Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..."


Kriminal 01 Yan 2023 13:40:00 473 0

Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..."

Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (adlar şərti verilib - red.) qətlə yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi bu il fevralın 23-də baş verib. Tərtər rayon sakini Cəlil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 2001-ci il təvəllüdlü Əzizi bıçaqlayıb.

Əziz aldığı bıçaq xəsarəti nəticəsində vəfat edib. Cəlil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Telefonla əlaqə saxladım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulmamışdan əvvəl orta məktəbin on birinci sinfində təhsil alıb:

"Həmin vaxt təxminən 2 ay idi ki, məktəbin 10-cu sinfində oxuyan Ləman adlı qızla tanış oldum. Qıza qarşı sevgi hisslərimin olduğundan arabir telefon vasitəsilə əlaqə saxladım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 23-də saat 07.30-da evdən çıxaraq təhsil aldığı orta məktəbə yollanıb: "Saat 13.00-a qədər məktəbdə oldum. Dərsdən çıxdıqdan sonra bibimgilə getdim, saat 17 radələrinədək orada qaldım. Daha sonra Ləmanın hazırlıqdan çıxma vaxtını bildiyimdən piyada 15-20 dəqiqəlik məsafə qət edərək hərbi zavod istiqamətinə gəldim.

Ləman hazırlıqdan çıxdıqdan sonra söhbət edərək onun yaşadığı evə doğru getməyə başladıq. Yolda Ləmanın kefsiz olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum, heç nəyin baş vermədiyini bildirdi. Mən isə Ləmanın nəyisə gizlətdiyini hiss etdim. Təkidlə nə baş verdiyini, əhvalının pis olma səbəbini soruşdum. Təkidlərdən sonra Ləman Əzizin ona söz atdığını, nalayiq ifadələr dediyini, bu səbəbdən əhvalının pisləşdiyini bildirdi.

Ləmanı sakitləşdirməyə, əhvalını yaxşılaşdırmağa çalışdım, söhbət edərək yolumuza davam elədik. Ləmanın yaşadığı evə yaxınlaşdıqda sağollaşdım və oradan uzaqlaşmaq istədim".

"Mənə mane ola bilməyəcəyini bildirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanı ötürdükdən sonra evə getmək istəyib: "Bu zaman əvvəllər qiyabi tanıdığım, üzünü görmədiyim, sonradan adının Əziz olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. Bildirdi ki, bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz.

Səbəbi, dedi ki, bura qız arxasınca gəlirsən, sən Ləmanı sevirsən? Ləmandan xoşumun gəldiyini, lakin bu küçəyə onun arxasınca gəlmədiyimi bildirdim.Ləmangilin evinin qarşısından söhbət edə-edə bir qədər uzaqlaşdıq. Yolda Əziz məndən hansı məktəbdə oxuduğumu, harada yaşadığımı və digər məsələləri soruşdu.

Suallara cavab verdiyim zaman həmin şəxsin adının Əziz olduğunu bildim. Bundan sonra Ləmanla münasibət yaratmağa çalışan və ona nalayiq sözlər deyənin o olduğunu təxmin etdim. Yolda söhbət zamanı Əziz yumruqla ağız nahiyəmdən vursa da, ona müqavimət göstərmədim. Amma oradan yenə keçəcəyimi, mənə mane ola bilməyəcəyini bildirdim".

"Ard-arda xəsarət yetirdim"

Cəlil qeyd edib ki, bir müddət irəlilədikdən sonra asfalt yoldan torpaq yola keçiblər və sonra dayanaraq mübahisə etməyə başlayıblar: "Mübahisə zamanı Əziz yenidən sifət nahiyəmdən yumruq zərbəsi endirdi, ünvanıma söyüşlər işlətməyə, ailə üzvlərimi və özümü təhqir etməyə başladı. Təxminən 20-25 dəqiqə onunla mübahisə etdik. Sonra Əziz yenə təhqirə davam etdiyindən cibimdən çıxardığım bıçaqla onun qarın nahiyəsinə iki dəfə ard-arda xəsarət yetirdim.

Aldığı xəsarətləri görərək gəldiyimiz istiqamətə qaçmağa başladı. Mən də ara yolla oradan uzaqlaşdım".

Cinayət işi üzrə hüquqi varis qismində tanınan Əzizin atası Vəlinin sözlərinə görə, fevralın 23-də təqribən saat 10 radələrində işləmək üçün evdən çıxıb:

"Həmin vaxt digər iş yoldaşlarım Qabil, Kəriş, Rövşən və Elşən də mənimlə idi. Günorta saat 13 radələrində nahara evə gələrkən oğlum Əzizin həyətdə oturaraq mənim mobil telefonumla məşğul olduğunu gördüm. İş yoldaşlarımla yemək yedik, yenidən iş yerinə qayıtdıq".

