“Volkswagen” istehsalı


Dünya 27 Dek 2022 08:19:00 313 0

“Volkswagen” istehsalı

"Volkswagen Group" 2023-cü ilin yanvarında Almaniyanın Volfsburq şəhərindəki əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Volkswagen Passenger"in rəhbəri Tomas Şefer məlumat verib.

Onun sözlərinə görə, istehsalın dayandırılmasına səbəb tədarük zəncirində yaranmış problemlərdir: "Ona görə də şirkətin əsas zavodu hazırda istehsal gücünün yarıdan azını istifadə edir".

Xatırladaq ki, dekabrın əvvəlində T.Şefer bildirmişdi ki, Volfsburqdakı zavodda ildə 400 mindən az avtomobil istehsal olunur ki, bu da onun istehsal gücünün 50 %-ni belə təşkil etmir.

"Volkswagen"in bu zavodunda 60 minə yaxın işçi çalışır.