2023cü il Qarabağda müharibə, Zəngəzur dəhlizinin açılması,


Siyasət 02 Yan 2023 13:20:00 341 0

2023cü il Qarabağda müharibə, Zəngəzur dəhlizinin açılması,

Ermənistanın ipə-sapa yatmayan davranışı onun üçün 2023-cü ildə xoş hadisələrin olacağı ehtimallarını sıfra endirir. Artıq yeni ilin ilk günlərini yaşayırıq. Rəsmi İrəvan artıq indidən onu yaxın gələcəkdə nələrin gözlədiyi ilə bağlı ilkin siqnalları - öz əməllərinin qarşılığın almamağa başlayıb.

Parisə ümid edib, son Brüssel görüşündən, Moskvada XİN rəhbərlərinin üçtərəfli danışıqlardan qaçan Ermənistan bu destruktiv addımlar zamanı daha düşünmədi ki, heç də hər şey həmişə onun istədiyi kimi yekunlaşmır. Xüsusilə də 44 günlük müharibədən sonra regionda geosiyasi reallığı tamamilə xeyrinə dəyişən Azərbaycanla yenidən qarşı-qarşıya gəlməyin onun üçün hansı ağır nəticələr verəcəyini gözə almayan Nikol Paşinyan, havadarlarının fitvası ilə davamlı sülhə mane olmaq, danışıqlar prosesindən qaçmaq üçün manipulyasiyalarına ara vermədi.

Təxminən bir ay əvvəl (dekabrın 7-də ) Brüsseldə planlaşdırılan Əliyev-Paşinyan görüşünün baş tutmaması üçün Makron Ermənistan baş naziri vasitəsilə əlindən gələni etdi. Halbuki Brüssel formatı iki ölkə arasında sülhə nail olmaq istiqamətində ən uğurlu seçim idi. Lakin Nikol Paşinyan bu sistemi çökdürmək üçün Fransanın təlimatları əsasında sülhdən qaçma prinsipini əsas tutaraq həm Avropa İttifaqının prezidenti Şarl Mişelin əməyini yerə vurmuş oldu, həm də Bakının o zamana kimi son iki ildə Avropanın siyasət paytaxtında boş vaxt itkisinə vasitəçilik etdi. 

İlham Əliyev ADA-da keçirilən beynəlxalq konfransda bildirdi ki, rəsmi İrəvan Brüssel görüşündə Əliyevlə Makronsuz görüşmək niyyətində deyil. Buna adekvat cavab olaraq Azərbaycan prezidenti bəyan etdi ki, o zaman bu görüşün baş tutması imkansızdır. Azərbaycanın mövqeyinin belə olacağı hələ Praqa görüşündən sonra Emanuel Makronun ermənipərəst bəyanatları, Fransa Senatının anti-Azərbaycan qətnaməsindən bəlli idi. Beləcə, dünya ictimaiyyətinin nəzərində "Bakı danışıqlardan yayındı" təəssüratı yaratmaq istəyən Ermənistan və onun havadarlarının bu cəhdi özünü ifşadan başqa bir şey deyildi. 

Az qala sanitar qovşağına da getmək üçün "böyük bacısı"nın (Makron) icazəsini gözləyən Nikol Paşinyanın səriştəsiz, yarıtmaz siyasi fəaliyyəti bu gün Ermənistan üçün çəmbəri daha da daraltmaqdadır. 

Belə ki, Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürdüyü sənədi geri çəkməyə məcbur oldu. Şübhəsiz ki, bu dönəm Bakı üçün olduqca həssas və ağır dövr oldu. Lakin 44 günlük müharibə dövründə olduğu kimi növbəti dəfə fransız diplomatlarının Azərbayacana qarşı qərəzli sənədinin qarşısı alındı. 

Əslində Azərbaycanın bunu bacaracağının işartıları son həftə daha aydın sezilməyə başlayırdı. Bunun siqnalları hələ yeni ilə saatlar qalmış Ermənistan KİV-lərində yayılan məlumatlardan bəlli idi. 

Ermənistan mətbuatı hələ günlər öncə yazmağa başladı ki, Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz. İstər sosial şəbəkələrin erməni seqmentində, istərsə də düşmən mediasında bu sözlərin Fransa lideri meanuel Makrona məxsus olduğu barədə fikirlər tirajlanmağa başladı. İddialar dolaşdı ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmamağı tövsiyə edərkən deyib.

Bu hadisələrin bir-birini bu cür xronoloji ardıcıllıqla təqib etməsi deməyə əsas verir ki, Fransa höküməti artıq öncədən BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürdüyü sənədin qəbul edilməyəcəyini anladığından, vaxt itirmədən Ermənistana özünü sığortalamaq üçün əlavə variantları nəzərdən keçirmək fürsəti qazandırmaq istəyib. 

