, torpaqdan istifadənin dəyişməsi, həmçinin insan əhalisi, hərbi xərclər və enerji istehlakı daxildir. Qəzet başlıqları, sosial media yazıları və ÇNL iqlim dəyişikliyi görüşləri kimi əsas hadisələrdən xəbərlər kimi kontekstual məlumatlar da toplanacaq. (publika)

Rusiya Makeyevkadakı itkilərini etiraf etdi: 63 nəfər like
  • 02 Yan 19:08  
Dünya Rusiya Makeyevkadakı itkilərini etiraf etdi: 63 nəfər

Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zər

arrow Ətraflı
Bunu etsəniz əks cins sizi...  Ovsunlayan ətirlər haqqında SORĞU like
  • 02 Yan 19:01  
Digərləri Bunu etsəniz əks cins sizi... Ovsunlayan ətirlər haqqında SORĞU

Genişmiqyaslı sosial sorğu nəticəsində əks cinsdə daha çox maraq oyadan

arrow Ətraflı
Bu ştatda meyitlər gübrə kimi istifadə olunacaq like
  • 02 Yan 18:54  
Dünya Bu ştatda meyitlər gübrə kimi istifadə olunacaq

Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostla

arrow Ətraflı
Azərbaycanda daha bir partlayış olub like
  • 02 Yan 18:46  
Digərləri Azərbaycanda daha bir partlayış olub

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

arrow Ətraflı
Tanınmış cütlük qəzaya düşdü like
  • 02 Yan 18:45  
Şou-biznes Tanınmış cütlük qəzaya düşdü

Türkiyəli aktrisa Sıla Türkoğlu ilə həmkarı Doğukan Güngör münasibə

arrow Ətraflı
Küveyt ilk peykini kosmosa çıxaracaq like
  • 02 Yan 18:36  
Dünya Küveyt ilk peykini kosmosa çıxaracaq

Küveyt ilk peykini yanvarın 3-də ABŞ-nin Florida ştatındakı platformadan

arrow Ətraflı
"Sonuncu mərtəbədə yerləşən bütün mənzillər dağılıb" like
  • 02 Yan 18:32  
Digərləri "Sonuncu mərtəbədə yerləşən bütün mənzillər dağılıb"

Partlayış haqqında məlumat bu gün Fövqəladə Hallar Nazirliyinin 112 zən

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 02 Yan 18:27  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.

arrow Ətraflı
Zukerberq hamilə həyat yoldaşı ilə FOTOsunu paylaşdı like
  • 02 Yan 18:18  
Digərləri Zukerberq hamilə həyat yoldaşı ilə FOTOsunu paylaşdı

"Facebook"un yaradıcısı Mark Zukerberq hamilə xanımı Prissilla i

arrow Ətraflı
Şəmkir sakinləri qəzaya düşmüş avtomobildən belə xilas oldular  VİDEO like
  • 02 Yan 18:02  
Digərləri Şəmkir sakinləri qəzaya düşmüş avtomobildən belə xilas oldular VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə

arrow Ətraflı
"Partlayış olan binanda qaz təminatı tam dayandırılıb" like
  • 02 Yan 18:00  
Digərləri "Partlayış olan binanda qaz təminatı tam dayandırılıb"

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərt

arrow Ətraflı
Aygün Kazımova bəbirlə çəkilişindən VİDEO paylaşdı like
  • 02 Yan 17:54  
Şou-biznes Aygün Kazımova bəbirlə çəkilişindən VİDEO paylaşdı

Xalq artisti Aygün Kazımova sosial media paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı