Şəkərli diabet xəstəliyinin 5 tipi–


Digərləri 01 Yan 2023 22:25:00 246 0

Şəkərli diabet xəstəliyinin 5 tipi–

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 1980-ci ildən bu yana şəkərli diabet xəstəliyinə tutulanların sayı 433 milyona çatıb. Əgər 30 il əvvəl diabet haqqında yalnız xəstələr və həkimlər danışırdısa, bu gün diabetin nə olduğunu bilməyən yoxdur. Artıq uşaq diabeti inkişaf edir və hətta yenidoğulmuşlara diabet diaqnozu qoyula bilir. Hesablamalara görə, 10 il ərzində bu rəqəm iki dəfə artacaq.

Medicina.az xəbər verir ki, diabet xəstəliyinin müalicəsi yönündə dərmanlar olsa da, bu xəstəliyi tam müalicə etmək və ondan qurtulmaq mümkün deyil.

Diabet mədəaltı vəzin fəaliyyətinin pozulmasıdır. Hormonal pozğunluq nəticəsində mədəaltı vəzi kifayət qədər insulin hormonu istehsal etmir. Bəzi xəstələrdə isə insulinrezistentlik yaranır - hüceyrələr hormonu mənimsəmə qabiliyyətini itirir və o, öz funksiyasını yerinə yetirə bilmir. İnsulinin orqanizmdə işi çoxdur, amma ən vacibi qlükozanı qan vasitəsilə hüceyrələrə çatdırmaqdır. Məhz buna görə bütün diabetiklərdə qanda şəkərin miqdarı artmış göstərilir.

Qanda qlükozanın çoxluğu ürək-damar sisteminə zərbə vurur, xəstələrin infarkt və insult riskini artırır. Daha sonra kapilyar damarların zədələnməsi ilə görmə zəifləyir, korolma təhlükəsi yaranır, böyrəklərdə problem, daha sonra böyrək çatışmazlığı yaranır, xəstədə periferik sinir və damar sisteminin sıradan çıxması nəticəsində isə ən qorxulusu - xora, yara, yaralmayan yaralar və qanqrena baş verir.

Diabet xəstəliyi xroniki olduğundan, xəstənin birinci vəzifəsi onu nəzarətə götürüb, həyatını bu xəstəliyin tələblərinə uyğun qurmaq və ən əsası qanda şəkərin miqdarını normada saxlamaqdır.

Amma hər şeydən öncə düzgün diaqnozu bilmək lazımdır. Çünki diabetin bir neçə tipi var. Diaqnoza görə də fərqli müalicə təyin olunur.

I tip Şəkərli diabet - bu tipi insulinasılılıq və ya uşaq diabeti adlandırırlar. Ona görə ki, bu növ daha çox uşaqlıq və yeniyetməlik dövründə başlayır, irsi xarakter daşıyır.

Mədəaltı vəzi insulin sintezini dayandırır, ona görə qanda qlükoza çoxalır, hüceyrələr çatdırılmır. Diaqnostikada təkcə qanda şəkərin deyil, insulinin də səviyyəsi ölçülür. I tip diabet xəstəsində insulin hormonu ya tamamilə olmayacaq, 0 göstərəcək, ya da az səviyyədə olacaq. Bu tipdə müalicə yalnız bir metoddur: insulin inyeksiyasının təyini.

Bu tip diabetin xəstədə biruzə verən əlamətləri bunlardır:

Susuzluq, istilik hissi, tez-tez sidik, gec sağalan yaralar, dəridə qaşınma, göbələk, ovuc və dabanlarda hissiyyatın itməsi.  Qlükoza toxuma və hüceyrələrə yetmədiyindən, toxumalar enerji azlığı hiss edir, diqqət yayınır, insan yorulur. Yemək və hətta yaxşı qida qəbulu da effekt vermir, ona görə belə uşaqlar sürətlə arıqlayır, zəif görünür, iştahı olmur.

II tip şəkərli diabet: ən çox yayılmış və hər yaşda insanı yaxalaya bilən növdür. Burda insulindən asılılıq olmur. Xəstəlik diabetönü, başlanğıc və gizli şəkər dövrü ilə başlayır. Hüceyrələrdə insulin azalır, qanda qlükoza yavaş-yavaş artır. Lakin müayinə zamanı mədəaltı vəzin hələ ki, normal çalışdığı və insulin hormonunu lazımi qədər istehsal etdiyi görünə bilir. Xəstəlik irəlilədikcə hətta insulin sintezi artır, çünki orqanizm hüceyrələrdə qlükoza yetməzliyinə belə reaksiya verir. Elə bilir ki, qlükoza azdır, insulin azdır, ona görə insulini artırır. İnsulinorezistentlik 10-15 il çəkə bilər. daha çox 40-50 yaşdan sonra diaqnoz qoyulur. Amma həkimlər və pasiyentlərin də etirafına görə, əslində diabetə gedən yol 30 yaşdan başlayıb.

