“Ermənilər odla oynayır” Kremldən İrəvana


Digərləri 29 Dek 2022 14:44:00 434 0

“Ermənilər odla oynayır”  Kremldən İrəvana

Erməni mediası, telegram kanallarının Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına qarşı hücumları səngimir. Ən adi jurnalistlərdən tutmuş yüksək səviyyədə təsmil olunanlar tərəfindən Rusiya ittiham olunur, hədələnir.

Cavad da özünü çox gözlətməyib. Rusiya təbliğat maşınının əsas ruporlarından hesab olunan tanınmış jurnalist, bir vaxtlar etmənilərə xüsusi rəğbəti ilə seçilən Viktor Solovyov özünün telegram kanalında erməniləri vəziyyəti gərginləşdirməkdə ittiham edib. "Rusiya sülhməramlılarına qarşı təhdidlər bəzi "xüsusən istedadlı" şəxslərin Gümrüdəki 102-ci hərbi bazanı blokadaya almaq niyyətləri ilə tamamlandı. Odla oynamaq çox təhlükəli bir dönüş alır. Bu onu göstərir ki, İrəvanda kimsə özünüqoruma instinktini tamamilə atrofiyaya salıb. Qondarma "Milli Demokratik Qütb" Rusiya hərbi bazasını mühasirəyə almaq qərarına gəlib", - deyə Solovyov vurğulayıb.

Əlavə edir ki, xüsusilə də hərəkatın liderlərindən biri, Vahe Qasparyan müvafiq bəyanatla çıxış edib. "Yadda saxlamaq lazımdır ki, o qurum açıq-aşkar qərbyönümlü erməni radikallarının birliyidir. Onlar Ermənistanın KTMT-dən çıxmasını və hansısa yeni təhlükəsizlik sisteminin qurulmasını tələb edən aksiyalar keçiriblər. Və yeni sistem, görünür, onların fikrincə, Vaşinqtonun himayəsi altında qurulmalıdır", - deyə tanınmış jurnalist yazıb.

Bildirir ki, burada Ermənistanın hazırkı baş naziri Paşinyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tələbəsi olduğunu, o da öz siyasətində tamamilə Qərbə yönəldiyini qeyd etməmək olmaz. 1998-ci ildə o, həm də digər qərbli Aşot Bleyanın seçki qərargahının koordinatoru olub. Qeyd edilir ki, o, Qarabağ münaqişəsinin ən qızğın vaxtında Bakıya səfər də edib. Solovyov belə bir sual verir - bütün bunlar nəticədə nə deməkdir? "Paşinyan bu cür müəllimlərlə həm də tamamilə qərbyönlü marionetdir. Sadəcə olaraq o, vicdan əzabı çəkmədən Rusiya ilə müttəfiqlik münasibətlərinə özünə sərfəli və hərdən daha yaxşı təqlid edə bilən şəkildə müraciət edir. Əks halda, "agent Nikol" ABŞ-ın vassalları sırasına rəsmən qoşulmağa tamamilə sadiqdir. Amma Ermənistanın baş naziri ağlını itirmiş radikallara rus hərbçilərini hədələmək üçün səssiz kart-blanş verəndə, bu, onun üçün həddən artıq çoxdur.

İrəvan üçün 102-ci hərbi baza Ermənistan dövlətinin mövcudluğunun təminatçısıdır. Rusiya silahlı qüvvələrinin bu ərazini tərk etməsi Vaşinqtona sərfəli olacaq, çünki bu, Moskvanın regionda mövqelərini zəiflədəcək. Ermənilər üçün bu, intihar olardı. Sonda isə Solovyov "görəsən Vaşinqtondakı rəhbəri ona nə vəd edib. Özləri üçün fəlakətli təxribatlara qərar verərsə, bu onun sonu olacaq", - deyə fikrini tamamlayıb.

Azər Nuriyev Son.az

Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər  FOTO like
  • 29 Dek 14:40  
Siyasət Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər FOTO

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci

arrow Ətraflı
Universitet niyə qanunları saymır? like
  • 29 Dek 14:28  
Digərləri Universitet niyə qanunları saymır?

Bu reportajda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı a

arrow Ətraflı
Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olundu like
  • 29 Dek 14:27  
Digərləri Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olundu

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub.

arrow Ətraflı
Nüşabədən ŞOK açıqlama: “Kişi müğənni mənə deyir ki, bu məmur səninlə…” like
  • 29 Dek 14:17  
Şou-biznes Nüşabədən ŞOK açıqlama: “Kişi müğənni mənə deyir ki, bu məmur səninlə…”

Müğənni Nüşabə Musayeva aparıcı Tarix Əliyevə(Tolik) müsahibəsində

arrow Ətraflı
Məşhur aktrisadan təcavüzlə bağlı açıqlama like
  • 29 Dek 13:55  
Şou-biznes Məşhur aktrisadan təcavüzlə bağlı açıqlama

Ötən ay Sefo ilə restoranda görünən aktrisa Rabia Soytürk sevgili olduqla

arrow Ətraflı
Əvəz Zeynallının həbs müddəti uzadıldı like
  • 29 Dek 13:51  
Digərləri Əvəz Zeynallının həbs müddəti uzadıldı

Tanınmış jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.

arrow Ətraflı
Bu, Ukraynanın istəyi ilə olmayacaq like
  • 29 Dek 13:44  
Dünya Bu, Ukraynanın istəyi ilə olmayacaq

Kiyevlə danışıqlar ABŞ-la danışıqlardır və bu, Ukrayna rəhbərliyinin

arrow Ətraflı
Zaxarova İrəvan və Bakı arasında münasibətlərdən danışdı like
  • 29 Dek 13:37  
Dünya Zaxarova İrəvan və Bakı arasında münasibətlərdən danışdı

Rusiya vasitəçilik missiyasında Azərbaycan və Ermənistanla müttəfiqlik m

arrow Ətraflı
Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı like
  • 29 Dek 13:33  
Digərləri Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

arrow Ətraflı
Bakı gecələri yeni il abhavasında like
  • 29 Dek 13:22  
Digərləri Bakı gecələri yeni il abhavasında

Bakı gecələri bir başqadır. Füsünkar görünür. 

arrow Ətraflı
İçərişəhər Qarabağ xalçaları ilə  Yeni il gözəl əhvalruhiyyə ilə like
  • 29 Dek 13:14  
Digərləri İçərişəhər Qarabağ xalçaları ilə Yeni il gözəl əhvalruhiyyə ilə

Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art Ho

arrow Ətraflı
Fransadan Ukrayna açıqlaması: like
  • 29 Dek 13:11  
Dünya Fransadan Ukrayna açıqlaması:

Fransa 2023-cü ildə də Ukraynaya dəstəyini davam etdirəcək.

arrow Ətraflı