Atasını xilas etmək üçün görün nə etdi


Dünya 06 Dek 2022 06:22:00 94 0

Atasını xilas etmək üçün görün nə etdi

ABŞ-da 15 yaşlı yeniyetmə atasını əzən yük maşını qaldırıb.

Son.az bildirir ki, bu  barədə "Good News Network" yazıb.

Sosial şəbəkələrdə məktəblini qəhrəman adlandırıblar.

Metyu Uilkinson iş üçün istifadə etdiyi yük maşınının əyləclərini dəyişmək qərarına gəlib. Texniki işlər görən şəxs lazımi hissələrə baxmaq üçün maşının altına girib. Bu zaman avtomobili saxlayan domkratdakı rıçaq sıradan çıxıb və çox tonluq konstruksiya amerikalının üzərinə düşüb.

"Mənim düşünə biləcəyim tək şey içimdən çıxan nəfəs idi. Çox əzildim. Danışa bilmirdim, nəfəs ala bilmirdim", - deyə Metyu xatırlayıb.

Xoşbəxtlikdən həmin an kişinin oğlu Dalin yaxınlıqda olub. Kollec tələbəsi gurultu eşidib səs-küyə tərəf qaçıb və atasını ağır vəziyyətdə tapıb. Yeniyetmə yalın əli ilə yük maşını qaldıraraq Metyuya tələdən çıxmağa imkan verərək köməyə qaçıb.