Nefronun quruluşu


Digərləri 01 Yan 2023 08:01:00 359 0

Nefronun quruluşu

Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər böyrəyində 1,2 milyon nefron vardır.Hər bir nefron böyrək cisimciyi və kanalcıqdan ibarətdir.Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq və onu örtən kapsuldan ibarətdir.Yumaqcıq damar törəməsi kimi 50 kapilyar ilgəyindən ibarətdir.Yumaqcıq kapsulasının daxili qatı yumaqcıq kapilyarlarının divarına birləşərək və eyni zamanda onların xarici qatını(epitelini) təşkil edir. Kapsulun xarici qatı daxili qatdan bir qədər aralı yerləşir və nəticədə onların arasında mikroskopik boşluq əmələ gəlir.Yumaqcıq kapsulunun boşluğu kanalcığın mənfəzinə,yəni kanalcıq divarına keçir.Böyrək yumaqcıqlarının gətirici və çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ gətirir və kapsulla örtülmür.Hesablamalar göstərir ki,hər bir kapsulun uzunluğu 30-50mm olmaqla ümumiyyətlə bütün nefronların uzunluğu 25 km yumaqcıqların filtirasiya səthi 1,5 kv.m-ə bərabərdir. Elektron mikroskopla müayinə etdikdə böyrək kapilyarlarının divarının 3 qatdan ibarət olması aydınlaşır. Daxili qat endoteldən ibarətdir. Endotelial qat özünəməxsus xəlbir qatı təşkil etdiyi üçün fenestrara adlanır.Normada endotelial hüceyrələr arasında sahə birləşdirici toxumanın əsas maddəsi olan maddə tutur. Kapilyar divarının xarici qatı epitel hüceyrələrindən ibarətdir.Bunlara podositlər də deyilıir.Podositləri trabekula adlanan perpendikulyar vəziyyətdə olan çıxıntılar ayırır.Podosit özü membrana yapışmır.Bazal membran ilə podosit,trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultra mikroskopik sahə əmələ gətirir. Yumaqcıq kapilyarının orta qatının qalınlığığını əsas zar təşkil edir.Üç qatdan ən çox bu qat kapilyarlarda dövr edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz baryerdir. Nefronun böyrək kanalcığı şərti olaraq üç əsas hissəyə bölünür.Hər bir kanalcığın uzunluğu 35-50 mm-ə qədər olur.Nefron ilgəyinin qalxan hissəsinin yoğun seqmentində və ikinci dərəcəli qıvrım kanalcıqlardakı epitel örtüyü proksimal kanalcıq epitelisinə oxşayır.Bu hüceyrələrin sitoplazmasında çoxlu hüceyrədaxili membran vardır.Sitoplazmada hidrolitik,qlükolitik fermentlərin yüksək aktivliyi təyin olunur ki,bu da suyun,natriumun və başqa maddələrin fakultətiv resorbsiyası kimi mürəkkəb funksiyaları təmin edir.

Böyrək xəstəlikləri zamanı müayinə üsulları like
  • 01 Yan 07:51  
Digərləri Böyrək xəstəlikləri zamanı müayinə üsulları

Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif

arrow Ətraflı
Böyrək biopsiyasına göstərişlər like
  • 01 Yan 07:41  
Digərləri Böyrək biopsiyasına göstərişlər

Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək

arrow Ətraflı
Böyrək xəstəlikləri zamanı qanın biokimyəvi analizləri like
  • 01 Yan 07:31  
Digərləri Böyrək xəstəlikləri zamanı qanın biokimyəvi analizləri

Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların k�

arrow Ətraflı
Böyrək şişləri like
  • 01 Yan 07:21  
Digərləri Böyrək şişləri

Böyrək şişləri müxtəlif formokoloji struktura malik olub xoş və bədxas

arrow Ətraflı
Diabetik nefropatiyanın patogenezi like
  • 01 Yan 07:11  
Digərləri Diabetik nefropatiyanın patogenezi

Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə q�

arrow Ətraflı
Diabetik nefropatiya like
  • 01 Yan 07:01  
Digərləri Diabetik nefropatiya

Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnm�

arrow Ətraflı
Hemolitik anemiyalar like
  • 01 Yan 06:05  
Digərləri Hemolitik anemiyalar

Hemolitik anemiyalar etiologiya, patogenez, klinika və müalicəsi müxtəlif

arrow Ətraflı
Azhərəkətlilik: əlamətləri, nəticələri, profilaktikası like
  • 01 Yan 05:02  
Digərləri Azhərəkətlilik: əlamətləri, nəticələri, profilaktikası

Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməl

arrow Ətraflı
Qanlı göz yaşları like
  • 01 Yan 04:01  
Digərləri Qanlı göz yaşları

Bu xəstəliyin tibbi adı hemolakriyadır. Xəstəlik dünyada baş verən nadi

arrow Ətraflı
"Putinin bir çıxışı ilə hər şeyi dəyişdi" like
  • 01 Yan 03:22  
Digərləri "Putinin bir çıxışı ilə hər şeyi dəyişdi"

2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə

arrow Ətraflı
İrsi xəstəliklər barədə məlumat like
  • 01 Yan 03:01  
Digərləri İrsi xəstəliklər barədə məlumat

Albinosluq. Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən mel

arrow Ətraflı
9 yaşında dünyanın ən gözəl uşağı olmuşdu  İndiki halı  FOTO like
  • 01 Yan 02:44  
Digərləri 9 yaşında dünyanın ən gözəl uşağı olmuşdu İndiki halı FOTO

Dünyanın ən gözəl qızı model Kristina Pimenova yeni il ilə bağlı payla

arrow Ətraflı
İrsi xəstəliklər like
  • 01 Yan 02:02  
Digərləri İrsi xəstəliklər

Orqanizmdə baş verən xəstəliklərin heç də hamısı infeksiyalar, bakteri

arrow Ətraflı
Erotik filmə görə təzyiqlərə məruz qaldı  Ərinə zəng vurub bu sözləri dedilər like
  • 01 Yan 01:44  
Şou-biznes Erotik filmə görə təzyiqlərə məruz qaldı Ərinə zəng vurub bu sözləri dedilər

Son.az kulis.az-a istinadla aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqında

arrow Ətraflı
Leyla Əliyeva Yeni il münasibətilə paylaşım etdi  FOTO like
  • 01 Yan 01:22  
Siyasət Leyla Əliyeva Yeni il münasibətilə paylaşım etdi FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı