Qadının dedikləri küçədən keçənlərin "qanını dondurdu"


Dünya 05 Dek 2022 18:04:00 105 0

Qadının dedikləri küçədən keçənlərin "qanını dondurdu"

Belarusda, Qrodno şəhərində bir qadın iki yaşlı qızını qətlə yetirdiyini açıq şəkildə etiraf edib.

Son.az bildirir ki, bu barədə "Qrodno Plus" telekanalının Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hadisə şəhərdəki yataqxanaların birində baş verib. Ana qızını öldürüb. Qadının iki uşağı olduğu bildirilib.

Kanalın məlumatına görə, ana küçəyə çıxıb və yoldan keçənlərə iki yaşlı qızını qətlə yetirdiyini etiraf edib.