Yəcuc və Məcuc qövmü Quran və hədislərdə


Digərləri 01 Yan 2023 14:10:00 247 0

Yəcuc və Məcuc qövmü Quran və hədislərdə

Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə bu məsələyə geniş yer verilmişdir.

Qiyamət və ondan əvvəl baş verəcək hadisələr haqda Qurani-Kərimdə çoxlu ayə nazil olumuşdur.

Qeyd olunan hadisələrdən biri də Yəcuc və Məcuc tayfasının meydana gəlməsidir.

Bu tayfa haqda həm Qurani-Kərimdə, həm də hədislərdə məlumat verilmişdir. "Kəhf" surəsinin 94-cü ayəsində buyurulur:

قَالُواْ يَاذَا الْقَرْنَينْ‏ِ إِنَّ يَأْجُوجَ وَ مَأْجُوجَ مُفْسِدُونَ فىِ الْأَرْضِ فَهَلْ نجَْعَلُ لَكَ خَرْجًا عَلىَ أَن تجَْعَلَ بَيْنَنَا وَ بَيْنَهُمْ سَدًّا

Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?" "Ənbiya" surəsinin 96-cı ayəsində də belə buyurulur:

حَتىَّ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَ مَأْجُوجُ وَ هُم مِّن كُلّ‏ِ حَدَبٍ يَنسِلُونَ

"Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman..." Bu ayələrdə iki qaranlıq məqam var: 1. Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır. 2. Yəcuc və Məcuc tayfası necə məxluqlardır və hansı xüsusiyyətlərə malikdir. İlk öncə bu iki əsas sualı qısa da olsa, cavablandıraq:

1. Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır?:

Təsfirçilər bu suala müxtəlif cavablar vermişlər. Bəzilərinin fikrincə Zülqərneynin çəkdiyi məşhur Çin səddidir.

Bu nəzər Quranda vəsf olunmuş sədlə uyğun gəlmir. Qurani-Kərimdə sözügedən sədd ilk növbədə mis və dəmirdəndir.

Həm də iki dağın arasındadır. Halbuki Çin səddi nə iki dağın arasında yerləşir, nə də mis və dəmirdən düzəldilmişdir.

Bəzi təfsirçilər isə Yəcuc və Məcuc tayfasının arxasında yaşadığı sədd Yəməndə yerləşən Marib səddidir.

Bu nəzər də Qurani-Kərimlə müxalifdir. Çünki sözügedən sədd mis və dəmirdən düzəldilməyib.

Uyğun sədd yalnız Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı "Daryal" boğazda olan səddir. Çünki bu sədd dəmirdəndir.("Nümunə təfsiri", c.12, səh.552; "Əl-mizan", c.13, səh.525.)

2. Yəcuc və Məcuc tayfası necə məxluqlardır?:

Bu haqda şiə və əhli-sünnə təfsirçilərinin arasında fikirayrılığı var. Şiə alimləri bu iki ayəyə əsasən, Yəcuc və Məcucun qarətgər və yer üzündə fəsadlar törədən bir tayfa olduğunu bildirirlər.

Onlar bu haqda buyurulmuş hədisləri mötəbər saymadıqları üçün, yalnız Qurani-Kərimdəki xüsusiyyətlərlə kifayətlənmişlər. ("Əl-mizan", c.13, səh.525.)

Əhli-sünnə təfsirçilər isə bu hədislərə istinad edərək Quranın buyurduğundan əlavə, Yəcuc və Məcucu ağlasığmaz tərzdə vəfs etmişlər.

Məsələn: Bu tayfaya məxsus olanlar öz nəslindən min nəfəri görməyincə ölməzlər və boyları hədsiz dərəcədə uzundur. ("Əl-kəşşaf", Zəməxşəri, c.2, səh.747.)

