Xankəndində "rus nağılı": 100 yaşlı "gəmiqayıran" nənələr


Siyasət 02 Yan 2023 14:10:00 266 0

Xankəndində "rus nağılı": 100 yaşlı "gəmiqayıran" nənələr

Özünü "Dağlıq Qarabağdakı rus icmasının hüquq mərkəzi" adlanıran "Qrajdanin"  Rusiya Federasiyası Prezidentinin Administrasiyasına müraciət edib.

Müraciətdə deyilir: "Əvvəlcədən xəbər verildiyi kimi, Rusiya vətəndaşları ekstremal vəziyyətlə əlaqədar Dağlıq Qarabağı tərk edə bilmirlər. Artıq üç həftədir ki, azərbaycanlı psevdoekoloqlar Dağlıq Qarabağı xarici aləmlə birləşdirən yeganə yolu - Laçın dəhlizini bağlayırlar. Dağlıq Qarabağın 120 min sakini blokadadadır. Onların arasında 30 min uşaq, həmçinin 5 mindən çox Rusiya Federasiyası vətəndaşı var.

Laçın dəhlizinin bağlanması üçtərəfli bəyanatın 6-cı bəndinin kobud şəkildə pozulmasıdır.

2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmir. Hazırda çarəsiz qalan Rusiya Federasiyasının vətəndaşları arasında xərçəng xəstələrinin və əlillərin olmasını nəzərə alsaq, vəziyyət çox ağırdır.

Bəziləri üçün mübaliğəsiz, kritik vəziyyət yaranıb. Rusiyadakı digər vətəndaşların da qayğıya ehtiyacı olan valideynləri və uşaqları var.

Rusiya Federasiyası vətəndaşları müraciət edi Beynəlxalq Qırmızı Xaç Təşkilatına, habelə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciətlər edib.

Lakin təəssüf ki, bu müraciətlər hələ də müsbət nəticə verməyib".

Daha sonra vurğulanır ki, "Qrajdanin" Hüquq Mərkəzi "Azərbaycan tərəfinin 09.11.2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatını kobud şəkildə pozması, bunun nəticəsində Dağlıq Qarabağda yaşayan Rusiya vətəndaşlarının kritik vəziyyətdə olması ilə Rusiya Federasiyasının Prezidenti Administrasiyasına daha bir müvafiq müraciət hazırlayır".

Və bu müraciət, sən demə,  24 may 1999-cu il tarixli, 99-FZ nömrəli "Rusiya Federasiyasının xaricdəki həmvətənlərə münasibətdə dövlət siyasəti haqqında" qanununa əsaslanırmış.

... Həmişə olduğu kimi, bu dəfə də Xankəndindəki terrorçu xuntanın faktiki rəhbəri Ruben Vardanyan propaqanda ilə məşğuldur. Amma bu dəfə "Rus icması" ilə bağlı gediş absurd tərzdədir.

Belə ki, özlərini olmayan "Dağlıq Qarabağ"ın "rus icması" adlandıran şəxslərin sənədləri sadəcə, gülüş doğurur.

"İcma" mənsublarının tam əksəriyyəti hələ də sabiq SSRİ pasportunu daşıyır. Özü də onlardan biri Gəmiqayıranların Həmkarlar Təşkilatının üzvüdür, 100-dən artıq yaşı var.

Digərinə isə sovet pasportu 1998-ci ildə, SSRİ dağılandan 8 il sonra verilib.

Təbii ki, sənədlər saxta, iddialar marazmatik, ifadələr isə yalandır.

Sadəcə, Ruben Vardanyanın ağı qara, qaranı da ağ kimi təqdim etmək cəhdləri zavallılılıq təsiri bağışlayır.

Çünki 100 yaşı olan "rus icması mənsubu" indiyədək heç olmasa bir dəfə "qəddar azərbaycanlılar" barədə açıqlama verərdi.

Qarabağda dəniz və liman olmasa da, "gəmiqayıran" da danışmayıb indiyədək.

"Blokada", "humanitar faciə"  kimi ifadələrlə əvvəlcə Avropa Birliyi ölkələrini, sonra BMT Təhlkəsizlik Şurasını aldatmağa çalışan ermənilər indi də Rusiyanı suçlayaraq Rusiyadan kömək istəyirlər.