Ancaq Laçın yolu ətrafında baş verən proseslərlə bağlı Qərbin, ABŞ-ın, İranın eyni anda dəstəyini alan Ermənistan baş nazirinin ekstaza düşərək, onun regiondakı çoxəsrlik ağası, havadarı Rusiyaya dil uzatması, ona meydan oxumaq cəhdləri İrəvan-Moskva münasibətlərində özünü çox ciddi şəkildə əks etdirəcək. 

Ancaq bu cütklükdən fərqli olaraq Bakı və Moskva xəttində ortaq mövqelərin tapılması istisna deyil. Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşdən imtina edən İrəvan liderlərin də təmasından yayınmaqla, adi protokol qaydalarına əməl etməməklə Rusiyaya hörmətsizliyini açıq nümatiş etdirməkdən çəkinmədi. Aydındır ki, bu, səbəbsiz-məqsədsiz deyildi. Amma İrəvan "Laçın yolu"nun açılmasını bu qədər istəyirdisə, XİN rəhbərlərinin də, liderlərin də görüşündə maraqlı olmalı idi. Amma əksinə olaraq İrəvan bu görüşlərdən imtina etməklə, "Rusiya Qarabağdakı erməniləri qoruya bilmir" fikrini gücləndirərək məsələdən Moskvaya qarşı istifadə etmək variantını seçdi ki, Kremlin İrəvanın bu səhvini heçnə olmamış kimi bağışlayacağı inandırıcı deyil. 

Qarşıdakı növbəti bir ilin gərgin keçəcəyini indidən söyləmək olar. Hadisələrin gedişatı xəbər verir:

1. Azərbaycanla Ermənistan arasında gərginlik 2023-cü il də azalmayacaq 

Ermənistan Azərbaycanın onları sülhə məcbur etmə siyasətindən yayınmaq üçün maksimum dərəcədə bölgədə vəziyyəti gərgin həddə çatdırararq, "Azərbaycanla münasibətlər bu cür kritik olduğu halda, sülh müqaviləsi imzalamamız imkansızdır" mənzərəsi yaradaraq yenidən beynəlxalq ictimaiyyəti Bakının üstünə qaldırmaq üçün Qərbdəki havadarları vasitəsi ilə yollar aramaqda davam edəcək.

2. Sülh sazişinin imzalanması ehtimalı əvvəlkindən daha çoxdur 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xaqla müraciəti zamanı "İki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı" deməklə İrəvanı artıq həmin müstəvidə sülh sənədinə imza atmaq üçün fakt qarşısında buraxır. Eyni zamanda dövlət başçısının bu çıxışı Ermənistanın sülhdən yayınma cəhdlərini bloklamaq, manevr imkanlarını məhdudlaşdırmaq üçün hesablanan bir bəyanatdır.

3. Erməni separatçılarının, qeyri-qanuni erməni silahlılarının iştirakı ilə Azərbaycana qarşı hərbi təxribatlar daha da intensivləşəcək

Qarabağda mümkün müharibənin başlanması Ermənistana imkan verir ki, Azərbaycan "Qarabağda erməni xalqına qarşı soyqırımı" törədir iddiasını irəli sürsün, Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini desin, eyni zamanda BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın. Bu baxımdan, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin ciddi təxribatlar törədə biləcəyi istisna deyil.

4. Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları qaçılmazdır. Diplomatik danışıqlardan yayınan İrəvana güc yolu ilə təzyiqlər artacaq

İlham Əliyevin "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də" bəyanatı isə rəsmi İrəvana, onun hərbi-siyasi rəhbərliyinə "ağlınızı başınıza yığın, üçtərəfli bəyanatla üzərinizə götürdüyünüz öhdəliyə sahib çıxın. Əks təqdirdə Ermənistan üçün heç də xoş olacaq ssenarinin şahidi olmayacaqsınız" mesenci verdi. Dövlət başçısı bununla, 

5. Rusiya sülhməramlı kontingentinin əvəzinə bölgəyə "beynəlxalq sülhməramlılar"ın cəlb edilməsi mümkünsüz görünür

İrəvan Laçın yolunda keçirilən aksiyaya qarşı "humanitar fəlakət" iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdi boşa çıxdı. Xüsusilə Ermənistan və Fransanın "faktaraşdırıcı missiya"nın bölgəyə cəlb edilməsi məsələsini aktual saxlamaq cəhdləri bir nəticə vermədi. Bu da Nikol Paşinyanın az qala hər çıxışında rüsvay etməyə çalışdığı, fəaliyyətsizlikdə suçladığı Rusiya sülhməramlı kontingnetinin əvəzinə bölgəyə "beynəlxalq sülhməramlılar"ın cəlb edilməsi prosesini deaktivləşdirdi. 

