İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..."


Kriminal 01 Yan 2023 12:00:00 327 0

İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..."

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il təvəllüdlü Natiq Nəcəfovu öldürüb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il aprelin 2-də rayonun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Natiq Nəcəfovun xəsarət alması və həmin gün saat 15 radələrində xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Natiqi şəxsi münasibətlər zəminində mübahisə zamanı onunla eyni qəsəbədə yaşayan Adəm Quliyev öldürüb.

Adəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Natiqə sadəcə xəsarət yetirmək istəyib, onu öldürmək niyyəti olmayıb.

Adəmin sözlərinə görə, Natiqi təxminən 2-3 ildir tanıyıb: "Natiq mənim tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında qoyun-quzu otarırdı. Mən şüyüd, turp, keşniş əkib becərir, onu bazarda sataraq ailəmi dolandırırdım. Tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında Natiqin də yonca sahəsi vardı.

Təxminən hadisədən 10 gün əvvəl Natiq qoyun sürüsünü tərəvəz əkdiyim torpaq sahəsinə buraxmışdı. Nəticədə 100-200 manat arası ziyana düşdüm".

Adəm qeyd edib ki, səhərisi gün saat 12 radələrində Natiqi görüb: "Ona iradımı bildirdim. Kobud şəkildə dedi ki, qiyməti nədirsə, denən verim. Bildirdim ki, söhbət puldan getmir, gərək qoyun sürüsünü oraya buraxmazdın. Həmin hadisədən sonra Natiqlə münasibətlərimiz pisləşdi.

Hadisədən 1 gün əvvəl Natiq zəng etdi, "sabah bıçaqla gəl çölə söhbətimizi həll edək" dedi. Mən də tərəvəz əkdiyim torpaq sahəsinə getdim. Saat 18 radələri idi. Natiqi orada gördüm. Oraya istifadəmdə olan "QAZ 3129" markalı avtomobilimdə getmişdim. Çatıb avtomobildən endim.

Natiq mənimlə yüksək səslə danışdı. Mən də ona "bu söhbət ayıbdır, bitirək bu məsələni" dedim. Lakin Natiq mübahisəyə davam etdi. Mənim pis tərəvəz satdığımı, onsuz da söyüş yiyəsi olduğumu bildirdi. Bundan sonra avtomobilimə əyləşdim, yaşadığım evə getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 2-də səhər yuxudan oyanıb və tərəvəz əkdiyi sahəyə gedib: "Evdən bıçaq da götürdüm, gödəkcəmin sağ yan cibinə qoydum. Avtomobildən düşüb tərəvəz biçməyə hazırlaşdım. Bu zaman gördüm ki, Natiq piyada gəzə-gəzə mənim olduğum tərəfə gəlir. Yenə mübahisə yaranacağını bildim. Natiq yenə bildirdi ki, qoyunlarını mənim sahəmdə otaracaq, görüm kim mənə nə edə bilər, oğlan istəyirəm ki, məni vursun.

Natiqə bütün bu mübahisələrin lazım olmadığını dedim, məsələni bağlamağı məsləhət bildim. O isə "lazım gəlsə səni də vuraram" dedi. "Məni vuran oğlan anasından olmayıb" deyə cavab verdim.

Natiq torpağımda qoyun otaracağını və mənim ona heç nə edə bilməyəcəyimi dedi. Bu söhbətlərdən bezdim. Natiqin yaxasından tutaraq itələşməyə başladım. O da gödəkçəmin yaxasından tutdu. Bu zaman gödəkçəmin sağ yan cibində olan bıçağı çıxardım və Natiqin sağ ayağından 1 dəfə vurdum. Aşağı əyiləndə ikinci dəfə onun boğazından xəsarət yetirdim.

Natiqin boğazından xəsarət aldığını gördükdə qorxdum. Dərhal avtomobilimi işə saldım, Natiqi avtomobilinin arxasında əyləşdirdim. Sürətlə sürərək onu xəstəxanaya çatdırmaq istədim. Lakin yolda avtomobilinin sol arxa təkəri boşaldı. Bundan sonra maşını Maştağa qəsəbəsinə, yaşadığım küçəyə sürdüm. Natiq yolda özündə idi, mənə dedi ki, hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur. Mən də razılaşdım.

Natiq bildirirdi ki, maşını asta sür, mənə heç nə olmayacaq, bir balaca boğazım kəsilib. Mən isə Natiqə sağalacağını bildirdim. Lakin Natiqin üzü şişmişdi, nəfəsi kəsilmişdu, təngnəfəs olurdu".

Adəmin sözlərinə görə, maşını İlham adlı şəxsin meyvə-tərəvəz satdığı yerin önündə saxlayıb: "Avtomobildən enərək kömək istədim. Natiqin təcili xəstəxanaya getməli olduğunu bildirdim. Natiqin qohumu kimi tanıdığım Talıbın dəmirçi işlədiyi yerə doğru getdim. Natiqi at vurduğunu və təcili xəstəxanaya aparılmalı olduğunu bildirdim.

