Almaniya pandemiyanın rəsmən bitdiyini
Dünya 27 Dek 2022 08:48:00 215 0
Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.
Berlində fəaliyyət göstərən "Şarite" klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib.
"Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir", - deyə o, bəyan edib.
Həkimin sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır.
Mənbə: milli.az