Lakin Nikol Paşinyanın "Azərbaycan əməliyyata hazırlaşır" iddiası ilə Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda "humanitar" fəlakətə yönəltməyə hesablanmış təxribatları fiaskoya uğradığı kimi bundan sonra da İrəvanın növbəti cəhdlərinin də nəticəsiz qalacağı və sonunu daha da yaxınlaşdıracağı istisna edilmir.

Ermənilərin ən böyük bağışlanmaz səhvləri ondan ibarətdir ki, onlar xilaskarı kənarda axtarırlar. Xilaskarlar isə elə burdadır - Azərbaycan və Türkiyədir. Ermənistan ağıla, müdrüklüyə sığınıb bu iki ölkə ilə əlaqələrini bərpa etsə, İrəvan udacaq. Bunu etməsə, daim termonent qarşıdurma, eskalasiya riski qalacaq ki, nəticədə Ermənistan itirə-itirə gedib, o dərəcəyə çatacaq ki, hətta suverenliyini belə təhlükə altında qoya bilər. 

Təhməz Əsədov Son.az

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edildi like
  • 02 Yan 13:10  
Siyasət Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Ə.Ə.Məsimlinin "Şöhrət" ordeni ilə tə

arrow Ətraflı
İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”… like
  • 02 Yan 13:08  
Digərləri İran Süleymaninin qətlini araşdırır, ABŞ “imkan vermir”…

ABŞ və Qərb Qasım Süleymaninin öldürülməsi ilə bağlı təhqiqata mane

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 02 Yan 12:56  
Digərləri Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Ukraynada azərbaycanlı qızlar itkin düşüb like
  • 02 Yan 12:33  
Dünya Ukraynada azərbaycanlı qızlar itkin düşüb

Ukraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşay

arrow Ətraflı
Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu like
  • 02 Yan 12:32  
Kriminal Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı, həbs olundu

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində "R

arrow Ətraflı
Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOları like
  • 02 Yan 12:20  
Digərləri Dəhşətli qəzada vəfat edən “Toyota Prius”un sürücüsünün FOTOları

Xəbər verdiyimiz kimi, dünən Bakıda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Bu ölkə Rusiyanı müstəmləkəyə çevirir  Sensasiyalı iddia like
  • 02 Yan 12:08  
Dünya Bu ölkə Rusiyanı müstəmləkəyə çevirir Sensasiyalı iddia

Rusiya qonşu ölkələrdən birinin "müstəmləkə"sinə çevrilə b

arrow Ətraflı
Meksikada həbsxanaya hücum: 24 məhbus qaçırıldı like
  • 02 Yan 11:56  
Dünya Meksikada həbsxanaya hücum: 24 məhbus qaçırıldı

Meksikada həbsxanaya hücum 14 nəfərin ölümünə səbəb olub, insident nə

arrow Ətraflı
Piyada keçidində evlilik təklifi  FOTO like
  • 02 Yan 11:44  
Şou-biznes Piyada keçidində evlilik təklifi FOTO

"Kardeşlerim" serialında rol alan aktyor Cihan Şimşək şəxsi hə

arrow Ətraflı
Ölü hesab edilən oğlan 12 il sonra anasına zəng vurdu  Ailə şok yaşadı  FOTO like
  • 02 Yan 11:32  
Dünya Ölü hesab edilən oğlan 12 il sonra anasına zəng vurdu Ailə şok yaşadı FOTO

2012-ci ildə dünya səyahətinə çıxan və bir daha geri dönməyən şəxs

arrow Ətraflı
Ukraynanın böyük şansı var  Rusiyalı ekspert like
  • 02 Yan 11:20  
Dünya Ukraynanın böyük şansı var Rusiyalı ekspert

Torpaq donandan sonra Ukrayna Müdafiə Qüvvələri irimiqyaslı hücuma keçə

arrow Ətraflı
Azərbaycanlı məşhurun Bakıdakı LÜKS VİLLASI like
  • 02 Yan 11:08  
Şou-biznes Azərbaycanlı məşhurun Bakıdakı LÜKS VİLLASI

Müğənni Rəqsanə İsmayılova Bakıdakı lüks villası ilə diqqət mərkə

arrow Ətraflı
Sülhməramlılara aid daha 2 avtomobil Laçın yolundan keçdi  FOTO like
  • 02 Yan 11:00  
Digərləri Sülhməramlılara aid daha 2 avtomobil Laçın yolundan keçdi FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa

arrow Ətraflı
Son iki gündə 10 nəfər qəzada öldü like
  • 02 Yan 10:56  
Digərləri Son iki gündə 10 nəfər qəzada öldü

Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günl

arrow Ətraflı