YƏCUC VƏ MƏCUC QÖVMÜ HƏDİSLƏRDƏ

Hədislərimizdə Yəcuc və Məcuc tayfası haqda geniş məlumatlar gəlmişdir. Onların zahiri görünüşləri, xüsusiyyətləri və qiyamət günü ərəfəsində görəcəyi işlər və sair məsələlər geniş və ətraflı şəkildə açıqlanmışdır:

1. Yəcuc və Məcuc qövmünün xüsusiyyətləri:

Hüzeyfə deyir: Peyğəmbərdən (s) Yəcuc və Məcuc haqda soruşdum. Həzrət buyurdu: "Yəcuc və Məcuc ayrı-ayrı ümmətlərdir.

Hər ümmət də 400 tayfadan təşkil olunmuşdur. Yəcuc və Məcuc tayfasından olanlar öz nəslindən min nəfəri görməyincə ölməzlər."

Hüzeyfə deyir: Peyğəmbərdən (s) onlar haqda daha ətraflı danışmasını xahiş etdim. Peyğəmbər buyurdu: "Onlar üç dəstəyə bölünür. Bir dəstəsi "ərz"ə bənzəyər.

Dedim: "Ya Rəsuləllah, ərz nədir?" Buyurdu: "Şam vilayətində olan uzun bir ağac adıdır. Bir dəsətəsinin uzunu ilə eni bərabərdir.

Üçüncü dəstənin isə uzun qulaqları var... Qarşılarına çıxan fili, dəvəni, donuzu və vəhşi heyvanları yeyərlər. ("Biharul-ənvar", c.6, səh.297.)

2. Yəcuc və Məcuc Nuh peyğəmbərin (ə) nəslindəndir:

Əbdüləzim Həsəni imam Həsən Əskəridən (ə) belə nəql edir: Bir gün Nuh (ə) gəmidə yatmışdı. Bir külək əsdi və onun eyib yerləri göründü.

Bu mənzərəni görən Həzrətin iki oğlu Ham və Yafəs atalarına güldülər. Nuhun (ə) üçüncü oğlu Sam isə onları bu işdən çəkindirdi. Onlar qardaşlarının sözünə baxmayıb, gülməyə davam etdilər.

Bu vaxt Nuh (ə) yuxudan oyandı. İki oğlunun güldüyünü görüb soruşdu: "Niyə gülürsünüz?"

Həzərətin oğlu Sam hadisəni danışdı. Nuh (ə) əlini qaldırıb belə dua etdi: "İlahi! Hamın nütfəsini dəyişdir. Onun nəslindən yalnız Sudan (qaradərili) yarat. İlahi! Yafəsin də nütfəsini dəyişdir."

Allah-Taala Nuhun (ə) duasını qəbul etdi. Hal-hazırda Sudan tayfası Hamın övladları, Türk, Səqabilə, Yəcuc və Məcuc və çinlilər Yafəsin övladları, ağdərili isə Samın nəslindəndir..." ("İləluş-şərayi", c.1, səh.31.)

3. Yəcuc və Məcucun aqibəti:

Peyğəmbər (s) buyurdu: "Mən meracda ikən Yəcuc və Məcucu Allahın dininə və ibadətinə çağırdım. Onlar qəbul etmədilər. Bu tayfa günahkarlar və İblislə birlikdə cəhənnəmdə yanacaqlar." ("Əd-durrul mənsur", c.4, səh.250.)

HƏDİSLƏR HAQDA ARAŞDIRMA

Mən yuxarıdakı hədislər haqda böyük islam alimlərindən olan mərhum Ayətullah Mərifətin nəzərini qeyd etmək istəyirəm. Ayətullah Mərifət bu hədisləri belə dəyərləndirir:

Bu hədislər saxta və israiliyyat hədisləridir. Bunlar bir sıra xurafatlardır ki, yəhudilər onları Kəbül-Əhbar kimilərinin vasitəsilə İslam ədəbiyyatına daxil etmişlər.

Bu hədislərin heç birinin mətni (sənədinin zəif olmasına baxmayaraq) nə Quran, nə sağlam ağılla uyğunlaşmır. Bu hədislərin əksəriyyəti əhli-sünnə təfsirlərində nəql olunmuşdur ki, təfsirçilərin özləri də onları saxta sayırlar. Məsələn, Cəlaləddin Siyuti, İbn Cövzi, İbn Kəsir və s. bu hədisləri rədd etmişlər. ("Ət-təfsir vəl-müfəssirun", c.2, səh.246.)