Avtomobilimin təkəri yararsız hala düşdüyünə görə hərəkət edə bilmədi. Talib və onun yanında işləyən Mustafa adlı şəxs Natiqi xəstəxanaya apardılar. Bundan sonra meyvə-tərəvəz satıcısı İlhamdan mobil telefonunu istədim. Qardaşım Hikmətə və hamının Həcihüseyn adı ilə çağırdığı əmim oğluna zəng etdim. Onlara Natiqin vəziyyətinin pis olduğunu və xəstəxanaya getməli olduqlarını bildirdim. Hadisənin şokunda idim və yaşadığım evə doğru getdim. Bir neçə saat sonra qohumum Həcihüseyn və qardaşım Hikmət yaşadığım evə gəldi. Həcihüseyn Natiqin xəstəxanada öldüyünü dedi".

Adəm bildirib ki, bundan sonra 14-cü polis bölməsinə gedib və təslim olub. O, deyib ki, Natiqə xəsarət yetirdiyi bıçağı da bölməyə təqdim edib.

Adəm 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az 

İsveç 6 ay müddətinə Aİ Şurasına sədr olub like
  • 01 Yan 11:51  
Dünya İsveç 6 ay müddətinə Aİ Şurasına sədr olub

İsveç bazar günü 6 ay müddətinə Çexiyadan ona keçən Avropa İttifaqı

arrow Ətraflı
Prezident İlham Əliyev Sudan rəhbərliyinə təbrik məktubu ünvanlayıb like
  • 01 Yan 11:43  
Siyasət Prezident İlham Əliyev Sudan rəhbərliyinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədr

arrow Ətraflı
Prezident İlham Əliyev Kuba dövlət başçısını təbrik edib like
  • 01 Yan 11:42  
Siyasət Prezident İlham Əliyev Kuba dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik mə

arrow Ətraflı
Son illərin dəbdən düşməyən GEYİMİ: “Blazer” pencəklər like
  • 01 Yan 11:40  
Digərləri Son illərin dəbdən düşməyən GEYİMİ: “Blazer” pencəklər

Qadınların qarderobu müxtəlif geyimlərlə zəngindir. Ancaq onların daha �

arrow Ətraflı
Azərbaycanda bəzi rayonlarda yollar buz bağlayacaq like
  • 01 Yan 11:31  
Digərləri Azərbaycanda bəzi rayonlarda yollar buz bağlayacaq

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda

arrow Ətraflı
Dərinizi yeniləyərək ləkələrdən qurtulun like
  • 01 Yan 11:20  
Digərləri Dərinizi yeniləyərək ləkələrdən qurtulun

Xanımların ən çox əziyyət çəkdiyi problemlərdən biri də cilddəki lə

arrow Ətraflı
Bir yaşında atasını itirdi, anasıyla eyni gündə səhnəyə çıxdı like
  • 01 Yan 11:00  
Kriminal Bir yaşında atasını itirdi, anasıyla eyni gündə səhnəyə çıxdı

Son.az Kulis.az-a istinadən Xalq artisti, aktrisa Sona Hacıyeva haqqında mara

arrow Ətraflı
Rəşad Dağlının övladlarına YENİ İL SÜRPRİZİ like
  • 01 Yan 10:51  
Şou-biznes Rəşad Dağlının övladlarına YENİ İL SÜRPRİZİ

Meyxanaçı Rəşad Dağlının övladları üçün Yeni il sürprizi edilib. 

arrow Ətraflı
3 min manata vedrə formalı ÇANTA like
  • 01 Yan 10:40  
Digərləri 3 min manata vedrə formalı ÇANTA

Tanınmış fransız markası "Maison Margiela" vedrə şəklində ola

arrow Ətraflı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb like
  • 01 Yan 10:31  
Digərləri Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncam

arrow Ətraflı
Heydər Əliyev 100 il  VİDEO like
  • 01 Yan 10:26  
Siyasət Heydər Əliyev 100 il VİDEO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin kollektivi Ümummilli lider Heydər Ə

arrow Ətraflı
Müasir Fransa, 15 min Yamayka iti, "Avropalı zəncilər"... like
  • 01 Yan 10:23  
Siyasət Müasir Fransa, 15 min Yamayka iti, "Avropalı zəncilər"...

Fransız-erməni qardaşlığının kökündə konkret nələrin dayandığını

arrow Ətraflı
Cildi yeniləyir, sızanaqları aradan qaldırır like
  • 01 Yan 10:20  
Digərləri Cildi yeniləyir, sızanaqları aradan qaldırır

Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sı

arrow Ətraflı
Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək like
  • 01 Yan 10:11  
Digərləri Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis

arrow Ətraflı