"Həyəcanlı səslə "ata, məni vurdular" dedi"

Hüquqi varis qeyd edib ki, fevralın 23-də işlərini yekunlaşdırıb, evə getmək qərarına gəliblər: "Təqribən saat 18 radələrində yaşadığım evə çatdım. İş yoldaşlarımı evə çay içməyə dəvət etdim və birlikdə həyətdə əyləşdik. Təqribən 10 dəqiqə sonra darvazanın çölündən oğlum Əzizin səsini eşitdim. Oğlum iki dəfə "ay mama" deyə qışqıraraq darvazanın qapısından içəri daxil oldu.

Əziz məni həyətdə gördü və həyəcanlı səslə "ata, məni vurdular" deyərək dizlərini yerə qoydu. Dərhal yaxınlaşıb paltarını yuxarı qaldırdım, döş qəfəsi nahiyəsindən 2 bıçaq zərbəsi aldığını gördüm. Hadisənin necə baş verdiyini və Əzizin kimin vurduğunu soruşdum.

Oğlum həmin adamın küçədə olduğunu dedikdə dərhal küçəyə çıxdıq. Evimizin qarşısı ilə qara şalvar, qara köynəkli, orta boylu tanımadığım bir nəfər oğlanın gəldiyini gördüm. O, küçənin ortası ilə sağa-sola baxa-baxa iti yerişlə bizə tərəf hərəkət etdi. Ondan kim olduğunu soruşduq, üzərinə getdik. O, bizi görən kimi küçə ilə kəsişmədə olan ara yolla qaçaraq uzaqlaşdı.

Dərhal oğlumun yanına qayıtdım. Onu qardaşım oğluna məxsus "QAZ-21" markalı maşına qoyduq və Tərtər rayon Mərkəzi Xəstəxanasına apardıq. Oğluma ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlumu Bərdə rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəldik.

Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb like
  • 01 Yan 13:31  
Dünya Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb

Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�

arrow Ətraflı
6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun like
  • 01 Yan 13:20  
Digərləri 6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun

Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s

arrow Ətraflı
Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, like
  • 01 Yan 13:11  
Dünya Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib,

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "

arrow Ətraflı
16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi like
  • 01 Yan 13:00  
Kriminal 16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi

Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında mara

arrow Ətraflı
İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb like
  • 01 Yan 12:51  
Dünya İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların ya

arrow Ətraflı
Uşaqlara necə telefonlar alınmalıdır? like
  • 01 Yan 12:40  
Digərləri Uşaqlara necə telefonlar alınmalıdır?

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq u�

arrow Ətraflı
Zelenski: 2023 Ukrayna üçün qələbə ili olacaq like
  • 01 Yan 12:31  
Dünya Zelenski: 2023 Ukrayna üçün qələbə ili olacaq

Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər

arrow Ətraflı
Cildinizi təmizləmək üçün bu maskanı sınayın like
  • 01 Yan 12:20  
Digərləri Cildinizi təmizləmək üçün bu maskanı sınayın

Cilddəki ləkələri azaltmağın və dərinin nəfəs alması üçün öncə �

arrow Ətraflı
Bakıda 6 dərəcə isti, rayonlarda isə... like
  • 01 Yan 12:17  
Digərləri Bakıda 6 dərəcə isti, rayonlarda isə...

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
Qida məhsullarına dair yeni tələblər qüvvəyə minib like
  • 01 Yan 12:11  
Digərləri Qida məhsullarına dair yeni tələblər qüvvəyə minib

Bu gündən "Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib.

arrow Ətraflı
İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..." like
  • 01 Yan 12:00  
Kriminal İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..."

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il

arrow Ətraflı
İsveç 6 ay müddətinə Aİ Şurasına sədr olub like
  • 01 Yan 11:51  
Dünya İsveç 6 ay müddətinə Aİ Şurasına sədr olub

İsveç bazar günü 6 ay müddətinə Çexiyadan ona keçən Avropa İttifaqı

arrow Ətraflı
Prezident İlham Əliyev Sudan rəhbərliyinə təbrik məktubu ünvanlayıb like
  • 01 Yan 11:43  
Siyasət Prezident İlham Əliyev Sudan rəhbərliyinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədr

arrow Ətraflı
Prezident İlham Əliyev Kuba dövlət başçısını təbrik edib like
  • 01 Yan 11:42  
Siyasət Prezident İlham Əliyev Kuba dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik mə

arrow Ətraflı
Son illərin dəbdən düşməyən GEYİMİ: “Blazer” pencəklər like
  • 01 Yan 11:40  
Digərləri Son illərin dəbdən düşməyən GEYİMİ: “Blazer” pencəklər

Qadınların qarderobu müxtəlif geyimlərlə zəngindir. Ancaq onların daha �

arrow Ətraflı