NƏTİCƏ:

Yəcuc və Məcuc haqda buyurulumuş ayə və hədisləri araşdıqdan sonra belə nəticəyə gəldik ki, Qurani-Kərimdə buyurulduğu kimi, onlar Allahın yaratdığı varlıqlardır. Zülqərneynin dövründə Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı "Daryal" boğazında yaşayırmışlar.

Yer üzündə fəsad törədir və həmin ərazidə yaşayan insanları incidirdilər. Zülqərneyn Yəcuc və Məcucla incitdikləri insanlar arasında böyük sədd çəkib insanları onların şərindən qurtardı. Bu sədd qiyamət gününə yaxın açılacaq və onlar yenidən yer üzünə gəlib insanları incidəcəklər.

Yəcuc və Məcuc haqda buyurulmuş hədislər isə aşağıdakı səbəblərə görə zəif və etibarsızdır:

1. Hədislərin sənədləri zəifdir. Çünki onlar Kəbül-Əhbar, Vəhəb ibn Münəbbəh, Əbu Hureyrə və digər siqə və etimad olunmayan ravilər vasitəsilə nəql olunmuşdur.

2. Hədislərin mətni Quran ayələri ilə ziddiyyət təşkil edir.

Şiə mənbələrində, məsələn, "İləluş-şərayi", "Biharul-ənvar"da nəql olunan hədislərə gəldikdə, bunlar əhli-sünnə mənbələrindən şiə hədislərinin arasına daxil olan hədislərdir. Onlar da əhli-sünnə mənbələrindəki hədislərin hökmündədir və hədis elmində belə hədislər "Müntəqilə hədislər" adlanır.

Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin like
  • 01 Yan 14:05  
Digərləri Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil

arrow Ətraflı
Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa... like
  • 01 Yan 14:01  
Digərləri Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa...

Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�

arrow Ətraflı
Çavuşoğlu bir sıra görüşlər keçirib like
  • 01 Yan 13:51  
Dünya Çavuşoğlu bir sıra görüşlər keçirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və

arrow Ətraflı
Bakıda ağır qəza like
  • 01 Yan 13:47  
Digərləri Bakıda ağır qəza

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

arrow Ətraflı
Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..." like
  • 01 Yan 13:40  
Kriminal Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..."

Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (

arrow Ətraflı
Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb like
  • 01 Yan 13:31  
Dünya Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb

Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�

arrow Ətraflı
6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun like
  • 01 Yan 13:20  
Digərləri 6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun

Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s

arrow Ətraflı
Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, like
  • 01 Yan 13:11  
Dünya Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib,

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "

arrow Ətraflı
16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi like
  • 01 Yan 13:00  
Kriminal 16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi

Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında mara

arrow Ətraflı
İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb like
  • 01 Yan 12:51  
Dünya İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların ya

arrow Ətraflı
Uşaqlara necə telefonlar alınmalıdır? like
  • 01 Yan 12:40  
Digərləri Uşaqlara necə telefonlar alınmalıdır?

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq u�

arrow Ətraflı
Zelenski: 2023 Ukrayna üçün qələbə ili olacaq like
  • 01 Yan 12:31  
Dünya Zelenski: 2023 Ukrayna üçün qələbə ili olacaq

Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər

arrow Ətraflı
Cildinizi təmizləmək üçün bu maskanı sınayın like
  • 01 Yan 12:20  
Digərləri Cildinizi təmizləmək üçün bu maskanı sınayın

Cilddəki ləkələri azaltmağın və dərinin nəfəs alması üçün öncə �

arrow Ətraflı
Bakıda 6 dərəcə isti, rayonlarda isə... like
  • 01 Yan 12:17  
Digərləri Bakıda 6 dərəcə isti, rayonlarda isə...

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
Qida məhsullarına dair yeni tələblər qüvvəyə minib like
  • 01 Yan 12:11  
Digərləri Qida məhsullarına dair yeni tələblər qüvvəyə minib

Bu gündən "Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib.

arrow Ətraflı