Halbuki Rusiya ermənilərin bu sarsaq iddialarından çoxdan bezib.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə R.Vardanyanın bisavad PR "mütəxəssisləri" hələ də dərk etmirlər ki, özlərini "Rusiya icmasının mənsubları" kimi təqdim edərək "sovet pasport"larını nümayiş etdirən şəxslər heç bir halda pasportsuz ola bilməzlər. Onlarda Azərbaycan pasportunun olmadığını nəzərə alsaq, daşıdıqları pasport Ermənistanda verilib.

Bu da deyilsə, fərziyyədə Rusiya pasportu olarsa, yenə də situasiya ermənilərin əleyhinədir.

Çünki Ermənistan və ya Rusiya pasportlu şəxslər heç bir halda Azərbaycan ərazisində qanunsuz yaşayaraq nə isə tələb edə bilməzlər.

2015-ci ildə keçirilmiş son siyahıyalınmada Qarabağda cəmi 238 rusun yaşadığı təsbitlənmişdi.

"5 min Rusiya vətəndaşı"ndan bəhs edilirsə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında hazırda yaşayan həmin adamlar mütləq şəkildə etnik ermənilər, Ermənistan vətəndaşı olanlardır.

Onlar da ölkəmizin ərazindən rədd edilməlidir.

Elçin Alıoğlu Son.az

Moskvada yaşayan azərbaycanlı iş adamı vəfat etdi like
  • 02 Yan 13:56  
Dünya Moskvada yaşayan azərbaycanlı iş adamı vəfat etdi

Moskvada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib.

arrow Ətraflı
İran Azərbaycanla müharibəyə hazırlaşır? like
  • 02 Yan 13:48  
Siyasət İran Azərbaycanla müharibəyə hazırlaşır?

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) növbəti dəfə video yay

arrow Ətraflı
İsraillə İran birbirini vurmaqla hədələyirlər: Tehran Bakı ilə münasibətlərini yumşaltmalıdır like
  • 02 Yan 13:45  
Siyasət İsraillə İran birbirini vurmaqla hədələyirlər: Tehran Bakı ilə münasibətlərini yumşaltmalıdır

2023-cü ildə qlobal məhvərin oxu ətrafından çıxarılmasını tətikləy�

arrow Ətraflı
Polad Həşimovun xatirəsi yad edildi  VİDEO  FOTO like
  • 02 Yan 13:44  
Digərləri Polad Həşimovun xatirəsi yad edildi VİDEO FOTO

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovu

arrow Ətraflı
2023cü il Qarabağda müharibə, Zəngəzur dəhlizinin açılması, like
  • 02 Yan 13:20  
Siyasət 2023cü il Qarabağda müharibə, Zəngəzur dəhlizinin açılması,

Ermənistanın ipə-sapa yatmayan davranışı onun üçün 2023-cü ildə xoş

arrow Ətraflı
Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edildi like
  • 02 Yan 13:10  
Siyasət Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Ə.Ə.Məsimlinin "Şöhrət" ordeni ilə tə

arrow Ətraflı
İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”… like
  • 02 Yan 13:08  
Digərləri İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”…

ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 02 Yan 12:56  
Digərləri Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ukraynada azərbaycanlı qızlar itkin düşüb like
  • 02 Yan 12:33  
Dünya Ukraynada azərbaycanlı qızlar itkin düşüb

Ukraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşay

arrow Ətraflı
Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu like
  • 02 Yan 12:32  
Kriminal Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində "R

arrow Ətraflı
Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOları like
  • 02 Yan 12:20  
Digərləri Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOları

Xəbər verdiyimiz kimi, dünən Bakıda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Bu ölkə Rusiyanı müstəmləkəyə çevirir  Sensasiyalı iddia like
  • 02 Yan 12:08  
Dünya Bu ölkə Rusiyanı müstəmləkəyə çevirir Sensasiyalı iddia

Rusiya qonşu ölkələrdən birinin "müstəmləkə"sinə çevrilə b

arrow Ətraflı
Meksikada həbsxanaya hücum: 24 məhbus qaçırıldı like
  • 02 Yan 11:56  
Dünya Meksikada həbsxanaya hücum: 24 məhbus qaçırıldı

Meksikada həbsxanaya hücum 14 nəfərin ölümünə səbəb olub, insident nə

arrow Ətraflı
Piyada keçidində evlilik təklifi  FOTO like
  • 02 Yan 11:44  
Şou-biznes Piyada keçidində evlilik təklifi FOTO

"Kardeşlerim" serialında rol alan aktyor Cihan Şimşək şəxsi hə

arrow Ətraflı