II tip diabetin də başlıca səbəbi kimi irsi amil, genetika göstərilir. Amma bu tipin yaranmasında xəstənin qidası, həyatı, xarakteri də mühüm rol oynayır. Kök insanlarda, şirniyyat və un məmulatları çox yeyənlərdə, az hərəkət edənlərdə, stress və qorxudan II tip diabet yarana bilər.

II tip diabetli xəstələrdə qanda təkcə şəkərin yox, insulinin də dozası çox olur. Çox zaman bu növ diabet piylənmə və kökəlməyə səbəb olur. Ona görə belə xəstələrin qarışısında duran vacib məsələ idman, hərəkət və qidadır.

Beş məsələni 700 alimdən soruşdum, eyni cavabı aldım like
  • 01 Yan 22:20  
Digərləri Beş məsələni 700 alimdən soruşdum, eyni cavabı aldım

İkinci hicri əsrinin tanınmış sufi alimlərindən olan Şəqiq bin İbrahim

arrow Ətraflı
Kivinin 10 faydası like
  • 01 Yan 22:15  
Digərləri Kivinin 10 faydası

Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni

arrow Ətraflı
Çətinlik yükümüzü necə asan edək? like
  • 01 Yan 22:10  
Digərləri Çətinlik yükümüzü necə asan edək?

Biz elə bir dünyada yaşayırıq ki, çox sayda çətinliklərimiz vardır. H�

arrow Ətraflı
Limonun üstünə duz, istiot səpib yeyin – 9 xəstəliyə like
  • 01 Yan 22:05  
Digərləri Limonun üstünə duz, istiot səpib yeyin – 9 xəstəliyə

Limon diliminin üzərinə qara istiot, dəniz duzu səpib, sonra istifadə ets�

arrow Ətraflı
Artriti yaradan səbəblər və onunla mübarizə like
  • 01 Yan 22:01  
Digərləri Artriti yaradan səbəblər və onunla mübarizə

Revmatoloji xəstəliklərin ilkin əlamətlərindən biri oynağın iltihabi x�

arrow Ətraflı
Avstraliyalı alim: Axır ki Quranda səhv tapdım like
  • 01 Yan 21:55  
Digərləri Avstraliyalı alim: Axır ki Quranda səhv tapdım

Avstraliyalı elm adamı Makkeni Human 20 il Quranla vuruşdu...

arrow Ətraflı
Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu? like
  • 01 Yan 21:50  
Digərləri Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu?

Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu "danəndə"

arrow Ətraflı
Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın like
  • 01 Yan 21:48  
Digərləri Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın

Bu gün H. Əliyev prospektindəki dəhşətli qəzanın baş vermə anının g�

arrow Ətraflı
Hər gün toxunduğumuz ən çirkli like
  • 01 Yan 21:45  
Digərləri Hər gün toxunduğumuz ən çirkli

Amerika alimləri xüsusi avadanlığın köməyi ilə bizi əhatə edən müxt�

arrow Ətraflı
Sufi təriqətləri like
  • 01 Yan 21:40  
Digərləri Sufi təriqətləri

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, ə

arrow Ətraflı
Bu qidalarla qalxanvari vəz probleminizi like
  • 01 Yan 21:35  
Digərləri Bu qidalarla qalxanvari vəz probleminizi

Əksər insan qalxanvari vəzin xəstəliyindən əziyyət çəkirlər. Bəzi d�

arrow Ətraflı
Bunu edən hamilələrin uşaqları balacaboy olur like
  • 01 Yan 21:30  
Digərləri Bunu edən hamilələrin uşaqları balacaboy olur

Amerika alimləri hamiləlikdə çox qəhvə içməyin doğulacaq uşağa təsir

arrow Ətraflı
Yumurtanı bu halda yemək zərərli like
  • 01 Yan 21:25  
Digərləri Yumurtanı bu halda yemək zərərli

Mütəxəssislər çiy yumurtanın zərərli olduğunu açıqlayıblar.

arrow Ətraflı
Xums like
  • 01 Yan 21:20  
Digərləri Xums

Müsəlmanların iqtisadi vəzifələrindən biri də xums verməkdir; yəni bə

arrow Ətraflı
Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur like
  • 01 Yan 21:15  
Digərləri Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur

Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu

arrow Ətraflı