Qarabağdakı erməni silahlılar “mülki” oldular
Dünya 27 Dek 2022 14:23:00 216 0
Erməni silahlı birləşmələrinin Qarabağdakı qalıqları yenidən fəallaşıb.
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu dəfə onlar mülki geyimdə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaya qarşı çıxıblar.
Erməni silahlılarının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Əyinlərinə mülki paltarlar geyinmələrinə baxmayaraq, hərbi formada döyüş postundakı fotoları da paylaşımlarda yer alıb.
Mənbə: milli.az